“Üzeyir bəy belə deyərdi: Babalı Sərvərin boynuna ” Xarıbülbül Festivalı çərçivəsində Şuşada teatr tamaşası
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şuşa, 24 may, Gülay Nəzərova, AZƏRTAC
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında “Üzeyir bəy belə deyərdi: "Babalı Sərvərin boynuna"” teatr tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.
Əsərdə müəllifin yumor və satira ilə qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir.
Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tamaşa, eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib.


