Xaricdə təhsil adı ilə vətəndaşları aldadan ekspertə HÖKM OXUNDU
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən təhsil eksperti kimi tanınan Əşrəf Əşrəflinin cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Əşrəf Əşrəflinin 6 il, 7 ay, 27 gün müddətinə azadlıqdan məhrum edildiyini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Əşrəf Əşrəflinin 8 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttiham aktına görə, Əşrəf Əşrəfli Soner Kuçker adlı vətəndaşdan 34 000 manat alıb ki, onu Tibb Universitetinə tələbə kimi qəbul edəcək.
Digər zərərçəkən Səbinə Abdullayeva isə övladını İspaniyada universitetə qəbul etdirmək üçün Əşrəf Əşrəfliyə 5100 manat pul verib.
Xatırladaq ki, Əşrəf Əşrəfli bundan qabaq da Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib.
Belə ki, o, yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq üçün internet informasiya ehtiyatlarında yaratdığı "set.az", "ashrafli.az", "xaricde.com" saytları və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən "Ş.Group", "AConsalting.az", "Press.Legal", "İHA.AZ", "SET" xaricdə təhsil şirkətlərinin rəhbəri kimi təqdim edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 17 Sentyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















