Icma.az
close
up
RU
Yeni Qlobal Reallıqların Mərkəzində: Xankəndidən verilən mesajlar ŞƏRH

Yeni Qlobal Reallıqların Mərkəzində: Xankəndidən verilən mesajlar ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunun göstəricisidir. Bu forumun 2023 və 2024-cü illərdə Şuşada, 2025-ci ildə isə Xankəndidə keçirilməsi ölkəmizin ərazi bütövlüyünün bərpasının simvolik və siyasi təntənəsidir. Forum regional və qlobal çağırışların müzakirə edildiyi mühüm platformaya çevrilib. Burada iştirak edən beynəlxalq media təmsilçiləri Azərbaycan həqiqətlərini yerində görmək və obyektiv informasiyanı yaymaq imkanı əldə edirlər. Prezident İlham Əliyevin çıxışı forumun strateji əhəmiyyətini daha da artıraraq Azərbaycanın mövqeyini dünyaya çatdırır. Forum medianın qlobal proseslərdə rolunu artırmaqla yanaşı, sülh, sabitlik və əməkdaşlıq çağırışlarının tribunası rolunu oynayır. Belə bir formun təşkili ölkəmizin təşkilatçılıq qabiliyyətini və beynəlxalq medianın diqqətini cəlb etmək bacarığını nümayiş etdirir. Bu forum vasitəsilə Azərbaycan öz mövqeyini beynəlxalq informasiya məkanında gücləndirir. Eyni zamanda, bu tədbir ölkəmizin yaşıl gündəlik, enerji keçidi və postmünaqişə dövrü çağırışları üzrə dünyaya verdiyi töhfələrin təqdimatıdır. Belə tədbirlər informasiya suverenliyinin möhkəmlənməsi və milli maraqların beynəlxalq səviyyədə müdafiəsi baxımından strateji əhəmiyyət kəsb edir.

Cari ilin iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Prezident İlham Əliyevin forumda çıxışı, media nümayənədləri tərəfindən verilən sualları cavablandırması Azərbaycanın həm regional, həm də qlobal miqyasda davam edən siyasi, iqtisadi və ekoloji gündəmlərində yeni mərhələ idi. Şuşada keçirilən üçüncü belə yüksək səviyyəli tədbirin təşkilati əhəmiyyəti, eləcə də Orta və Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasında medianın rolu bu forumun mərkəzində idi. Forumda vurğulanan prioritetlər – yaşıl gündəlik, enerji tranzisi, Zəngəzur dəhlizi, regionda sülh müqaviləsinin imzalanması, beynəlxalq əməkdaşlıqlar – hamısı Azərbaycanın qarşısında duran strateji hədəfləri açıq şəkildə ortaya qoyur.

Qarabağda üçüncü Global Media Forumunun keçirilməsi şübhəsiz ki, tarixi hadisədir. İlk forum 2023-cü ildə, ikinci isə 2024-cü ildə keçirilib. Bu, təkcə tədbirin media məkanına təsiri deyil, həm də Ermənistan-Azərbaycan arasındaki münasibətlərdə yeni reallığa işarədir. Belə ki, Qarabağın artıq münaqişə məkanı yox, dialoq və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərir.

Prezident İlham Əliyev çıxışında bir sıra məsələrə toxunub. Bunlardan bir neçəsini yazımızda qeyd edəcəyik. Prezident İlham Əliyev çıxışında “yaşıl gündəlik” anlayışını açıq və geniş kontekstdə təqdim etdi. O, Azərbaycanın təbii ehtiyatlara dayanan iqtisadiyyatdan daha ətraf mühitə uyğun, aşağı karbonlu, texnoloji çevik bir iqtisadi modellə əvəzlənməsinin vacibliyini vurğuladı. Bu mənada “Yaşıl Keçid Proqramı” milli sistemin əsas parçalarından biri kimi təqdim edildi – həm enerji sektorunda, həm nəqliyyatda, həm də sənaye inkişafında ekoloji davamlı sistemə keçidə istiqamətlənmiş strateji yaxınlaşma kimi. Forumda gələcək regional əməkdaşlıq şəklində təkcə nəqliyyat arteriyaları yox, həm də yaşıl enerji layihələri vurğulandı. Prezident xüsusi olaraq bildirdi ki, Azərbaycan qarşılıqlı əməkdaşlarla bərpaolunan enerji sahəsində birlikdə iş aparır. Bu, Xəzər dənizi, dağ-mənbə sularından hidro, günəş və külək kimi ekoloji gəlirli enerji mənbələrinin istifadəsinin modernləşdirilməsidir.

Azərbaycanın COP29-a evsahibliyi edərək iştirakı fonunda Prezidentin qeyd etdiyi konstruktiqlik vurğusu əlamətdardır. Dövlət başçısı bildirdi ki, COP29-da Azərbaycan şəxsən töhfə verərək, qarşılıqlı anlaşma, strateji məxrəc formalaşdırılması kimi sahələrdə önəmli mövqe alıb. Bu, Azərbaycanın həm regionda, həm beynəlxalq media platformalarında yaşıl diplomatiyasını gücləndirir, eyni zamanda enerji balansında qaz təminatı rolunu da şərtləndirir.

Prezident İlham Əliyev vurğuladı ki, Zəngəzur dəhlizi bir çox ölkələri bir-birinə bağlayacaq əsas körpüdür. O, bu arteriyanı qlobal nəqliyyat şəbəkəsi, enerji-logistika inteqrasiyası baxımından regionun biometrik variantı kimi təqdim etdi. Dəhlizin açılması Azərbaycanın nəqliyyat xaritasını əsaslı şəkildə dəyişərək, Orta Asiya, Mərkəzi Asiya, Qafqaz və Xəzər üzərində regional bağlantıları gücləndirəcək. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın xarici siyasi ritorikası, regional xəttə münasibəti və kommunikasiya siyasəti bu istiqamətdə ciddi maneələr yaradır. Zəngəzur dəhlizi açıq, təhlükəsizlik infrastrukturları təmin edən vasitə olması fonunda Ermənistanın bu məsələyə olan qərəzli münasibəti mütləq şəkildə dəyişməlidir.

Əldə olunan Zəfərlərdən sonra regionda perspektivlər aydınlaşdı. Prezidentin sözləriylə desək, "sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir". Bu, sadəcə xoşməramlı fikir kimi yox yox, konkret infrastruktur, iqtisadi bazaların yenidən qurulması layihələri, internalyasiyanın fəallaşdırılması kimi sistemli ssenariləri ehtiva edir.

Forumda Çin Xalq Respublikası ilə münasibətlər xüsusi vurğulandı. Prezident İlham Əliyev "Mən ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirirəm" deyərək, enerji sektorunda yeni əməkdaşlığa önəm verdi. Çin şirkətləri ilə bərpaolunan enerji sahəsində irəli çəkilmə, bu sahədə ciddi işbirliyi strateji önəm daşıyır – sair dünya üçün nümunəvi proje hazırlanması deməkdir.

Ölkəmizin xarici siyasəti haqqında bəhs edən Prezident ilham Əliyev bildirib ki, Azərbaycanın xarici siyasət istiqaməti dəyişməyib, yalnız forması dəyişib. İndi dünyaya daha ağıllı, strateji yanaşmalarla, həm güc, həm dialoq, həm media-diplomatiya vasitəsilə yanaşıldığını ifadə etdi. Bu, Azərbaycan dövlətinin beynəlxalq imicini yeni koordinatlarda prezent etmə uğrunda cəhdləridir. Prezident İlham Əliyev həmçinin Qərbin ictimai rəyi və medianın Azərbaycana münasibətindəki “mənfi və ədalətsiz” tutumunu sərt tənqid etdi. Çıxışda Prezident İlham Əliyev ABŞ ilə olan münasbətlərə də toxundu. Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı münasibətlər də aktualdır. Prezident, Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin nəticəsi olaraq Azərbaycanın düz yolda olduğunu vurğulayıb. Bu bildirir ki,Bakı-Washington arasında əməkdaşlıq prosesi strateji qaydada dəyişib, Azərbaycan-ABŞ münasibətləri yeni dönəmə qədəm qoyub. Bu münasibətlər də gələcəkə yüksək perspektivlər vəd edir.

Prezident çıxışında xüsusi olaraq dedi: "Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Minsk qrupunu ləğv etmək lazımdır." Bu fikir Azərbaycan üçün Minsk qrupunun artıq rolunu tamamladığıı, real siyasi vəziyyətin isə yekun sülh müqaviləsinin imzalanması olduğunu vurğulayır. Prezident İlham Əliyev əlavə etdi ki, Ermənistan konstitusiyasına dəyişikliklər edildikdən, ATƏT-in Minsk qrupu buraxıldıqdan sonra Azərbaycan sülh müqaviləsi imzalanmağa hazırdır. Bu, həm Ermənistanın daxili siyasi prosesi ilə, həm də regional nizam-intizamla bağlıdır. Sülhə doğru yol, sadəcə Azərbaycanın təşəbbüsü deyil, eyni zamanda regionda qarşılıqlı diplomatik dinamika ilə də bağlıdır.

Prezident İlham Əliyev ölkəmizin enerj isahəsindəki uğurlarından bəhs edərkən Avropa ilə olan münasəbtlərə də toxunub. Çıxışda qeyd olunub ki: “Avropa İttifaqı Azərbaycanı etibarlı və ümum‑Avropa qaz təchizatçısı adlandırır”. Avropa İttifaqı Azərbaycanın enerji sahəsindəki rolunu yüksək qiymətləndirərək onu etibarlı və strateji qaz təchizatçısı kimi tanıyır. Bu, Azərbaycanın Avropa ölkələrinə sabit və uzunmüddətli qaz ixracını uğurla həyata keçirməsi ilə bağlıdır. Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğulayır və bu əməkdaşlığı daha da genişləndirməyə maraqlıdır. Azərbaycan isə öz növbəsində Avropa bazarında mövqeyini gücləndirərək enerji əməkdaşlığını qarşılıqlı maraqlar əsasında inkişaf etdirir. Bu kontekstdə Avropa İttifaqı ilə ikitərəfli enerji dialoqunun güclənməsi təkcə iki tərəf üçün deyil, həm də bütün dünya üçün mühüm əhəmiyyətə malik olacaq.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, “Cənubi Qafqaz stabilik məkanı olacaq”. Bu həm vahid siyasi strategiya, həm iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasıdır. Xankəndidə verilən bu mesaj gələcəkdə regional inteqrasiya prosesini, sərhədlərin açılmasını və qarşılıqlı investisiyaların gəlməsini nəzərdə tutur.

Mediamız haqqında fikirlərini bölüşən Prezident İlham Əliyev sözlərinə görə, “bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.” Prezident İlham Əliyevin bu fikri Azərbaycan mediasının keçdiyi inkişaf yoluna verilən yüksək siyasi qiymətin ifadəsidir. O, medianın artıq təkcə milli deyil, həm də beynəlxalq informasiya məkanında təsir gücünə malik olduğunu vurğulayır. Bu, ölkədə söz və fikir azadlığının təmin olunması, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərin nəticəsidir. Prezident İlham Əliyevin bu bəyanatı göstərir ki, Azərbaycan mətbuatı qlobal rəqabət mühitində öz yerini tapmağa və ölkənin maraqlarını beynəlxalq aləmdə müdafiə etməyə qadirdir. Bu yanaşma, eyni zamanda, media orqanlarına daha məsuliyyətli və milli maraqlara xidmət edən fəaliyyət xətti müəyyən edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışı Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritetləri strateji yanaşma ilə formalaşdırır və reallaşmanı təmin etmək üçün siyasi, diplomatik və layihə bazlı mexanizmlər təqdim edir. Regionda baş verən proseslər, xarici siyasət, yaşıl enerji keçidi, nəqliyyat dəhlizi, media diplomatiyası – bütün bu elementlər koordinasiyalı şəkildə bir niyyət çərcivəsinə çevrilir və yeni geosiyasi həqiqətlərin qəbul edilməsini təmin edir.

Zahid Cəfərov

YAP Yasamal rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see142

“Ölüm yuxusu” gürcü dilində nəşr olunub

05 Sentyabr 2025 10:29see138

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see136

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see128

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see126

Rusiyada əsir olan Ukrayna hərbçilərinin sayı açıqlandı Moskvanın cinayətləri barədə hesabat hazırlanacaq

05 Sentyabr 2025 22:25see125

Kreml qiyamdan qorxur...

05 Sentyabr 2025 20:45see125

Donald Trampdan etiraf: “Vaşinqton Hindistan və Rusiyanı itirdi”

05 Sentyabr 2025 17:51see123

Bu şəraitdə Bakı balanslaşdırılan siyasət yürütməyə məcbur olacaq, əks halda… SENSASİON MƏQAMLAR KONKRET

05 Sentyabr 2025 19:01see122

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see121

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see121

Azərbaycandan 8 ölkəyə ilginc bağlama göndərilir Siyahı yayıldı

05 Sentyabr 2025 07:02see119

“Hücumçu gəlib komandanı “Çelsi”, “Liverpul” kimi rəqiblərlə oyunlarda qalib etməyəcəkdi ki...” “İmarət”dən qəribə mövqe

05 Sentyabr 2025 16:17see119

Hər gün sıxlıq olan o küçədə dəyişikliklər ediləcək

05 Sentyabr 2025 20:41see118

Telefonu bir əlində tutub digər əllə yazmaq ciddi xəstəliyə səbəb OLA BİLƏR

05 Sentyabr 2025 13:14see117

Nobel mükafatları bu tarixlərdə veriləcək

05 Sentyabr 2025 14:11see116

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see116

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see116

Bayden yenə xərçəngdən əməliyyat olundu

05 Sentyabr 2025 05:33see114

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri