Qarabağ ın Xankəndidə tələbələrlə görüşü olub
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Xankəndi, 25 iyun, Elnur Salahov, AZƏRTAC
"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Xankəndidə tələbələrlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Qarabağ Universitetində baş tutan görüş zamanı təhsil ocağının rektoru Şahin Bayramov komanda üzvlərini salamlayaraq, onlara universitet barədə məlumat verib.
"Qarabağ"ın əldə etdiyi nailiyyətlərdən də söz açan rektor komandaya gələcək oyunlarda uğurlar arzulayıb. "Qarabağ" klubu tərəfindən universitetə imzalı top və forma hədiyyə olunub. Daha sonra komanda üzvləri Qarabağ Universiteti ilə tanış olublar.
Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də sakinlərlə görüşəcəklər.
Bu mövzuda digər xəbərlər:Qarabağ Xankəndidə Yenilənib
25 İyun 2025 12:01
Xankəndidə tələbələrlə görüş FOTO
21 May 2026 15:30
Xankəndidə Qarabağ Universitetinin yaradılmasının birinci
30 Noyabr 2024 19:07
Xankəndidə I Qarabağ Təhsil Forumu
28 Aprel 2026 12:20
Xankəndidə tələbələrlə bağlı müzakirələr başladı FOTO
21 Noyabr 2025 09:57
Baxış sayı:118
Bu xəbər 25 İyun 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















