Icma.az
close
up
RU
Xaricdən gələn ətlərin RİSK faktorları Məhsəti Hüseynova AÇIQLADI

Xaricdən gələn ətlərin RİSK faktorları Məhsəti Hüseynova AÇIQLADI

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Dabaq xəstəliyi ilə cəmiyyəti qorxuya saldıqdan sonra, ət bazarında qəribə bir dinamika müşahidə olunur. Həmçinin, yerli ət istehsalçıları bahalı yem, süni qiymət artımı və bazar oyunlarının təzyiqi altında sıradan çıxır. Eyni zamanda bazarlar, sosial şəbəkələr və marketlər Braziliya, Monqolustan, Hindistan, Pakistan kimi uzaq ölkələrdən gətirilən ucuz ətlə dolub. Bir tərəfdən “ucuz ət” cəlbedici görünür, digər tərəfdən isə bu proses Azərbaycanın ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur. Əgər biz bu templə davam etsək, sabah milli bazarımızı və kənd təsərrüfatını itirməklə üz-üzə qalacağıq. Dabaq xəstəliyi Xarici ətin satılması yolunda bir oyun kimi görünür.

İdxal ətinin bu qədər asanlıqla bazara daxil olmasının səbəbi nədir, süni ət ola bilərmi?

Braziliya, Monqolustan, Hindistan kimi ölkələrdən gətirilən ətlərin keyfiyyəti və mənşəyi ilə bağlı risklər mövcuddurmu?

Əgər bu tendensiya davam etsə, 5-10 il sonra yerli ət bazarı və kənd təsərrüfatı hansı vəziyyətdə ola bilər?

Dövlət bu vəziyyəti tənzimləmək üçün hansı addımları atmalıdır ki, yerli ət istehsalçıları yenidən güclənsin?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova suallarımızı cavablayıb.

M. Hüseynovanın sözlərinə görə, dabaq xəstəliyi mövsümü olaraq, illərlə müəyyən vaxtlarda daha geniş şəkildə yaranır. Bu ilk növbədə kənd təsərrüfatına və sahibkara və təbii ki, heyvanlara zərər vurur. Çünki xəstə heyvanlar xəstəlik sürətlə yayıldığına görə, onlardan hər hansı süd alma və yaxud ətindən istifadə etmə halları bir çox hallarda olmur. Çünki belə olan halda təbii ki, heyvan ətləri və eyni zamanda mənşəyi bəlli olmayan yerdə satışını həyata keçirsələr, sanitar gigiyena qaydalarına əməl etməsələr bu halda təhlükəli ola bilər.

Mütəxəssis əlavə edib:

“Lakin, nəzərə almaq lazımdır ki, ət zülal mənşəli məhsuldur. Yüksək risk qrupuna aiddir. Soyuq qida zəncirində daşınmalıdır. Satılarkən, hazırlanarkən, saxlanarkən, bişirilərkən sanitar gigiyena qaydalarına əməl olunmaqla yanaşı temperatur rejimi də ən önəmli faktorlardan biridir. Əgər bunlara əməl olunarsa, bu zaman heç bir problem olmayacaq.

Əsas məqamı vurğulayan M. Hüseynova qeyd edib:

“Əti mənşəyi bəlli olan yerdən almaq lazımdır. Mütləq şəkildə keyfiyyətinə dair baytar nəzarətindən keçməsinə aid arayışın olması da tələb olunmalıdır. Dövlət nəzarətindən keçən yerlərdən ətin alınması, xüsusilə də xəstəliyin yayılma vaxtında bu ən vacib məqamlardan biridir”.

Ətdən imtina edənlərin qida rasionuna toxunan mütəxəsis əlavə edib:

“Əgər bir insan orqanizmi genetik olaraq, xüsusilə də bizim bölgədə ət yeməyə meyllidirsə, yaxud da ətdən alınan B12, Dəmir, Mioqlobin kimi faydalı elementlər var ki, bunları artıq genetik olaraq ətdən almağa öyrəşibsə, bu daha asan həzm olunmaqla yanaşı, həm də orqanizm üçün daha faydalıdır. Əgər ətdən imtina olunursa, bu zaman mütləq şəkildə balanslı qida rasionu tətbiq olunmalıdır. Çünki B12 vitamini ilə zəngin olan əti və heyvan mənşəli məhsulları rasiondan çıxarırıqsa, bu zaman B12 tərkibli çərəzləri (qoz fındıq, badam) gündəlik qida rasionuna daxil etmək lazımdır. Eləcə də B12 ilə yanaşı mütləq zülal mənşəli paxlalılardan istifadə etməlidir. Mərcimək, noxud, lobya, qreçka, qarabaşaq kimi zülal mənşəli paxlalıları qida rasionuna daxil etməlidirlər. Mütləq şəkildə, bütün bunları qəbul edərkən C vitamini tərkibli tərəvəzlərdən istifadə edilməlidir. Çünki həmin saydıqlarımızın içindəki faydalı elementlər, Dəmir də başda olmaqla, C vitamini ilə birlikdə qəbul olunduqda, bu zaman orqanizmə doğru şəkildə mənimsənilir. Əgər, yetəri qədər bu qidaları qəbul etmirsə, uzun müddətdən sonra vitamin və mineral çatışmazlığından qaynaqlanan xəstəliklər ortaya çıxa bilər. Bu da daha sonra bəzən müalicəsi çətinləşən, yaxud da geri dönüşü olmayan problemlərə gətirib çıxara bilər. Əgər belə qidalanmayacaqlarsa, bu zaman mütləq, xüsusilə də B12-ni qida əlavəsi şəklində almaq önəmlidir. Çünki B12 ətdə olduğu qədər digər saydığımız qidalarda yoxdur. Ona görə bu məqamlara da diqqət etmək lazımdır”.

Dabaq xəstəliyindən bəhs edən mütəxəssis vacib məqama toxunub:

“Əgər bu şəkildə davam etməsi təbii ki, mümkün deyil. Çünki biz uzun illərdir müəyyən xəstəliklərin bir periodda, müəyyən müddətdə sürətlə yayılıb, sonra da aradan qalxdığını gördüyümüz kimi eyni bu da həmin vəziyyətdir ki, bir çox hallarda, yaz-payız mövsümündə heyvanlarda bu xəstəlik sürətlə çoxalır. Ancaq bu tamamilə heyvandarlığın sıradan çıxmasına gətirib çıxarmaz. Çünki uzun illər qida məhsulları olaraq həm heyvan həm də bitki mənşəli məhsullardan istifadə olunur. Ancaq təbii ki, iqtisadiyyat baxımından uzun müddət bu şəkildə davam eləsə, yerli sahibkarlara, yerli fermerlərə, kənd təsərrüfatı ilə məşğul olanlara ciddi ziyan vura bilər. Ona görə də qanunvericiliklə müəyyən tədbirlər həyata keçirilir. Bu da həm yoxlamalar nəticəsində, həm də xəstəliyin sürətlə yayıldığı yerlərdə bazarların bağlanılması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi kimi bir çox proseslər həyata keçirilir”.

Xaricdən gələn ətlar barədə danışan Məhsəti Hüseynova sonda qeyd edib:

“Xaricdən gətirilən bir çox ətlər var ki, bunlar əsasən Monqolustan, Braziliya, Hindistan, Qazaxıstan, Pakistan kimi ölkələrdən Azərbaycana gəlir ki, bu zaman bəzi problemlər ola bilər. Bir çox hallarda bu soyuq qida zənciri, xüsusilə də daşınma zamanı əgər temperatur rejiminə əməl olunmazsa, tutaq ki, daşınan zaman maşınlarda hər hansı bir nasazlıq yaranarsa, bu zaman temperatur dəyişikliyinə görə, ətin tərkibində mikrobioloji çirklənmə ola bilər. Bu da artıq insan sağlamlığına zərər vura bilər. Təbii ki satış yerlərinə gedən ətlərin hamısı yoxlanılmalıdır. Eyni zamanda, xaricdən gətirilən ətləri alarkən, üzərində mənşə ölkə göstərilməklə yanaşı, kəsim tarixi, istehsal tarixi, son istifadə müddəti və bunları əks etdirəcək hər hansı bir arayışın, sertifikatın olması vacibdir. Baytar nəzarətindən keçməsinə dair, xüsusilə, heyvandarlıq məhsullarında bir çox xəstəlik riski var ki, bunlar müəyyən ölkələrdən gələndə, Azərbaycana gətirilən zaman da ona görə risk analizləri aparılır. Laborator müayinələr aparılır. Buna dair də əgər insan sağlamlığına hər hansı bir zərər vurmursa, qida təhlükəsizliyinin qayda və normalarına cavab verirsə, bu zaman satışa buraxılır. Burada ilk növbədə etibarlı, keyfiyyətli, mənşəyi bəlli olan yerdən məhsulların alınmasına diqqət etmək əsas məsələlərdən hesab olunur. Digər bir məqam isə bəzi hallarda ət kəsim məntəqələrində bütün bu qaydalara əməl olunacaqsa, uzun bir yol qət olunacaqsa, bu zaman ət alınması tövsiyə olunmur. Daha çox evə yaxın yerlərdən ətin alınması vacibdir. Bu da soyuq qida zəncirinin qorunmasına gətirib çıxarır. Çünki, daşınma zamanı temperatur dəyişirsə, ətin donu açılırsa, yaxud da yuxarı temperaturda saxlanılırsa, bu zaman da təbii ki, risk faktorları daha da çoxalır”.

Söhbətləşdi: Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see258

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see249

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see247

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see219

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see159

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see151

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see149

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see145

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see140

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see139

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see136

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see136

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri