Icma.az
close
up
RU
Xaricdə təhsil alan 255 nəfərə pis xəbər

Xaricdə təhsil alan 255 nəfərə pis xəbər

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub.

Bu barədə Globalinfo.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Müraciətçilərin 1050-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 255 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

“Mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom , 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyə Respublikasından 445, Rusiya Federasiyasından 356, Ukraynadan 203, Birləşmiş Krallıqdan 73, Gürcüstandan 46, Polşa Respublikasından 27, İtaliya Respublikasından 21, Macarıstandan 19, Almaniya Federativ Respublikasından 12, Belarus Respublikasından 11, Amerika Birləşmiş Ştatlarından 10, Koreya Respublikasından 9, Qazaxıstan və Çin Xalq respublikalarının hər birindən 6, Avstriya Respublikası və İsveçrə Konfederasiyasının hər birindən 5, Çex, Latviya, Litva, Özbəkistan respublikaları və İsveç Krallığının hər birindən 4, Fransa, Qırğız, İran İslam, Misir Ərəb respublikaları, Malayziya, həmçinin Niderland və Belçika krallıqlarının hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş Xalq və Pakistan İslam respublikaları, İsrail Dövləti, Kanada, Lüksemburq, Yaponiya, eləcə də Danimarka və İspaniya krallıqlarının hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb”, – məlumatda qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri