Icma.az
close
up
RU
Xankəndidə islam həmrəyliyi: Qarabağ növbəti beynəlxalq tədbirə hazırlaşır

Xankəndidə islam həmrəyliyi: Qarabağ növbəti beynəlxalq tədbirə hazırlaşır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müxtəlif beynəlxalq və qlobal tədbirlərə ev sahibliyi edən Azərbaycan növbəti zirvə görüşünə hazırlaşır. Belə ki, 2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin liderləri bir araya gələcəklər. Xankəndidə baş tutacaq 17-ci sammitlə yanaşı, Ağdamda Gənclər, Şuşada Biznes və Laçında Qadınlar forumları keçiriləcək.

Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq. İƏT sammitinin Xankəndidə keçirilməsi həm siyasi, həm də sivilizasiya baxımından mühüm hadisədir. Bu baxımdan, onun əhəmiyyətini dəyərləndirmək asan deyil.

Şübhəsiz ki, Zirvə görüşünün işğaldan azad olunan torpaqlarda keçirilməsi Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. ECO Azərbaycanın ən aktiv təmsil olunduğu qurumlardandır. Təşkilatın əsas məqsədi ortaq din və mentalitet birliyi olan üzv ölkələrin iqtisadi əməkdaşlığını artırmaqdır.

13 ölkə liderinin iştirak edəcəyi tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq. ECO-ya üzv dövlətlər dəfələrlə Qarabağ münaqişəsinə konkret münasibət bildirib, beynəlxalq normalara qarşı çıxaraq Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistana tənqidi mövqe sərgiləyiblər. 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev iştirak etmişdi.

ECO-nun Aşqabadda keçirilən Zirvə görüşünü Azərbaycan üçün olduqca uğurlu qiymətləndirmək olar. Zirvə görüşündə qəbul edilmiş "Aşqabad fəaliyyət konsensusu" adlı yekun bəyannamə Azərbaycanın maraqlarını müdafiə edən müddəalar da yer almışdı.

Növbəti zirvə toplantısının məkanı kimi məhz Xankəndinin seçilməsi xüsusi məna daşıyır. Toplantının bilavasitə işğaldan azad olunmuş Xankəndidə keçirilməsi həm də regionun inkişafı nöqteyi-nəzərindən olduqca vacib hesab olunur. Burada müzakirəyə çıxarılacaq məsələlər, məhz həmin bu mövzuya uyğun olaraq müəyyən olunmuş məqsədlərin əldə olunmasına birbaşa olaraq xidmət edəcək.

Azərbaycanın ECO-da fəal rolu və təşkilatın məqsədlərinə verdiyi dəstək bu zirvə toplantısının uğurlu keçməsinə, şübhəsiz ki, zəmin yaradır. Şuşa şəhəri 2026-cı il üçün İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət paytaxtı olaraq seçilib, bu da regionda turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına töhfə verəcək bir prosesdir. Zirvə toplantısı Azərbaycanın regionda sülh, təhlükəsizlik və dayanıqlı inkişaf sahələrinin liderlik mövqeyini gücləndirmək məqsədi də daşıyır və bu, olduqca vacibdir. Digər tərəfdən, sammitin Qarabağın mərkəzi Xankəndidə keçirilməsi həm də bölgənin beynəlxalq diplomatik arenaya çevrilməsindən xəbər verir.

Xankəndi 30 ildən çox erməni separatizminə "yuva" olub və həmin dövrdə bu Azərbaycan şəhərində heç bir rəsmi tədbir və yaxud beynəlxalq konfrans keçirilməyib. Azərbaycan Ordusu 2023-cü ildə şəhəri xunta rejimindən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub. Bir vaxtlar qarşıdurmanın mərkəzi olmuş Qarabağ bu gün sülhə əsaslanan inteqrasiyanın platformasına, Avrasiya dialoqunun siyasi mərkəzinə çevrilir.

Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (eyni zamanda ECO da deyilir - red.) adlandırılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən ECO-nun 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi var.

Şübhəsiz ki, bu tədbir də Azərbaycanın yüksək səviyyədə həyata keçirdiyi tədbirlərdən biri olacaq. Ən əsası, bu zirvə görüşü ECO-ya daxil olan ölkələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə sürətlə cəlb olunmasına gətirib çıxara bilər. Artıq bəzi üzv dövlətlər - Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan bərpa-quruculuq işlərinə öz töhfələrini veriblər.

Beləliklə, sammit göstərəcək ki, Qarabağ artıq münaqişə zonası deyil, sülh, dayanıqlı inkişaf və iqtisadi əməkdaşlıq üçün bir platformadır. Və ən əsası, burada milyonların taleyinə təsir edəcək qərarlar qəbul olunacaq. Geniş mənada, Xankəndi sammiti Azərbaycanın beynəlxalq subyektivliyini daha da möhkəmləndirəcək.

Xankəndi sammiti, sadəcə, İƏT forumu deyil. Bu, Azərbaycanın yeni strateji fəlsəfəsinin nümayişidir: inkişaf yolu ilə sülh, infrastrukturla diplomatiya, dayanıqlılıqla kimlik quruculuğu. Qarabağ - bərpa olunmuş və inteqrasiya olunmuş halda - beynəlxalq dialoq ərazisinə, ümumilikdə Azərbaycan isə Avrasiyanın gələcəyini quran əsas oyunçulardan birinə çevrilir. Bir sözlə, Qarabağda bütöv bir region üçün sülhün, rifahın və məsuliyyətli liderliyin gündəliyi yaranacaq.

"Report" İnformasiya Agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyun 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri