Icma.az
close
up
RU
Xankəndidə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib FOTOLAR

Xankəndidə “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində “Qərbi Azərbaycan  İrsi” kitabının təqdimat mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, sabiq təhsil naziri, akademik Misir Mərdanov, Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev, İrəvan xanının nəslinin nümayəndəsi, xanlığın tədqiqatçısı, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani, tarixçi alim, Qərbi Azərbaycan İcmasının üzvü Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov iştirak edib.

Təqdimat mərasimində Qərbi Azərbaycan torpaqlarının tarixi, oradakı maddi-mədəni irs və azərbaycanlıların bu bölgədəki çoxəsrlik varlığı barədə geniş məlumat verilib. Bu irsin qorunub saxlanmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub. “Qərbi Azərbaycan İrsi” kitabının tariximiz və mədəniyyətimizin mühüm daşıyıcısı olduğu vurğulanıb. Bildirilib ki, kitab Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının və tarixi yaddaşının qorunması baxımından əhəmiyyətli mənbədir. Kitabın diaspor gənclərinə təqdim olunması onların bu sahədə tarixi biliklərinin artırılmasına və  həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalarına böyük imkan yaradır.

Tədbirdə Qərbi Azərbaycan torpaqlarında baş vermiş vandalizm aktlarını əks etdirən fotosərgi, həmçinin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı sənədli film nümayiş olunub.

Diaspor gəncləri mövzuya böyük maraq göstərib və ekspertlərə çoxsaylı suallar ünvanlayıblar.

Sonda iştirakçılara Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb. 
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://unikal.az
archiveBu xəbər 08 Avqust 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri