Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

“Qarabağ şikəstəsi”ynən götürün məni

“Qarabağ şikəstəsi”ynən götürün məni

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xanəndə Eynulla Cəbrayılov – 90

  Xanəndə Eynulla Cəbrayılovun ölüm ayağında son sözü bu olmuşdu

         ...50-ci illərin sözüdür. O vaxt Kürdəmirdə balaca bir mədəniyyət evi, yanında da sadə bir yay klubu vardı. Yerli sənətkarlar buna yarızarafat – yarıciddi “konservatoriya” deyirdilər. Rayonun az-çox tanınmış aşıq və xanəndələri, tar-kaman ifaçıları və sair tez-tez bu məkanda toplaşar, musiqi məşqləri ilə məşğul olar, çalıb-oxuyardılar.

         Xanəndə Əliyusif Qəniyevi, aşıq Pirməmmədli, aşıq Şakiri, aşıq Əhmədi, tanınmış aşıq Mirzə Bilalın oğlu aşıq Ağaları burada tez-tez görmək olardı.

         Növbəti musiqi məşqlərinin birində  görürlər ki, yeniyetmə  bir oğlan giriş qapısına söykənib ifaçılara maraqla tamaşa edir. Həmin oğlan aşıq Şakirin də diqqətini cəlb  edir. Şakir oğlana səslənib deyir: A bala, orada niyə dayanmısan, bir yaxın gəl, görək sən kimsən, nə istəyirsən? Sonra da gülümsər halda sözünə əlavə  edir: Deyəsən, sənin də  çalıb-oxumağa həvəsin var, ona görə də belə maraqla baxırsan...

         Oğlan Şakirin mehribanlığından ürəklənib deyir: Bəli, həvəsim var, mən də oxumaq istəyirəm.

         Bu vaxt xanəndə Əliyusif Qəniyev tarçalan Ələddinə üz tutub deyir: Bir Segah çal, çünki Segah muğamların anasıdır. Segahı oxuya bilsə, bu oğlandan oxuyan olacaq.

         Ələddin başlayır çalmağa, oğlan da oxumağa. Oğlanın səsi, oxumağı, boğaz xırdalıqları eşidənlərin xoşuna gəlir. Adını soruşurlar. Deyir adım Eynulladı, özüm də Şüşün kəndindənəm...

         Aşıq Şakir və sənət  yoldaşları Eynullaya məsləhət görürlər ki, tez-tez məşqlərə gəlsin, oxuyub-çalanlarla qaynayıb-qarışsın. Belə də olur. Burada oxuyub püxtələşən gənc Eynulla bir müddətdən sonra aşıq Şakirin dəstəsinə qoşulur...

         Beləliklə, o vaxtdan Eynullanın sənət yolu başlanır. Əslində bu yol daha əvvəldən, Eynullanın  balaca yaşlarından başlamışdı. Belə ki, hələ uşaq ikən Eynullanın səsi kəndlərinin  lap yanından axıb gedən Kür sahilindən, sahil boyunca uzanan bağ-bağatlardan, tut yediyi ağacın budaqlarından başlamışdı. Bu yerlərdə gəzib dolana-dolana  oxuyan balaca Eynullanın zil səsi Kür sularında əks-səda verərək gedib kəndə çatırdı.

         Balaca Eynullanı kənd məktəbinin  tədbirlərində, hətta yeri gələndə kənd  toylarında da  oxudub ifalarından həzz alırdılar. Beləliklə  Eynulla kənd camaatının nəzərində gələcəyin xanəndəsi kimi böyüyürdü.

         ... Eynulla Cəbrayılov 1935-ci ildə Kürdəmir rayonunun Şüşün kəndində dünyaya gəlmişdi. Atasının  qəfil ölümündən bir neçə ay sonra doğulan Eynullanın uşaqlıq illəri çox ağır keçib. Bir tərəfdən müharibə, o biri tərəfdən də  yetimlik onun  həyatında ağır izlər qoymuşdu. Buna  görə də o, kənd məktəbində bir neçə  sinfi oxumaqla kifayətlənmiş, az  yaşında çörək  dalınca getməyə, ailəni dolandırmağa

1

məcbur  olmuşdu. Bu  yolda Allah vergisi olan səsi, fitri istedadı onun  dadına çatmış, karına  gəlmişdi.

         Eynulla 1952-ci ildən  ömrünün sonuna kimi Kürdəmir rayon Mədəniyyət  evində  çalışıb. Eyni zamanda  Respublikanın  musiqi həyatında yaxından iştirak edib. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin  I və II  Festivallarının iştirakçısı olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyasının konsert-qastrol birliyində  çalışıb.

         ...90 yaşlı həmsöhbətim, uzun illər Ağsu rayon Veteranlar təşkilatının sədri olmuş Cəmaləddin kişi dedi: 1961-ci ildə radioda respublika üzrə  bədii özfəaliyyət kollektivlərinin  konserti təşkil olunmuşdu. Həmin  konsertdə Eynulla “Kimdən öyrəndin?” mahnısını oxudu, çox  gözəl də oxudu, Kürdəmir rayonunu layiqincə  təmsil elədi. Elə o vaxtlardan istedadlı ifaçı kimi  tanındı.

         Cəmaləddin kişinın sözünə qüvvət olaraq  deyim ki, “Sevgilim, sən maral kimi” misrası ilə  tanınmış həmin mahnını ilk dəfə Eynulla oxuyub, daha doğrusu Eynulla yaradıb:

                   Sevgilim, sən maral kimi

                   Süzməyi kimdən öyrəndin?

                   Ay qabağa siyah teli

                   Düzməyi kimdən  öyrəndin?

                   Kəklik kimi  qayalarda,

                   Ceyran kimi səhralarda

                   Sona kimi dəryalarda

                   Üzməyi kimdən  öyrəndin?

         Bu mahnı 65 ildən çoxdur ki,  radionun “Qızıl fond”unda saxlanılır.  İndinin özündə də elə bir toy məclisi, el şənliyi yoxdur ki, orada Eynullanın bir vaxt sənət möhürü vurduğu həmin mahnı səslənməsin.

         Təkcə adını çəkdiyim mahnı deyil, Eynullanın qızıl fondda  onlarla mahnı və təsnifləri, eləcə də üç muğam dəstgahı var.

         Eynulla Cəbrayılov həm aşıq Şakirlə  birlikdə və  həm də ondan ayrılıqda Bakının, Abşeronun bir çox kəndlərinin  toylarında xanəndə kimi  iştirak etmişdi. O,  ayrı-ayrı rayonlarda da  yaddaqalan toylar aparmışdı. Hətta Orta Asiya respublikalarında, o cümlədən  Özbəkistanda, Türkmənistanda da bir neçə toylarda olmuşdu.

         Eynulla heç bir musiqi təhsili  almamışdı. Özünün dediyi kimi, yalnız böyük ustad Xan Şuşinskinin  bənzərsiz səsindən  və ifalarından dərs alıb püxtələşmişdi. Ona “Qarabağ şikəstəsi”ni də Xanın ifası sevdirmişdi. Elə  buna  görə idi ki, Eynulla toy məclislərində, el şənliklərində və  rayon  tədbirlərində “Qarabağ şikəstəsi”ni  həmişə  böyük fəxrlə, xüsusi bir  şövqlə  oxuyurdu. Mən  özüm  dəfələrlə bunun  şahidi olmuşdum. Ömrü boyu muğama ürəkdən bağlı olan bu sənətkar övladlarına da muğam adları vermişdi: Zabul, Mahur, Şahnaz...

2

         Bir gün aşıq Şakirlə əlaqədar rəhmətlik Xalq artisti, xanəndə Arif Babayevdən  müsahibə alırdım. Yeri gəlmişkən  Eynulla haqqında da soruşdum.  Arif müəllim dedi ki, Eynulla səsli  xanəndə idi.  Xanın yolu ilə  oxuyurdu. Həm də ansamblın müşayiəti zamanı özünü sərbəst aparırdı. Çünki səsinə, ifasına güvənirdi.

Əlibaba Məmmədov, xanəndə, Xalq artisti: Bir gün  bir nəfər məni toylarına aparmaq üçün bizə gəlmişdi. Soruşdum ki,  haradansan? Dedi Kürdəmirdən  gəlmişəm. Kürdəmir adını  eşidəndə  dərhal Eynulla yadıma düşdü. Dedim, incimə, gedə bilməyəcəm.  Ona görə ki, sən Eynulla kimi xanəndəni orada qoyub, o qədər yolu durub gəlmisən bura. Getmədim. Gələn adam səhvini başa düşdü və çıxıb getdi...

         Ağasəlim Abdullayev, tarzən, Xalq artisti: Uzun illər sənətə bağlı bir tarzən kimi xanəndələri, müğənniləri yaxşı seçə bilirdim. Eynulla da öz gözəl ifaları ilə mənim diqqətimi cəlb eləmişdi. Ona görə də rəhbərlik etdiyim ansamblın və eləcə də  mənim müşayiətimlə üç muğam dəstgahını lentə yazdıq. O qədər yaxşı oxudu ki,  həmin dəstgahları köçürüb radionun da  qızıl fonduna verdilər.

         Xalq şairi Musa Yaqub:  Eynulla nə oxuyubsa hamısına öz sənət möhürünü vurub. Heç bir musiqi təhsili  görməyən, ömrü boyu mərkəzdən  xeyli uzaqda, sadə dillə desək,  əyalətdə yaşayan bu adam  yalnız öz istedadının, sənətə ürəkdən  bağlanmasının  hesabına tanınıb şöhrətlənmiş, layiqli sənətkarlar sırasında öz yerini tutmuş, öz  sözünü  demişdir...

         ... Son vaxtlar çox az görünürdü. Toylara, məclislərə  getməyə daha həvəsi qalmamışdı.  Xəstəlik bir tərəfdən, Qarabağın getməsi də  bir yandan onu  tamam ruhdan  salmışdı.  Olduğu toyları, məclisləri “Qarabağ şikəstəsi” ilə başlayıb “Qarabağ şikəstəsi” ilə qurtaran Eynulla üçün  də Qarabağ itkisi böyük dərd olmuşdu.

         1992-ci ilin sentyabrı idi. Həmişə deyib-gülən, necə deyərlər, musiqi dili ilə  danışan, şən zarafatları ilə  könül oxşayan Eynulla artıq  yatağa düşmüşdü.

         Oğlu Mahur deyir ki, ömrünün son günləri idi. Bakıdan bir  neçə müğənni dostları ona baş çəkməyə gəlmişdi. Bir xeyli oturub söhbətləşdilər. Xudahafizləşib gedəndə onlardan biri atamın  üzünə baxıb dedi: Ustad, bir ağız “Qarabağ şikəstəsi” oxuyarsanmı? “Çalışaram” dedi və oxudu. Bu, möcüzə idi: Yəni ağır xəstə ola-ola bu cür  gözəl oxuyasan?!

         Bir neçə gündən sonra atam dünyasını dəyişdi. Ölümündən əvvəl bizə son sözü bu oldu: “Qarabağ şikəstəsi”ynən götürərsiz məni”...

         Biz atamızın vəsiyyətini  yerinə yetirdik. Onu son mənzilə özünün ifasında olan “Qarabağ şikəstəsi” ilə yola saldıq...

                                                         ***

         Eynulla da Qarabağın azad  olunmasını  görə bilmədi. Amma Eynullanın da, Qarabağ nisgili ilə dünyadan gedənlərin də ruhları şaddır. Şükürlər olsun ki, qədim və  gözəl Qarabağ azadlığına qovuşub!

  Tofiq Abdullayev,

                                                                                               Yazıçı-publisist     AY və AJB-nin   üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:476
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri