Icma.az
close
up
RU
Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı oldu FOTO

Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimatı oldu FOTO

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biləsuvarda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi olub.

Bakupost.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib. Sonra Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi Azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq bildirib ki, Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə qardaş-bacılarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb, onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.

Bu gün dövlət başçımızın həyata keçirdiyi prioritet məsələlərdən olan Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarıdır.

İcra başçısı bildirib ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır. Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və digərləri qeyd ediblər ki, Ermənistan tərəfindən yüz illərdir həyata keçirilən soyqırımlar, soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası, azərbaycanlıların məscidləri, qəbiristanlıqları və digər mədəni irs obyektləri məqsədli şəkildə dağıdılıb. Bu isə beynəlxalq hüququn, o cümlədən Cenevrə və UNESCO konvensiyalarının kobud şəkildə pozulmasıdır. Kitabda 1991-ci ilə qədər Ermənistanda mövcud olmuş 700-dən çox qəbiristanlıqdan 201-nin əvvəlki və hazırkı vəziyyəti təqdim edilir. Tədqiqat zamanı müxtəlif ölkələrin arxiv və kitabxanalarından toplanan xəritələr, peyk görüntüləri, deportasiya olunmuş şəxslərin xatirələri və digər mənbələrdən istifadə olunub. Multispektral analizlər vasitəsilə torpaq istifadəsi və landşaft dəyişiklikləri müəyyən edilib. Qeyd olunub ki, nəşr, Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycanla bağlı aparılan fundamental araşdırmaların ilk mərhələsidir. Məqsəd – zorla köçürülmüş azərbaycanlıların tarixi, hüquqları və irsinin bərpasına dair beynəlxalq ictimaiyyətə faktlarla əsaslanan sənədli təqdimatdır. Sonda Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov tərəfindən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova və rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinə “Qərbi Azərbaycan İrsi” kitabının I cildi hədiyyə olunub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyul 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri