Icma.az
close
up
RU
Xankəndidəki ermənilər problemsiz yaşayır Qarabağa köçən jurnalist MÜSAHİBƏ

Xankəndidəki ermənilər problemsiz yaşayır Qarabağa köçən jurnalist MÜSAHİBƏ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Afət Telmanqızı: "Heç vaxt Xankəndidə olmamışdım, sanki yuxudayam"
Bu yaxınlarda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş jurnalist Afər Telmanqızı Modern.az saytına müdsahibə verib. O, Xankəndi şəhəri və yeni iş yerindəki fəaliyyəti barədə fikirlərini bizimlə bölüşüb. Jurnalistlə müsahibəni təqdim edirik.
- Afət xanım, rəsmi qurumda fəaliyyətə başlamısınız, sizi yenə jurnalist hesab edə bilərik?


-  Keçmiş jurnalist olmur. Bu ifadəni qəbul etmirəm .Fəaliyyətə başladığım rəsmi qurumda da işim elə jurnalistika ilə, bu peşənin insanları ilə bağlıdır. Yəni əsas fəaliyətimiz azad Qarabağımızda görülən işləri həmkarlarımın vasitəsilə hamıya göstərməkdir. İstəyimiz də odur ki, hər kəs bu gün Xankəndidə, Xocalıda, Ağdərədə aparılan quruculuq işlərindən xəbərdar olsun. Uzun illərdən sonra doğma torpaqlarımızda həyatın yenidən canlandığını hamı görsün.


- Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatınız necə baş verdi?
 


- 28 illik jurnalist fəaliyyətim dövründə hamı kimi belə bir arzu diləyirdim: o gün olsun ki, işğal altındakı torpaqlarımızın azad edilməsi haqda xəbərləri ictimiayyətə çatdırım. Bu arzum gerçək oldu. Bu sevincli xəbərləri, həmkarlarım kimi mən də efirdən çatdırmaq şərəfinə nail oldum. Bu gün isə azad Qarabağın yenidən qurulmasına şahidlik edirəm. Bu bir tarixi şansdır. O ki qaldı təyinata, qəfil oldu. Təklifi böyük sevinclə dəyərləndirdim.    


- Rəsmi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmaq çətin deyil ki?


- Məsuliyyətlidir desəm, daha doğru olar.  
- LAF TV-ni yaradan iki jurnalistdən birisiniz. Yenə təsisçi olaraq qalırsınız?
 

-  5 ilə yaxındır ki, LAF TV fəaliyyətdədir. İnternet TV məkanında öz sözünü demiş TV-miz haqqında çox danışa bilərəm. Həmkarım Ləman Ələşrəfqızı ilə birgə qurduğumuz bu kanal haqqında bir söz hər şeyi ifadə edəcək: LAF TV-nin bu gün öndə olması böyük zəhmət, əziyyət tələb etdi və ən əsası operativlik, peşəkarlıq bizi önə çıxardı. Yeganə internet kanal idik ki, təkcə siyasi, sosial müzakirələrlə deyil, həm də xəbərlərlə efirə başladıq. Əsasən də 44 günlük müharibə zamanı biz internet TV məkanına xəbər janrını da gətirdik. Bu bir gerçəklikdir. Bizdən əvvəl fəaliyyət göstərən internet TV-lərin heç birində xəbər buraxılışları olmamışdı. Bizdən sonra isə çoxları bizim yolumuzu getdi. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. İnternet TV məkanına xəbər vermək ənənəsini LAF TV gətirdi. LAF TV övladım sayılır. Harda oluramsa olum.
 


- Ümumiyyətlə, LAF TV digər internet televiziyaları ilə rəqabət mühitində hansı yerə sahibdir?


- Qısaca deyəcəm: LAF TV xəbərə, hadisəyə yanaşması ilə hər bir kanaldan fəqrlənir.
 

- Artıq bir aydan çoxdur ki, ailənizlə birlikdə Qarabağa köçmüsünüz, Xankəndidə yaşayırsınız. Əsliniz də Zəngilan rayonundandır. Qarabağa köçüb yaşamaq necə bir hissdir?
 

- Həmin hissin adına xoşbəxtlik deyərəm. Sanki yuxudayam. Amma şükürlər olsun ki, yaşananlar yuxu deyil.

 
- Xankəndidəki ab-hava haqqında nələ deyə bilərsiniz?
 

- Heç vaxt Xankəndidə olmamışdım. Şəhər haqqında yalnız sakinlərindən eşitmişdim. İndi isə gözlərimlə gördüm. Xanın kəndinin gözəlliyini sözlə ifadə etmək çətindir.  
 

- Övladlarınız Xankəndi şəhərindəki 4 № məktəbə gedir, orada təhsilin səviyyəsi necədir, Bakı məktəblərindən hansısa fərqi varmı?
 

- Bəli. Qızım Cəmilə 9-cu, oğlum Ülvi isə 5-ci sinifdə oxuyur. Məktəbdəki nizam-intizama, yüksək səviyyəli təhsilə söz ola bilməz. Burda çalışan pedaqoqlar ən yüksək balla işə qəbul olunanlardır. Yəqin əlavə şərhə ehtiyac yoxdur.   
 

- Həyat yoldaşınız hansısa işlə təmin olunubmu?
 

- Bəli. Qarabağ regional qaz istismar idarəsində çalışır. 



- Qohumlardan uzaq düşmüsünüz, amma belə deyim var ki, yaxın qonşu uzaq qohumdan da yaxşıdır. Xankəndidə yaşayan insanlar sizə yaxşı qonşuluq edirmi?

 

-  Xankəndidə doğma bir mühit var.Hamının bir-birinə münasibəti o qədər istidir ki... Sanki illərdir bir-birlərini tanıyırmış kimi davranırlar.
 

- Bakı üçün darıxırsınız?
 

- Bakı doğulduğum, böyüdüyüm şəhərdir. Xankəndi isə arzularımızın şəhəridir. Az müddət keçsə də, Xankəndi də mənim doğma şəhərimə çevrildi.     
 

- Xankəndidə yaşayan erməni sakinlərdən sizə hansısa müraciət daxil olur?
- Hər hansı bir müraciət daxil olmayıb. Buna yəqin ehtiyac da olmayıb. Şəhərdə sərbəst, təhlükəsiz, problemsiz yaşayırlar.
- Qarabağda quruculuq işləri nə yerdədir, rəsmi qurumun şöbə müdiri olaraq bizə eksklüziv xəbər verə bilərsiniz?
 

- Quruculuq işləri gedir. Xankəndi şəhərində əhalinin istirahəti və şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə “Zəfər parkı”nın, “Zəfər muzeyi” və Mədəniyyət mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda dünyada nüfuzlu şirkətlərdən biri olan “Chapman Taylor” tərəfindən Xankəndi şəhərinin Baş planının hazırlanması istiqamətində işlər də davam etdirilir.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri