Icma.az
close
up
RU
Xankəndidən havalanır “Qarabağın şikəstəsi”

Xankəndidən havalanır “Qarabağın şikəstəsi”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azad Xankəndini dolaşdıqca həsrətin acısı insanın canından zərrə-zərrə çıxır, ruhuna xoş vüsal duyğusu hakim kəsilir. Dörd tərəfdə gedən bərpa-quruculuq, təmir edilən binalar, yeni açılan iaşə obyektləri, insan “qaynayan” parklardan boylanan güllər, çiçəklər bu tarixi şəhərimizi daha da gözəlləşdirir. Xankəndiyə həyat qayıdıb, Xankəndi əsl sahiblərinə, doğma övladlarına qucaq açdığı üçün xoşbəxt görünür. Ancaq Xankəndini, ümumilikdə, Qarabağımızı, Şərqi Zəngəzurumuzu xoşbəxtliyə qovuşduran başqa bir məqam da var...

Ucadan çalıb-oxuyun!

Azərbaycan prospekti ilə qalxıb “Pianino parkı”na çathaçatda, yolun sol tərəfindəki binanın qarşısından keçəndə çal-çağır eşitsəniz, həzin muğamımızın canlı ifasından yayılan sehrli səslər iliyinizə qədər işləsə, təəccüblənməyin. Burada hərdən ən vacib işini belə təxirə salıb həmin sehrli səslərə qulaq asmaq üçün dayananlar az olmur. Lap məşhur “Bəxtiyar” filmindəki kimi.

Düz bir ildir belədir, Qarabağ Universitetinin İncəsənət fakültəsi fəaliyyətə başlayandan. Bu binada illər boyu düşmən tapdağı altında inləyən torpaqlarımızın eşitməyə həsrət qaldığı muğamımız yenidən not-not, pərdə-pərdə yazılır, mədəniyyətimizin, incəsənətimizin yeni Qarabağ erasının ilk mizrabları vurulur. İşğaldan azad olunmuş yurd yerlərimizin ruhunu canlandıran, xoşbəxt edən həm də budur.

Yəqin, indi yarımbaşlığın bir zarafat olmadığı aydınlaşdı. Çünki bu binada yerləşən otaqlarında müəllimlər öz yetirmələrinə “dərs gedir, sakit olun” əvəzinə, “səsiniz ucadan gəlsin” deyirlər. Şikəstəyə çevrilərək elə ucadan gəlsin ki, axşamüstü uzaqlara, Qarabağın dağlarına, dərələrinə yayılsın, havalansın!

Qarabağın havası, suyu şirin səs qaynağıdır

Bu bina haqqında söhbəti səbəbsiz salmadıq. Dəyərli sənətkarımız, Azərbaycanın Əməkdar artisti, Qarabağ Universitetinin müəllimi Ehtiram Hüseynovla burada görüşdük. Ehtiram müəllim dedi ki, ən yaxşı yer mənim dərs otağımdır. Yüksək səviyyədə təmir edilmiş, müasir təhlükəsizlik sistemi ilə təhciz olunmuş binanın işıqlı, geniş otağında sənətkar öz yetirmələri ilə dərsin son akkordlarını vurmaqda idi. Həm Ehtiram müəllim, həm tələbəsi elə ürəklə oxuyurdu ki...

Dərs bitir, hal-əhval tuturuq, sənətkar deyir:

– Yaxşıyam, əhvali-ruhiyyəm də əladır. Burada başqa cür ola da bilməz. Həqiqətən, Qarabağın havasından, suyundandır, nədirsə, bura gələn özünü yaxşı hiss edir. Dostlarım da məni tək qoymurlar, elə sizdən əvvəl qonaqlarım vardı. Qarabağda, Xankəndidə ürəyin istədiyi insanlarla görüşmək ona görə çox xoşdur ki, uzun illər bu doğma yerlərimizin həsrəti ilə yaşamışıq. Özü də təkcə qarabağlılar, məcburi köçkün düşmüş insanlar deyil, bütün xalqımız nə vaxtsa işğaldan azad ediləcək torpaqlarımızda görüşməyi arzulayıb, burada yaşamağın, işləməyin xəyallarını qurub. Çox şükür ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti, dəmir iradəsi, sarsılmaz qətiyyəti sayəsində bu günləri görmək bizə qismət oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Ehtiram Hüseynovun Xankəndiyə gəlişi bəzi sənət dostları üçün gözlənilməz olmuşdu. Elə səsinin heyranlarından da sənətkarın Bakıdakı işlərini qoyub yaşamaq, çalışmaq üçün Qarabağa üz tutmasını təəccüblə qarşılayanlar az olmadı. Səbəbini soruşuram. Bildirir ki, torpaqlarımız işğaldan azad olunandan sonra imkan düşdükcə özümü veriridim bu tərəflərə, necə deyərlər, bir yanım qaçaq idi:

– Çox istəyirdim ki, birdəfəlik gələm. Antiterror tədbirlərindən sonra bu istəyim daha da artdı. Düzü, müvəqqəti işləmək üçün deyil, daimi yaşamaq üçün gəlməyi arzulayırdım. Cənab Prezidentimizin Sərəncamı ilə Qarabağ Universiteti yarananda İncəsənət fakültəsinin fəaliyyət göstərəcəyini öyrəndim. Bildirdim ki, böyük məmnuniyyətlə gedib orada işləmək istəyərəm. Qismətdən, elə ilk tədris ilindən tələbə çox oldu, müəllimə ehtiyac yarandı və məni dəvət etdilər. Qətiyyən tərəddüd etmədən Xankəndiyə gəldim, bir ildir buradayam. İşimdən də, bizim üçün yaradılmış şəraitdən də razıyam. Çox dəyərli sənətkarlardan ibarət kollektivimiz var. Biz burada böyük bir ailəyik. Bu ab-havanı yaradan Qarabağ Universitetinin rəhbərliyinə təşəkkür edirəm.

– Qərarınıza təəccüblənənlər də oldu...

– Hə, axı hər bir xanəndənin arzuladığı bütün imkanlara malik idim. Milli Konservatoriyada dərs deyirdim, uzun illərdir Akademik Filarmoniyanın solisti idim, eyni zamanda, Azərbaycan Dövlət Televiziyasında işləyirdim. Bütün bunları qoyub Qarabağa gəlməyimi təəccüblə qarşılayanlar da oldu. Ancaq gəlməyimə peşman deyiləm. Biz bura gəlməliyik, burada olmalıyıq.

“Yenidən 11 yaşından yaşamağa başlamışam”

Ehtiram Hüseynov bir neçə il əvvəl müsahibələrindən birində demişdi ki, Laçını hansı yaşda tərk etmişdimsə, geri qayıdanda həmin yaşdan yaşamağa başlayacam. İndi soruşanlara da zarafatla cavab verir ki, sözümə əməl etmişəm:

– Düzdür, hərdən bu günləri görə bilməyən, itirdiyimiz insanları xatırlayıb kövrəlirəm. Ancaq Laçını, Qarabağı gəzdikcə, dağlara çıxdıqca, yaylaqlara köçmüş insanları, orada otlaqlara yayılmış sürüləri, atları gördükcə şükür edirəm. Elə bil ömrümün illərində montaj edib məcburi köçkünlük dövrünə düşən 30 ilini kəsib götürmüşəm və yenidən 11 yaşımdan yaşamağa başlamışam.

Bəs, muğam ifaçılığının sirlərini öyrənmək məqsədilə Qarabağ Universitetini seçən, Xankəndiyə üz tutan gənclər ümidləri doğruldurmu? Bir ilin müşahidələri nə göstərir? Ehtiram müəllim qürurla yaxşı səsi olan, ürəklə, həvəslə oxuyan tələbələrinin olduğunu deyir:

– Onlardan biri, Səma Sultanova IX “Muğam” Televiziya Müsabiqəsində ilk iyirmiliyə qədər irəlilədi. İnşallah, bu uğurlar davamlı olacaq, Qarabağ Universitetinin tələbələrinin səsi daha yüksəklərdən gələcək. Ancaq bir məqamı qeyd etməliyəm. Qarabağın havasının, suyunun, təbiətinin bəxş etdiyi yeni istedadlar nəslinin yetişməsi üçün zaman lazımdır. O nəsil geri qayıdan əhali bir müddət burada yaşayandan sonra yaranacaq.

– Xanəndə Ehtiram Hüseynovun məxsusi Qarabağda, Laçında oxumaq üçün saxladığı hansısa muğam, təsnif, yaxud mahnı olubmu?

Yox, çünki burada nəinki oxumağın, gəzməyin, yaşamağın, hətta çay içməyin özü də fərqlidir, özünəməxsusdur. Ona görə də, Qarabağda nə oxusam yeni ifa kimi alınır. Ağdamdan, yaxud Füzuli istiqamətindən işğaldan azad olunmuş ərazilərə daxil olanda əhvalım yaxşılaşır, ürəyimə sevinc, qürur hissi dolur. Fikirləşirəm ki, ömrümüzün ən gözəl yaş dövrünü, uşaqlığımızı, məhsuldar illərini itirdik, ancaq çox şükür ki, yenidən azad yurdumuzdayıq. Mən yayda demək olar, Bakıya getmədim, Xankəndidə qaldım, Laçında oldum. İndi Xankəndiyə necə öyrəşmişəmsə, hətta Laçına gedəndə də bura üçün darıxıram. Burada biz həm işləyir, həm də istirahət edirik. Xoşbəxtəm ki, sevdiyim yerdə sevdiyim işlə məşğulam. Qarabağımızın, Şərqi Zəngəzurumuzun işıqlı gələcəyi başlayıb. Biz də çalışırıq yeni yazılan bu tarixə töhfə verək.

Bəli, işıqlı gələcəyə sürətlə addımlayan, inkişafı, dirçəlişi dost sevindirən, düşmən gözü çıxaran Qarabağımızda musiqi kimi xoş söhbətimizi bitirib, Laçın kəklikotusu ilə dəmlənmiş can dərmanı çayımızı içib, Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynovla sağollaşırıq. Qəzetimiz vasitəsilə azad Xankəndidən hamıya salam və cansağlığı arzularını göndərir. Və “arada gəlin, çay içək, söhbətləşək” deyir...

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see177

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see167

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see161

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see148

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see145

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see139

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see132

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see131

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see131

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see122

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see120

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri