Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? Bu şirkətlərə ehtiyatlı olun

“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? Bu şirkətlərə ehtiyatlı olun

Icma.az, Lent az portalına istinadən məlumat verir.

“Mənim də balam xaricdə təhsil alsın, qonşudan geri qalmayım” iddiası ilə bəzən özümüzü “yandırırıq”. Özü də hazırda bu sahədə necə deyərlər, “mövsüm” açıq elan edilib, ehtiyatlı olun.

Bu yaxınlarda bir həmkarım zəng edib ki, bəs bir şirkət (bir azdan daha geniş yazacağam) məndən xeyli pul alıb, amma uşağın xaricdə təhsil məsələsi düzəlməyib. Ona bircə kəlmə söz dedim ki, əgər öz haqqını qoruya bilməsən, fırıldaqçıların bir jurnalisti aldatmasına imkan versən, bu günə kimi mediadan “yediyin çörəyi” sənə halal etmərəm. Bu, təzədən oyandı elə bil, səhəri yazdı ki, gedib pulumu dava-savaşla aldım. Afərin! Amma onun yaşadığı stressin, aldadılmağın gətirdiyi utancın təbii ki, kompensasiyası yoxdur.

Övladınızın ayağını sərhəddən kənara qoyub, hansısa universitetin qapısından içəri girməsi belə inanın ki, hələ xaricdə təhsil almaq deyil. Amma heç sərhədin qapısına çata bilməyənlər də var. Anlayıram, insanlarımızın hamısının bu sahədə ciddi-ciddi araşdırma aparmaq imkanları yoxdur. Amma bu barədə mediada dayanmadan yazırıq, bir çoxlarınız heç olmasa arada bir gözünüzü Tik-tok-dan çəkib yerli kütləvi informasiya vasitələrini də oxusanız, fırıldaqçılar pullarınızı mənimsəməz.

Demək, xaricdə təhsil adı altında əsasən insanları necə aldadırlar? Tələbələrə deyirlər ki, sən qəbul olunmusan, amma universitetə qeydiyyatının təmin etmirlər. Əvvəlcədən söz verirlər ki, vizadır, getdiyi ölkədə tələb olunan tibbi sığortadır, filandır bunlar hamısı bizlikdir. Lakin vaxt-vədə yetişəndə dayanırlar kənarda. Viza prosesində o qədər gecikmələr olur ki, gənc hətta qəbul olubsa belə, universitetdən atılır bayıra. İnsanlar aylarla şirkətə ayaq döyüb, yalançı vədlərlə ovudulur, sonra biləndə ki, bunu aldadıblar şirkət ödənişi geri qaytarmır ki, mən səninlə bağlı nə qədər kağız-kuğuz işlətmişəm, yazışmalar aparmışam. Bu zaman valideyn də haqlı olaraq deyir ki, “başına dəysin sənin o işinin ki, sonda nəticə yoxdur”. Düz də deyir. Mən hələ onların yerinə olsam, aylarla ora gəlib-getdiyim nəqliyyat vasitəsinin xərcini, üstəlik aldığım mənəvi travmanın kompensasiyasını da istəyərəm. Görsəm ki, vermirlər gedərəm məhkəməyə. Onu da deyim ki, ölkəmizdə bu istiqamətdə məhkəmələr də az olmayıb.

Bu barədə ən çox "Pilgrim Education" şirkətinin adına rast gəlirik. Gənc xanımımız Xanım Camalovanın şirkətlə məhkəməlik olması uzun müddət sosial şəbəkələrdə gündəm, mediada manşet oldu.

Belə ki, tələbə Xanım Camalova xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün "Pilgrim Education” (əvvəlki adları Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Elə yuxarıda barəsində danışdığım həmkarımın da pulunu zorla aldığı bunlar idi. İndi qayıdaq “şirkətin əvvəlki adı” məsələsinə. Bir çoxları görürlər ki, köhnə adlarının reytinqi o qədər aşağı düşüb ki, özlərinə yeni ad seçirlər. Ona görə, sizlər də gözü açıq olun, müraciət etdiyiniz şirkətin bir keçmişini də araşdırın.

Bundan başqa, mediadan tanış olduğumuz "ABC Təhsil Mərkəzi" adlı şirkətin də əməlləri unudulmadı. Şirkətə qarşı bir neçə tələbə tərəfindən məhkəmə iddiaları qaldırılıb. Camaat nədən şikayətçi idi? Ödənişlərin geri qaytarılmırdı, saxta sənədlər təqdim olunmuşdu. Bu cür məhkəmələrin siyahısını xeyli uzada bilərik. Biz sadəcə nümunə gətirdik ki, bu cür proseslər Azərbaycanda mövcuddur. Yəni, sizə havadan danışmırıq.

Yazıq valideyn bəlkə də o ödənişi bir yerə toplamaq üçün neçə-neçə qapı döyüb. İnsanların arzuları ilə oynamaq, zənnimcə günahların ən böyüyü olmalıdır.

Burda valideynin üzərinə də ciddi məsuliyyət düşür. Şirkətlərin fəaliyyətini araşdırın, əlinizə hər hansı bir sənəd adı ilə kağız parçası verilirsə, onu bir hüquqşünasa da göstərin, təhsil nazirliyinin sonradan həmin universitetin diplomunu tanıyacağından əmin olun, ödənişlər üçün mütləq və mütləq rəsmi qəbz tələb edin, qəbul olduğunuz universitetlə bir-başa özünüz də əlaqə saxlayın. Bəlkə sizi aldadırlar? Ən azından bunları etsəniz aldanma riskini minimuma endirəcəksiniz. Elə edin ki, həm pulunuzdan, həm də universitet xəyallarınızdan məhrum olmayın. Yuxarıda sadaladıqlarımı yoxlamaq üçün, sizə lazım olan sadəcə kompüter və ya ağıllı telefondur. Dönə-dönə məlumatları yoxlayın. Yoxsa sizə deyəcəklər ki, nəinki sizi universitetə qəbul etdirəcəyik, hələ yataqxanada yer də alacağıq. Sonra məlum olur ki, heç universitetin yataqxanası mövcud deyilmiş. Bu da bir qohumun başına gəlib.

Deməli belə, “uşağı xaricə oxumağa göndərəcəm” deyib özünüzü fırıldaqçılara yem etməyin. Artıq etmisinizsə, heç olmasa bizim saytın ünvanına bir şikayət göndərin, sizin yerinizə onlarla biz savaşaq. Onsuz da öyrəncəli canıq... 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri