Icma.az
close
up
RU
Qarabağa köçən jurnalist: Azad torpaqlarda işləməkdən gözəl nə ola bilər?!

Qarabağa köçən jurnalist: Azad torpaqlarda işləməkdən gözəl nə ola bilər?!

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşğaldan azad edilən Xocalı rayonunun Ballıca kəndinə bu il bir neçə dəfə köç olub. Sonuncu dəfə martın 14-də “Böyük Qayıdış” proqramı çərçivəsində Ballıcaya 98 nəfərdən ibarət 24 ailə yerləşdirilib.

“Xalq qəzeti"nin müxbiri Mahir Rəsuloğlu da anası və qardaşı ilə birgə Ballıcaya köçənlər arasındadır. Həmkarımız hazırda “Xalq qəzeti"nin bölgə müxbiri kimi fəaliyyət göstərir.

Modern.az-ın əməkdaşı Mahir Rasimoğlu ilə əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

Jurnalist bildirib ki, o Qarabağa daimi məskunlaşlardan biri kimi yox, işləmək üçün gedib:

“Anamgil, qardaşımgil daimi məskunlaşma üçün köçənlər sırasındadır. Evlər təmir olunur,  insanlar bütün vacib  infrastrukturla - qaz, su, işıq, sürətli internet xətti ilə təmin olunublar. Ballıca sakinləri 33 ildən sonra öz yurdlarına köçməyin sevincini yaşayırlar. Həyətyanı sahəsində əkinlə, heyvandarlıqla məşğul olanlar, eləcə də arıçılıq edənlər var. İnsanlar köhnə dövrlərdəki kimi, ruh yüksəkliyinə sahibdirlər, burada həyat qaynayır. Kartof, lobya əkirlər. Qardaşımgil də göy-göyərti əkib.

Sanki uzunmüddətli qorxulu yuxudan ayılan insanlar qaldıqları yerdən yenidən davam etməyə başlayıblar".
M.Rəsuloğlunun sözlərinə görə, o, hələ iki il əvvəl Qarabağda jurnalist kimi işləmək üçün müraciət edib:
"Suverenliyimiz və ərazi bütövlüyümüz 2023-cü ildə tam bərpa olunandan sonra böyük həvəslə müraciət etdim ki, burada - Xocalıda jurnalist olaraq fəaliyyət göstərmək istəyirəm. Azad vətən torpağında işləməkdən gözəl nə ola bilər?! Buranın havasını udub suyunu içdikcə, adam rahatlayır. Anamgil Gəncədə, mən Bakıda məskunlaşmışdım. Anam Gəncədə yaşayanda qardaşım gündə 3-4 dəfə onun təzyiqini ölçürdü, çünki narahat idi. Artıq 4 aydır ki, buradadır, bəlkə heç 4 dəfə təzyiqi qalxmayıb. Ballıcaya 130 ailə köçüb, yaxın vaxtlarda 30 ailə də bura yerləşəcək. Burada sürətlə bərpa-quruculuq işləri görülür”.


"Öz yurdlarına qayıdan keçmiş məcburi köçkünlərə evlərin çıxarışları da verilirmi" sualına M.Rəsuloğlu belə cavab verib:

"Bu, mənim cavab verə biləcəyim sual deyil, amma bildiyim qədəri ilə birinci mərhələdə müəyyən müddətli müqavilə imzalanır. Keçmiş məcburi köçkünlər müvvəqqəti yerləşdiriləndə onlara müqavilə ilə evlər verilmişdi. Bu suala yəqin ki, Prezidentin Xüsusi Nümayəndəliyi və ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daha dəqiq fikir bildirə bilər. Amma mənim bildiyim qədərilə burada məskunlaşdırılan sakinlər “kupça” ilə təmin olunacaq, lakin bunun üçün müəyyən vaxt lazımdır. Köçən kimi "kupça" ilə təmin olunmurlar. Müəyyən müddətli müqavilə imzalayıblar, onlar burada yaşamalıdırlar. Qarabağın dirçəlişində iştirak etməlidirlər. Müəyyən müddətdən sonra evlərin sənədləri veriləcək. Anama verilən ev onun adınadır, müqavilə imzalayıb. Müqavilənin müddəti barədə sizə dəqiq deyə bilməyəcəm. Amma bunlar zamanla həll olunası məslələdir. Ən əhəmiyyətlisi odur ki, ermənisiz Qarabağda yaşayırıq, işləyirik".
Mahir Rəsuloğlu Xocalının ilk yazıçısısı olduğunu və yaradıcılığını burada davam etdirdiyini də bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri