Xankəndidə tələbələrlə görüş FOTO
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Mayın 21-də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Qarabağ Universitetinin tələbələri ilə dəyirmi masa keçirilib.
Qarabağ Universitetinin tələbə və müəllim heyətinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının iştirak etdiyi görüşdə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, dayanıqlı məskunlaşma və regionun inkişaf perspektivləri müzakirə olunub.
Tələbələrə Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti və abadlıq layihələri, sosial infrastrukturun yenidən qurulması, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, tədbirdə xüsusi nümayəndəliyin fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və gələcək inkişaf planları barədə təqdimatlar olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 May 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















