Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirdi FOTO

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirdi FOTO

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Rabitəbank" Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətini davam etdirir.

Bu çərçivədə 30 oktyabr 2026-cı il tarixində Xankəndi Konqres Mərkəzində "Rabitəbank"ın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü münasibətilə “Aktiv maliyyələşdirmə və güzəştli maliyyə resurslarına çıxış” mövzusunda tədbir keçirilib.

Dövlət qurumlarının nümayəndələrinin, biznes ictimaiyyətinin təmsilçilərinin, sahibkarların, media nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin əsas məqsədi regionda fəaliyyət göstərən sahibkarların maliyyə savadlılığının artırılması, mövcud maliyyələşdirmə mexanizmləri və güzəştli maliyyə resurslarından yararlanma imkanları barədə məlumatlandırılması, eləcə də yeni əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Tədbirdə çıxış edən "Rabitəbank"ın İdarə Heyətinin sədri Aydın Hüseynov “Təchizat zəncirində maliyyə dayanıqlılığı” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı təchizat zəncirinin iştirakçıları arasında dayanıqlı maliyyə əlaqələrinin qurulmasının əhəmiyyəti, biznesin fasiləsiz fəaliyyətinin təmin edilməsində maliyyə institutlarının rolu və sahibkarlıq subyektlərinin maliyyə dayanıqlılığının gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin Qarabağda formalaşan yeni iqtisadi imkanlar fonunda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinin regionun iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra "Rabitəbank"ın Mikrokreditlər üzrə Baş direktoru Zamiq Mədətov “Sahibkarların maliyyə resurslarına çıxışı və güzəştli maliyyələşmə” mövzusunda çıxış edib. Təqdimat çərçivəsində mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanları, güzəştli maliyyə mexanizmlərindən istifadə yolları, biznesin inkişafına yönəlmiş kredit məhsulları və sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması istiqamətində mövcud imkanlar barədə məlumat verilib.

İnteraktiv müzakirələrlə davam edən tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, maliyyələşmə ehtiyacları və yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. 

Tədbirdən sonra "Rabitəbank" heyəti 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanın tarixi qələbəsinin rəmzlərindən biri olan Zəfər Tağını ziyarət edib. 

Səfər çərçivəsində həmçinin "Rabitəbank"ın Xankəndi filialının fəaliyyətə başlamasının birinci ildönümü qeyd olunub. Bu münasibətlə filialda Bankın rəhbər heyətinin və əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib.

Qeyd edək ki, "Rabitəbank"ın Xankəndi filialı regionda müasir bank xidmətlərinin əlçatanlığının artırılması, əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxışının genişləndirilməsi məqsədilə fəaliyyət göstərir. Filialın fəaliyyətə başlaması Bankın Qarabağın iqtisadi dirçəlişinə, sahibkarlığın inkişafına və regionun maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri