“O, özünü Ermənistanın qəhrəmanı adlandırırdı” Karen Avanesyanın məhkəməsi
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırdı.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bunu Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən prosesində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib.
O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib:
“Xidmətdə olduğumuz zaman erməniəsilli Karen Avanesyan Xankəndidə silahlı müqavimət göstərdiyi barədə məlumat aldıq. Hadisə yerinə getdik və onu dəfələrlə silahı yerə qoyub təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan bizə qarşı silahlı müqavimət göstərirdi. Avanesyan silahlı halda şəhər ərazisində tədbir keçirilən əraziyə doğru gedirdi.
Daha sonra qaçıb bir evə girdi. Mən özüm şəxsən onu təslim olmağa çağırdım, dedim ki, sənə heç nə edilməyəcək. Ancaq o yenə bizə doğru 6-7 atəş açıb qumbara atdı. Belə olduqda xidməti vəzifəmizi yerinə yetirərək silah işlədib onu yaralamaq məcburiyyətində qaldıq. Yaralı vəziyyətdə ələ keçən Avanesyanı xəstəxanaya apardıq. O, yaralı halda özünü Ermənistanın qəhrəmanı adlandırırdı”.
Bu mövzuda digər xəbərlər:Karen Avanesyanın növbəti məhkəmə iclası keçirilib
22 Dekabr 2025 16:20
Karen Avanesyanın məhkəməsində şahid ifadələri dinlənilib
19 Dekabr 2025 15:25
Karen Avanesyanın cinayəti ermənilərin terrordan əl çəkmədiyini göstərir TƏHLİL
12 Dekabr 2025 12:46
Xankəndidə terror planlaşdıran Avanesyanın məhkəməsi başladı Foto
11 Dekabr 2025 16:30
Xankəndidə terakt törətmək istəyən Avanesyanın məhkəməsi keçirilir
15 Dekabr 2025 17:17
Baxış sayı:85
Bu xəbər 22 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















