Icma.az
close
up
RU
Xankəndidə Sağlamlığa doğru qaç! layihəsinin final mərhələsi keçirilib

Xankəndidə Sağlamlığa doğru qaç! layihəsinin final mərhələsi keçirilib

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və istirahətinin səmərəli təşkili məqsədilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də səhiyyə sahəsində çalışan ittifaq üzvlərinin iştirak etdiyi "Sağlamlığa doğru qaç!"dır. Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan layihə çərçivəsində iyunun 17-də Xankəndi şəhərində qaçış yarışının final mərhələsi keçirilib. Finalda Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı rayonları, Mingəçevir, Gəncə və Bakı şəhərlərində keçirilmiş zona yarışlarının qalibləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib, layihənin final mərhələsinin suverenliyimizin bərpa edildiyi Xankəndi şəhərində təşkil olunmasını əlamətdar hadisə adlandırıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqımız şanlı tarixinin ən parlaq dövrünü yaşayır və hər birimiz regionun lideri, dünyada söz sahibi olan Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuruq. Dövlətimizin idman siyasətindən, tibb sahəsinə diqqət və qayğısından, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə səhiyyə sistemində reallaşdırılan uğurlu layihələrdən danışan Konfederasiya sədri Azərbaycan həmkarlar ittifaqlarının da bu cür təşəbbüslərinin ümumi məqsədlərə dəstək xarakteri daşıdığını qeyd edib.

Sahib Məmmədov tibb işçilərinin iştirak etdiyi "Sağlamlığa doğru qaç" layihəsinin asudə vaxtın mənalı keçirilməsi, sağlam həyat tərzinin təbliği, ittifaq üzvləri arasında həmrəyliyin gücləndirilməsi baxımından faydalı olduğunu bildirib və final iştirakçılarına uğurlar arzulayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və Qarabağda aparılan sistemli və sürətli abadlıq-quruculuq işlərindən, öz doğma yurduna qayıdan sakinlərə yaradılan şəraitdən söz açıb və bugünkü idman tədbirinin Xankəndidə təşkil olunmasının əhəmiyyətindən bəhs edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini İlqar Qasımov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev isə çıxışlarında Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardan, həkimlərimizin peşəkarlığından, xüsusilə pandemiya və Vətən müharibəsi dövründə səhiyyə işçilərinin fədakar əməyindən danışıblar.

Sonra vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslər tamaşaçılar və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və onlarda xoş əhval-ruhiyyə yaradıb.

Start verilən beş min metr məsafəyə qaçışda zonalar üzrə qalib olmuş 48 səhiyyə işçisi iştirak edib. Finiş xəttini ilk keçən 3 qadın və 3 kişi iştirakçı finalın qalibi elan olunaraq pul mükafatı, diplom, medal və kubokla təltif edilib.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan "Sağlamlığa doğru qaç!" layihəsi asudə vaxtın səmərəli təşkili, fiziki sağlamlığın təşviqi və həmkarlar ittifaqı üzvləri arasında həmrəyliyin gücləndirilməsi məqsədi ilə təşkil olunub. Final da daxil olmaqla layihəyə ümumilikdə 1500-dən çox səhiyyə işçisi qatılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 İyun 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see296

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see239

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see236

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see183

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see156

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see149

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see144

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see142

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see142

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see141

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

30 u adlayan dəyərlilər

20 Dekabr 2025 11:45see130

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri