Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

İnsan sağlamliğina verilən dəyər

Xaricdə təhsil vəd edən şirkətlərə ehtiyatla yanaşmaq lazımdır

Xaricdə təhsil vəd edən şirkətlərə ehtiyatla yanaşmaq lazımdır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan vətəndaşları bir sıra media resurslarında, eləcə də bəzi şirkətlərin müvafiq elanlarında müxtəlif xarici universitetlərdə təhsil almağa təşviq olunur və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tanınacağı ilə bağlı vədlər, hətta "zəmanət" də verilir.

Agentlikdən bildirilib ki, xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət TKTA-nın səlahiyyətləri xaricindədir, həmçinin Agentlik xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şəxslə, şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu kimi vasitəçilərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Prezidentin müvafiq fərmanı ilə təsdiq edilən "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında həyata keçirilir.

TKTA xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunan kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün bir sıra məqamlara diqqət etmələrini tövsiyə edir.

Seçilən ixtisasların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı", Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı", "Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı" və "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda yer alması, kvalifikasiyanın aid olduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması (enic-naric.net keçidindən istifadə etməklə müvafiq məlumatı əldə etmək mümkündür) mütləqdir.

Nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil alınan ölkənin ərazisində olmaq və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisaslarına münasibətdə təhsilin bütün normativ müddətində təhsil alınan ölkənin ərazisində olmaq), müvafiq qaydalara əsasən ölkə ərazisində yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında (qiyabi "Baytarlıq təbabəti" və "Əczaçılıq" ixtisasları istisna olmaqla) əldə olunmuş kvalifikasiyalara münasibətdə tanınmanın həyata keçirildiyinin nəzərə alınması vacibdir.

Tədris müddətində seçilən dərslərin ixtisasla uyğunluq təşkil etməsi və minimum kredit həcminin qarşılanması, "Açık öğretim" təhsilalma formasında əldə olunmuş kvalifikasiyaların ölkə ərazisində tanınmaması mütləqdir.

Agentlikdən qeyd olunub ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında "Tanınmayan universitetlərin siyahısı" (https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və "Ən çox imtina alan universitetlərin siyahısı" (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc edilib.

Eyni zamanda vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün  Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər. Agentlik, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edir.

Agentlikdən qeyd olunub ki, xarici dövlətdə əldə edilən kvalifikasiyanın tanınması şəxsin həmin kvalifikasiyaya Azərbaycan ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etdirmək və həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalara əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilən fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycanın mövcud təhsil qanunvericiliyində nəzərdə tutulan ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, qaydalara uyğun olaraq, əldə olunan ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi mümkün hesab edilmir: "Ali təhsil sahəsində əldə edilən ixtisasların tanınması prosesi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən qaydalarda nəzərdə tutulan meyarlar üzrə həyata keçirilir. Sözügedən meyarlar üzrə təhlilin nəticəsi müsbət qiymətləndirilərsə, əldə olunan ali təhsil ixtisasının tanınması mümkün hesab edilir".

Onun sözlərinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması məqsədilə ərizələrin qəbulu yalnız elektron qaydada həyata keçirilir: "Qeyd edim ki, bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır. Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür. Sənədlərin elektron ərizədən kənar vasitələrlə göndərilməsi müraciətlərə baxılmasında ciddi gecikmələrə səbəb ola bilər. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır. Sonra ərizəçilər tərəfindən təqdim olunan sənədlərin ekspertizası həyata keçirilir".

Vurğulanıb ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması: "Yekun olaraq mənfi rəy bir sıra hallarda verilə bilər. Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycanda təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda. Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycanda müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa). Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycanda həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda. Verilən qərarla razılaşmadığı təqdirdə, vətəndaşlar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qəbul edilən qərara dair məhkəmədə iddia qaldıra bilərlər".

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən diplomları tanınmayan universitetlərin hər il siyahısı çıxsa da, bu ali təhsil müəssisələrinə qəbul davam edir. Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər: "Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı xeyli maarifləndirmə işləri aparılmalıdır. Uşaqların çoxu təhsil şirkətlərinin qurbanına çevrilir".

Ekspert deyir ki, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri özlərini reklam edirlər: "Onlar həmin universitetləri təbliğ edirlər. İnsanlar belə təhsil şirkətlərinin vədlərinə ehtiyatla yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı ilə oynamaq deməkdir. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".

N.İsrafilov vurğulayıb ki, saxta diplomlu şəxslərin ölkəyə heç bir faydası yoxdur: "Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savadsız diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar. Təssüflər olsun ki, bu gün də belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidmət haqqı alırlar".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see402

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see317

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see239

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see238

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see235

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see234

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see233

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see226

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see225

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see215

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see215

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see208

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see205

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see193

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see192

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see185

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see175

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see166

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri