Icma.az
close
up
RU
“Xankəndidən dünyaya keyfiyyətli məhsul ixrac edəcəyik” Azərbaycanlı iş adamı

“Xankəndidən dünyaya keyfiyyətli məhsul ixrac edəcəyik” Azərbaycanlı iş adamı

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Yeni qurulan fabrik olduğu üçün işlərimiz yavaş-yavaş qaydasına düşür. Zamanla hər şeyin daha yaxşı olacağına ümid edirik”.
Bu sözləri Demokrat.az-a açıqlamasında iş adamı, “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov deyib. 
O bildirib ki, rəhbərlik etdiyi müəssisə tam fəaliyyətə başlayandan sonra burada 800-1000 nəfər işlə təmin olunacaq:
“İlkin mərhələ olduğu üçün hazırda burada 230 nəfər insan çalışır. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İndi orada işləyənlər əsasən sahədən gələn xanımlardır. 2-3 ay təlimdən sonra onlar bu işə başlayıblar. Professional dərzilər olmadığı üçün işimiz bir az ləngiyir. Burada əsas məqsəd işğaldan azad olunan ərazilərimizdə insanlarımızı işlə təmin etməkdir”. 

Ə.Müslümov qeyd edib ki, bütün bu səbəblərə görə bir neçə çeşid məshula keçid edə bilmirik:
“Hazırkı gücümüz odur ki, 1 ayda 300 min qısaqol köynək tikə bilərik.  İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Bu fabrik Bakıda olsaydı, ən azı 6 ay sonra ixrac edə bilərdik. Azərbaycan xanımları işlərinin peşəkarıdır. Bunu təkcə mən demirəm, Özbəkistandan olan nümayəndələr də deyir. Hamıda işləməyə həvəs var”. 
Əfqan Müslümov həm də “PAY GROUP” şirkətinin təsisçisi olduğunu vurğulayıb:
“Əsas fəaliyyət istiqamətimiz Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərərək, bu sahəni müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəkləri, döşəmə örtükləri ilə təmin etməkdir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdı və fəaliyyətini bu istiqamətdə davam etdirməkdədir. “Fortex” sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmışdır. Ekskluziv məhsul çeşidi ilə yanaşı, seçilmiş markaların keyfiyyətlərini sübut etmək üçün müvafiq sertifikatlaşdırmalar əldə etmişik. 
Əsas dəyərlərimiz ətraf mühitin davamlı inkişafı, etibarlılıq, keyfiyyət, müştəri məmnuniyyəti, dürüstlük və peşəkarlıqdır. Hazırda “Fortex” sərgi salonumuzda təmsil olunan geniş təcrübəyə malik, xam malın hazırlanmasında tətbiq edilən ən sonuncu dünya standartlarına cavab verən Rusiya, Belarusiya, Çin və İtaliya istehsalı marka və məhsullarımızla müştərilərimizə zəmənət təqdim etdiyimiz üçün qürur duyuruq”.
Əfqan Müslümov vurğulayıb ki, onun rəhbərlik etdiyi  “PAY GROUP” şirkəti də hazırda çox böyük və tanınmış layihələrdə iştirak edir:
“Buna “Sea Breeze”də olan - Cube Hotel, White Villas 1, White Villas 2,  Palazza Del Sol, Palazza Dela Luna, Lighthouse, Lighthouse 2, Lighthouse 3, Park Residence, Polo Residence, Grand Hotel, Reabilitasiya Mərkəzi, Del Ventos, White Hotel, Landau School, Palazzo Del Verdi & Del Rosa layihələri daxildir”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin ötən il avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur. 
Daşkənddə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə isə yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib. 
Ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir. 




Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri