Icma.az
close
up
RU
Xankəndidə terakt törətmək istəyən Avanesyanın məhkəməsi keçirilir

Xankəndidə terakt törətmək istəyən Avanesyanın məhkəməsi keçirilir

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində dekabrın 15-də keçirilən prosesə hakim Natiq Əliyev sədrlik edir.

Qeyd edək ki, cari il sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktkar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq tədbirləri nəticəsində Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah – “AKMS” markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Karen Avanesyan barəsində ibtidai istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Xankəndi şə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri