Icma.az
close
up
RU
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... Diplomlar hansı səbəblərdən tanınmaya bilər?

XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... Diplomlar hansı səbəblərdən tanınmaya bilər?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Son illərdə xaricdə təhsil almağa üstünlük verən azərbaycanlı gənclərin sayı əhəmiyyətli dərəcədə artıb. Həm dövlət proqramları, həm də fərdi təşəbbüslər hesabına dünyanın müxtəlif ölkələrində ali təhsil alan gənclər təhsilini başa vurduqdan sonra ölkəyə qayıdaraq əldə etdikləri bilik və bacarıqları əmək bazarında tətbiq etməyə çalışırlar. Xaricdə təhsil beynəlxalq təcrübə qazanmaq, fərqli təhsil mühitində formalaşmaq və peşəkar bacarıqları inkişaf etdirmək baxımından mühüm üstünlüklər vəd etsə də, bəzi məzunlar Azərbaycana qayıtdıqdan sonra bir sıra problemlərlə üzləşirlər.

Bu problemlər arasında ən çox rast gəlinən məsələlərdən biri xarici ali təhsil müəssisələrindən alınan diplomların tanınmasıdır. Belə ki, bəzi hallarda məzunlar uzun illər və böyük maliyyə vəsaiti sərf edərək əldə etdikləri diplomların nostrifikasiya prosesindən keçmədiyini öyrənirlər. Nəticədə həmin şəxslər ixtisasları üzrə işə qəbul zamanı çətinliklərlə qarşılaşırlar.

Qeyd edək ki, 2026-cı ilin I rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub. Müraciətlərdən 1050-si müsbət cavablandırılıb, 255 nəfərin diplomunun tanınmasından isə imtina edilib. Mənfi qərarların əsas səbəbi təhsil alınan ölkədə tələb olunan müddətdən az qalmaq olub. Bu səbəbdən 110 müraciət rədd edilib. Digər əsas səbəblər arasında kredit fərqi (50 müraciət), həm təhsil müddəti, həm də kredit uyğunsuzluğu (28), təhsilalma forması (14), saxta diplomlar (10) və ekvivalenti olmayan ixtisaslar (10) yer alıb.

Ölkələr üzrə ən çox müraciət Türkiyədən (445), Rusiyadan (356) və Ukraynadan (203) daxil olub. Sonrakı yerlərdə Böyük Britaniya (73), Gürcüstan (46), Polşa (27), İtaliya (21) və Macarıstan (19) qərarlaşıb.

Ən çox tanınma üçün müraciət edilən ixtisaslar isə hüquqşünaslıq (135 müraciət), iqtisadiyyat (78), maliyyə (69), tibb (67) və biznesin idarə edilməsi (63) olub.

Müraciətlərin təxminən 80,5 faizi müsbət, 19,5 faizi isə mənfi qərarla yekunlaşıb.

Bəs xaricdə təhsil alıb Azərbaycana qayıdan şəxslərin diplomlarının tanınmamasının əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli “AzPolitika”ya şərhində bildirib ki, xaricdə təhsilə marağın artması gənclərin qlobal dünyaya inteqrasiyası baxımından müsbət tendensiyadır. Onun sözlərinə görə, problem diplom əldə edildikdən sonra başlayır. Belə ki, bəzi hallarda diplomların Azərbaycanda tanınmaması həm ciddi maliyyə itkisinə, həm də vaxt itirilməsinə səbəb olur.

Ekspert qeyd edib ki, bu problemin əsas səbəbləri məlumatsızlıq, hüquqi savadlılığın aşağı səviyyədə olması və bəzi vasitəçi şirkətlərin vədlərinə aldanmaqdır: “Bir çox gənc universitetin rəsmi fəaliyyət göstərməsini diplomun avtomatik tanınacağı kimi qiymətləndirir. Halbuki Azərbaycan qanunvericiliyinə və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin tələblərinə əsasən, diplomun tanınması üçün təkcə ali təhsil sənədinin mövcudluğu kifayət etmir”.

Əmrah Həsənli vurğulayıb ki, tələbə təhsil aldığı müddətdə dərslərin keçirildiyi ölkədə fiziki olaraq iştirak etməlidir: “Əgər tələbə il ərzində cəmi bir neçə gün həmin ölkədə olub, qalan vaxtı Azərbaycanda keçiribsə, onun diplomunun tanınması mümkün olmaya bilər. Bu məsələdə müvafiq qurumların sərt yanaşması mövcuddur və pasportlardakı giriş-çıxış məlumatları diqqətlə yoxlanılır”.

Ekspertin sözlərinə görə, qiyabi və ya distant təhsil seçən şəxslər də qanunvericiliyin tələblərini nəzərə almalıdırlar: “Xüsusilə təhsil dili vacib amillərdən biridir. O bildirib ki, ingilis və ya rus dilində təhsil aldığını göstərən, lakin müsahibə zamanı həmin dillərdə minimal bilik nümayiş etdirə bilməyən şəxslərin diplomları ilə bağlı suallar yarana bilər”.

Ə. Həsənli universitetlərarası köçürmələrin də risk yaratdığını qeyd edib. Onun sözlərinə görə, xüsusən akkreditasiyası olmayan və ya şübhəli təhsil müəssisələrindən edilən köçürmələr diplomun tanınmamasına səbəb ola bilər.

Ekspert abituriyentlərə və tələbələrə universitet seçərkən reklam kampaniyalarına deyil, ali məktəbin fəaliyyət göstərdiyi ölkədə rəsmi akkreditasiyasının olub-olmamasına diqqət yetirməyi tövsiyə edib: “Həmin universitetin diplomlarının Azərbaycanda tanınıb-tanınmamasının da əvvəlcədən araşdırılması vacibdir. İxtisas məsələsi də mühüm əhəmiyyət daşıyır. Belə ki, xaricdə əldə olunan ixtisas Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi ixtisas təsnifatına uyğun gəlməzsə, ekvivalentlik müəyyən edilə bilməz. Təhsildə Keyfiyyət Təminatı Agentliyi mütəmadi olaraq diplomları ən çox imtina edilən universitetlərlə bağlı statistika açıqlayır. Bu siyahılarda distant təhsil adı altında fəaliyyət göstərən, lakin təhsil keyfiyyəti və hüquqi statusu ilə bağlı problemlər yaşayan bəzi xarici ali məktəblər də yer alır”.

Ekspert vurğulayıb ki, diplomun tanınmasında əsas meyar universitetin məşhurluğu deyil, onun hüquqi statusu və tələbənin təhsil prosesində faktiki iştirakı ilə bağlıdır: “Hətta dünyanın ən nüfuzlu universitetinin diplomu belə, tələbə tədris prosesində fiziki iştirak etməyibsə, Azərbaycanda tanınmaya bilər. Sənəd təqdim etməzdən əvvəl Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi tələbləri ilə tanış olmaq, şübhəli məqamlarda isə rəsmi sorğular göndərmək vacibdir. Təhsil sadəcə diplom əldə etmək deyil, gələcəyə qoyulan investisiyadır və bu səbəbdən bütün tələblərə diqqətlə yanaşmaq lazımdır”.

Təhsil eksperti Elmin Nuri isə “AzPolitika”ya açıqlamasında bildirib ki, xaricdə təhsilə marağın artması son bir neçə ilin deyil, təxminən 10-15 il əvvəl başlayan prosesdir.


Onun sözlərinə görə, dövlət proqramlarının genişlənməsi, xaricdə təhsil alıb ölkəyə qayıdanların sayının artması və xarici universitetlərə qəbul olunan tələbələrin çoxalması bu istiqamətə marağı daha da gücləndirib.

“İkinci səbəb isə xarici təhsilin təkcə prestij və nüfuz məsələsi olmaması, bir çox gənclər üçün yeganə çıxış yolu kimi qəbul edilməsidir. Heç kimə sirr deyil ki, xüsusən də zəif nəticə göstərən və yerli universitetlərə qəbul ola bilməyən şəxslər bəzi hallarda attestatla, bəzi hallarda isə digər göstəricilərlə əsasən Türkiyə və qonşu ölkələrin universitetlərinə yönləndiriliblər”, – ekspert qeyd edib.

E. Nuri bildirib ki, zamanla bu sahədə həm peşəkar, həm də qeyri-peşəkar fəaliyyət göstərən qurumlar formalaşıb: “Həqiqətən də öz işini peşəkar şəkildə həyata keçirən, xarici universitetlərin Azərbaycandakı rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərən təhsil mərkəzləri olub. Amma onların kölgəsində gizlənərək qeyri-qanuni yollarla fəaliyyət göstərən, əsas məqsədi yalnız qazanc əldə etmək olan qurumlar da meydana çıxıb”.

Ekspert hesab edir ki, bu vəziyyət valideynlərin və gənclərin xaricdə təhsil sahəsinə olan etimadına mənfi təsir göstərib.

“Bir neçə il əvvəl maraqlı statistika ilə qarşılaşmışdıq. Qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra ölkənin bölgələrindən birində cəmi bir həftə ərzində doqquz xaricdə təhsil şirkəti fəaliyyətə başlamışdı. Bunun səbəbi isə insanların həssas vəziyyətindən istifadə etmək istəyi idi. Valideynlər övladlarının ali məktəbə qəbul ola bilməməsini kompensasiya etmək üçün bu şirkətlərə müraciət edirlər”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, əsas problemlərdən biri valideynlərin və gənclərin rəsmi mənbələrə müraciət etməməsidir: “Onlar Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və digər qurumların təqdim etdiyi məlumatlarla tanış olmurlar. Halbuki həmin siyahılarda Azərbaycanda tanınan universitetlər göstərilir. Maraqlıdır ki, bəzi insanlar diplomlarının ölkədə tanınıb-tanınmayacağını əvvəlcədən araşdırmadan xaricdə təhsil almağa qərar verirlər. Bu isə absurddur”.

E. Nuri qeyd edib ki, bəzi gənclər üçün əsas məqsəd keyfiyyətli təhsil deyil, istənilən formada universitet tələbəsi adını qazanmaq olur: “Bu şəxsləri nə təhsilin keyfiyyəti, nə gələcək peşə fəaliyyəti, nə də əmək bazarında yer tutmaq məsələsi maraqlandırır. Onlar yalnız universitetə qəbul olmağa çalışırlar. Bu isə ciddi boşluğun göstəricisidir”.

Ekspert bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və digər aidiyyəti qurumlar bu istiqamətdə geniş maarifləndirmə işi aparırlar: “Maarifləndirici materiallar, videolar, sosial şəbəkələrdə məlumatlandırmalar və 146-8 qaynar xətti fəaliyyət göstərir. Rəsmi internet səhifələrində də kifayət qədər məlumat yerləşdirilib. Bu məlumatlarla tanış olmaq nə çətindir, nə də çox vaxt aparır. Lakin insanlar bunu etmədikdə bəzi xaricdə təhsil şirkətlərinin toruna düşürlər”.

E. Nuri xaricdə təhsil seçərkən ilk növbədə hüquqi məsələlərin araşdırılmasının vacibliyini vurğulayıb: “Əvvəlcə müəyyən edilməlidir ki, seçilən universitetin diplomu Azərbaycan qanunvericiliyi tərəfindən tanınır, yoxsa yox. Bundan sonra isə ixtisasın keyfiyyəti, universitetin səviyyəsi və tədrisin keyfiyyəti araşdırılmalıdır. Bu istiqamətdə araşdırmalar aparmaq mütləqdir”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 İyun 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri