Icma.az
close
up
RU
Xaricdə təhsil alan 255 tələbənin diplomu tanınmadı

Xaricdə təhsil alan 255 tələbənin diplomu tanınmadı

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.

Bu barədə “Qafqazinfo”ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Qeyd olunub ki, mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom , 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma faktı müəyyən olunub. 

Həmçinin 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 445, Rusiyadan 356, Ukraynadan 203, Birləşmiş Krallıqdan 73, Gürcüstandan 46, Polşadan 27, İtaliyadan 21, Macarıstandan 19, Almaniyadan 12, Belarusdan 11, Amerika Birləşmiş Ştatlarından 10, Koreyadan 9, Qazaxıstan və Çinin hər birindən 6, Avstriyadan və İsveçrənin hər birindən 5, Çex, Latviya, Litva, Özbəkistan və İsveç Krallığının hər birindən 4, Fransa, Qırğız, İran İslam, Misir Ərəb respublikaları, Malayziya, həmçinin Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş Xalq və Pakistan İslam respublikaları, İsrail Dövləti, Kanada, Lüksemburq, Yaponiya, eləcə də Danimarka və İspaniya krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Aprel 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri