Icma.az
close
up
RU
“Xaricdə oxuyan tələbələrə ölkəyə qayıtmaq üçün səbəb yaradılmalıdır” EKSPERT QURUMLARI TƏNQİD ETDİ FOTO

“Xaricdə oxuyan tələbələrə ölkəyə qayıtmaq üçün səbəb yaradılmalıdır” EKSPERT QURUMLARI TƏNQİD ETDİ FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xaricdə təhsil alan gənclərin geri qayıtmaq istəməməsinin əsas səbəbi onların daha yaxşı həyat şəraiti, ədalətli sistem və karyera imkanlarını xaricdə tapmalarıdır. Bu ölkələrdə gənclər həm sosial təminat, həm də şəxsi inkişaf baxımından daha çox dəstək görürlər. Onlar öz bilik və bacarıqlarının dəyərləndirildiyi, müstəqil qərar vermə azadlığının olduğu cəmiyyətlərə alışırlar. Azərbaycanda isə bəzi hallarda işsizlik, tanışlıqla işə qəbul, aşağı əməkhaqqı və sosial ədalətsizlik kimi amillər onların qayıtmaq istəklərinə mənfi təsir göstərir.

Bəs bu gənclərin ölkəyə qayıdıb burada qalıb işləməsi üçün hansı dəyişiklərə ehtiyac var?


Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan azərbaycanlı gənclərin əhəmiyyətli hissəsinin ölkəyə geri qayıtmaması son illərin mühüm demoqrafik və intellektual problemlərindən biridir:

“Bu tendensiya təkcə fərdi seçim deyil, sistemli səbəblərin və struktur boşluqların nəticəsidir. Rəqəmlər göstərir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və digər dövlət proqramları çərçivəsində xaricə göndərilən tələbələrin təxminən 35-40 faizi müxtəlif səbəblərdən ölkəyə geri dönmür. Öz hesabına oxuyan və ya xarici ölkələrin təqaüd proqramları ilə təhsil alan gənclərdə isə bu faiz daha da yüksəkdir – bəzən 60-70%-ə qədər çatır.

Əsas səbəblərdən biri əmək bazarının məhdudluğu və qeyri-effektiv strukturlarıdır. Xaricdə ali təhsil alan gənclər çox vaxt müasir, innovativ və multidissiplinar biliklərlə silahlanmış şəkildə ölkəyə qayıtdıqda, burada onların bilik və bacarıqlarına uyğun iş tapmaqda çətinlik çəkirlər. Dövlət və özəl sektorda çox vaxt vakansiyalar ya formal meyarlarla müəyyənləşdirilir, ya da kadr seçimi şəffaf aparılmır. Belə hallarda xaricdə təhsil almış gənc yüksək səviyyəli təhsilinə rəğmən, aşağı maaşlı, perspektivsiz və yararsız sahələrə yönləndirilir. Bu isə onların motivasiyasını azaldır və geri dönməyə mənfi təsir göstərir.

Maaş məsələsi də mühüm faktor olaraq qalır. Xaricdə magistr və ya doktorantura səviyyəsində təhsil alan bir gənc, Avropada və ya Şimali Amerikada təklif olunan əmək haqqı ilə Azərbaycandakı ortalama 600-800 manatlıq maaşı müqayisə etdikdə, əlbəttə ki, maddi rifahını qorumaq üçün ölkədən kənarda qalmağa üstünlük verir. Belə bir fərq yalnız əmək haqqı ilə bağlı deyil, sosial təminat, səhiyyə, mənzil və vergi siyasəti kimi sistemlərdə də özünü göstərir. Məsələn, Almaniyada və ya Niderlandda təzə məzun olan bir şəxs orta hesabla aylıq 2500-3000 avro qazanır və bu gəlirlə müstəqil yaşayış qurur. Azərbaycanda isə bu səviyyədə qazanc yalnız müəyyən özəl sektor sahələrində və o da məhdud sayda mümkündür.

Sosial və siyasi mühit də vacib rola malikdir. Xaricdə təhsil almış gənclər açıq cəmiyyətlərdə formalaşır, söz azadlığı, şəffaflıq, vətəndaş iştirakçılığı kimi dəyərlərlə tanış olur. Azərbaycanda isə bəzi hallarda bu dəyərlərin gündəlik həyata tətbiqində çətinliklərlə üzləşirlər. Akademik müstəqillik, elmi azadlıq, ideoloji təzyiqlərdən uzaq müzakirə mühiti olmayan bir sistemə daxil olmaq istəməmələri təbii qarşılanmalıdır. Bundan əlavə, bəzi hallarda dövlət qurumları xaricdə təhsil almış gəncləri sistemə inteqrasiya etməkdə təşəbbüskarlıq göstərmir və onların təcrübəsindən istifadə edilmir”.

Ekspert əlavə edib ki, digər səbəb ailə və sosial çevrə faktorlarıdır:

“Gənclər xaricdə ailə qurur, sosial şəbəkələrini həmin ölkələrdə qururlar və bu, onların geri dönməsinə psixoloji və sosial baryer yaradır. Həmçinin xarici pasport və vətəndaşlıq alma imkanları, orada daha sabit gələcək görmək istəyi də qayıdış ehtimalını azaldır.

Bu tendensiyanı dəyişmək üçün sistemli və uzunmüddətli yanaşma zəruridir. Əvvəla, xaricdə təhsil alan gənclərin ölkəyə qayıtdıqdan sonra əmək bazarına inteqrasiyası üçün xüsusi proqramlar hazırlanmalıdır. Dövlət səviyyəsində “Xaricdə Təhsil Almış Məzunların İxtisaslı Kadr kimi İnteqrasiyası Proqramı” kimi mexanizmlər tətbiq olunmalı, bu şəxslərə uyğun vakansiyalar, vergi güzəştləri və startap dəstəkləri təqdim edilməlidir. Məsələn, Cənubi Koreya və Çində belə mexanizmlər vasitəsilə xaricdə təhsil almış gənclər xüsusi stimullar vasitəsilə ölkəyə cəlb olunmuşdur.

İkinci addım ali təhsilin daxildə keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Əgər ölkə daxilində dünya səviyyəsində tanınan və müasir təlim-tədqiqat imkanları olan universitetlər olsa, çox sayda gənc xaricə getməyə ehtiyac duymayacaq və bu da beyin axınının qarşısını qismən alacaq. Bu istiqamətdə ADA Universiteti və BANM kimi modellər genişləndirilməlidir.

Üçüncü istiqamət şəffaflıq və meritokratiya prinsiplərinin gücləndirilməsidir. Xaricdə təhsil almış, ixtisaslı və motivasiyalı gənclər sistemə inteqrasiya olunmaq üçün real imkan görməlidirlər. Əgər vəzifə təyinatları şəxsi münasibətlərə deyil, peşəkarlığa əsaslansa, bu gənclərin cəmiyyətə xidmət etmə istəyi də artacaq”.

Kamran Əsədov sonda qeyd edib ki, nəticə etibarilə, xaricdə təhsil alan gənclərin ölkəyə geri qayıtmaması təkcə fərdi seçim deyil, struktur və siyasət boşluqlarının nəticəsidir:

“Bu tendensiyanı dəyişmək üçün dövlət yalnız çağırışlarla deyil, real, hüquqi və sosial mexanizmlərlə bu gənclərə “qayıtmaq üçün səbəb” yaratmalıdır. Əks halda bu proses davam edəcək və ölkə strateji resurs olan insan kapitalını itirməyə davam edəcək”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri