Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı olub FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Xankəndi şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Cebheinfo.az”-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqını Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Qeyd edib ki, 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında həlledici mərhələ olub.
Bu Zəfər Azərbaycan xalqının iradəsinin, qəhrəman Azərbaycan Ordusunun gücünün və şəhidlərimizin müqəddəs fədakarlığının təntənəsidir.
Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış zamanı diqqətə çatdırılıb ki, bu gün azad edilmiş torpaqlar doğma insanların nəfəsi ilə isinməkdədir.
Xankəndidə, Şuşada, Xocalıda, Ağdərədə və digər ərazilərdə həyat yenidən canlanır, genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın Qələbədən tərəqqiyə doğru inamlı addımlarını nümayiş etdirir.
Sonra tədbir iştirakçılarına Əməkdar jurnalist Afət Telmanqızının ssenari müəllifliyi ilə çəkilmiş, 44 günlük Vətən müharibəsini, tarixi Qələbəni və Zəfər ruhunu özündə əks etdirən “Zəfər zəngi” filmi nümayiş olunub.
Tədbir Zəfər Gününün xalqımızın milli yaddaşında əbədi yaşayacağına, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün daim qorunacağına dair çağırışlarla yekunlaşıb.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:50
Bu xəbər 06 Noyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















