Icma.az
close
up
RU
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə VİDEO

Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə VİDEO

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

İqbal Ağazadə: “Avanesyan güman ki, hansısa klanın, Ermənistandakı hansısa dairələrin öyrətdiyi, əlində açar kimi saxladığı şəxsdir”

Ötən gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Avanesyanın terror-təxribat törətmək niyyətində olması məlumdur, amma bir çox suallar var ki, ona yəqin ki, hüquq-mühafizə orqanları tərəfindən aydınlıq gətiriləcək. Sadəcə əsas sual budur: erməni niyə indi və kimin göstərişi ilə bu terrora hazırlaşırmış?

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran siyasətçi, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, baş verən hadisənin mahiyyətini hüquq-mühafizə orqanları daha dəqiq araşdıracaqlar və daha dəqiq məlumat verəcəklər:

- Amma ehtimallar var və bu ehtimallar üzərində ağıla gələn ilk variant bu şəxsin Xankəndidə gələcəkdə terror törətmək üçün qalmasıdır. İlkin məlumata görə, Avanesyan əvvəlcədən hazırlıqlar görüb. Bu şəxs imkansızlıq, yaxud əqli çatışmazlıq, ya da ki, Azərbaycan vətəndaşı olmağı düşünərək Xankəndidə qalmağı seçmişdisə, heç zaman silah, qumbara gizlətməzdi, saxlamazdı. Əvvəlcədən silah gizləyibsə, deməli, niyyəti varmış. Avanesyan güman ki, hansısa klanın, Ermənistandakı hansısa dairələrin öyrətdiyi, əlində açar kimi saxladığı şəxsdir. Azərbaycan hüquq-mühafizə orqanları bunu araşdıracaq və yəqin ki, Ermənistanla da bu istiqamətdə informasiya mübadiəsi aparacaq.

- Ermənistan bu hadisənin aydınlığa çıxmasında maraqlıdırmı?

- Avqustun 8-də Vaşinqtonda üçtərəfli görüşdə razılaşmalar əldə edilib, sülh sazişi paraflanıb. Bundan sonra baş verən proseslər onu göstərir ki, Ermənistan daxilində revanşist qüvvələr, xüsusilə də, hakimiyyətə Rusiya xətti ilə gəlmək istəyən, yaxud etnik-milli konfliktlər üzərindən özlərinə reytinq toplamaq istəyənlər uğursuzluğa düçar olublar. Ermənistan daxilində indi fərqli müzakirələr aparılır və ermənilərin xeyli hissəsi sülhdə maraqlı görünürlər. Belə məqamda revanşistlərin, Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələrin təxribat-terror cəhdləri istisna edilməməlidir. Ermənistanın hazırkı hakimiyyəti, Nikol Paşinyan hökuməti də anlamalıdır ki, bu cür hallar İrəvanın özünə ziyan vurur. Ona görə də, hesab edirəm ki, informasiya mübadiləsində maraqlı olacaqlar. Hər halda, yenə deyirəm, hüquq-mühafizə orqanları məsələni detallı araşdıracaq və cəmiyyət məlumatlandırılacaq.

- Ermənistan rəsmiləri tərəfindən son günlər sülh bəyanatları artıb. Eyni zamanda, Azərbaycanla, Türkiyə ilə sülhün əldə olunması istiqamətində addımları da görürük. Məsələn, Ermənistan hökuməti ölkəyə giriş-çıxışda pasportlara vurulan möhürdə dizayn dəyişikliyi edib, Ağrı dağının təsviri möhürlərdən götürülüb. Belə addımlar sülhə nə qədər yaxınlaşıldığını göstərir?

- Hesab edirəm ki, uzun illər davam edən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında olan düşmənçilikdən cəmiyyəti birdən-birə psixoloji cəhətdən daşındırmaq üçün effektiv variantlar çox azdır. Məncə, belə addımlar prosesləri sülh istiqamətinə yönləndirəcək, insanları sülh istiqamətində düşünməyə vadar edəcək. Sülh istiqamətində daha böyük və kəskin addımlar atmaq bəlkə də mümkündür, amma bunun Ermənistan daxilində nəticələri nə olacaq, hər halda Paşinyan hökuməti bunu hesablayır. Həm hakimiyyəti əldən verməmək, həm də planlaşdırılan sülhün əldə olunması üçün Paşinyan hakimiyyəti xırda addımlar atır.

Ümumiyyətlə isə düşünürəm ki, Cənubi Qafqazın fərqli yerə gəlməsi istiqamətində Azərbaycan təşəbbüsü öz üzərinə götürməlidir. Sülh sazişinin paraflanmasından sonra cənab Prezidentin “Əl Ərəbiyyə” telekanalına müsahibəsinə diqqətlə nəzər salmaq lazımdır. Prezident bildirdi ki, sülh sazişinin imzalanması artıq formal xarakter daşıyacaq. Yəni ki, biz artıq razılaşdırmış kimi görünürük. Bundan sonra Azərbaycan Cənubi Qafqazın birliyi istiqamətində düşünməlidir. Avropa Birliyinin mini modeli formasında Cənubi Qafqaz Birliyi gələcək üçün böyük perspektivlər vəd edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri