Icma.az
close
up
RU
Xaricdən gələn ətlərin RİSK faktorları Məhsəti Hüseynova AÇIQLADI

Xaricdən gələn ətlərin RİSK faktorları Məhsəti Hüseynova AÇIQLADI

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dabaq xəstəliyi ilə cəmiyyəti qorxuya saldıqdan sonra, ət bazarında qəribə bir dinamika müşahidə olunur. Həmçinin, yerli ət istehsalçıları bahalı yem, süni qiymət artımı və bazar oyunlarının təzyiqi altında sıradan çıxır. Eyni zamanda bazarlar, sosial şəbəkələr və marketlər Braziliya, Monqolustan, Hindistan, Pakistan kimi uzaq ölkələrdən gətirilən ucuz ətlə dolub. Bir tərəfdən “ucuz ət” cəlbedici görünür, digər tərəfdən isə bu proses Azərbaycanın ərzaq təhlükəsizliyinə ciddi zərbə vurur. Əgər biz bu templə davam etsək, sabah milli bazarımızı və kənd təsərrüfatını itirməklə üz-üzə qalacağıq. Dabaq xəstəliyi Xarici ətin satılması yolunda bir oyun kimi görünür.
İdxal ətinin bu qədər asanlıqla bazara daxil olmasının səbəbi nədir, süni ət ola bilərmi?
Braziliya, Monqolustan, Hindistan kimi ölkələrdən gətirilən ətlərin keyfiyyəti və mənşəyi ilə bağlı risklər mövcuddurmu?
Əgər bu tendensiya davam etsə, 5-10 il sonra yerli ət bazarı və kənd təsərrüfatı hansı vəziyyətdə ola bilər?
Dövlət bu vəziyyəti tənzimləmək üçün hansı addımları atmalıdır ki, yerli ət istehsalçıları yenidən güclənsin?
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova suallarımızı cavablayıb.
M. Hüseynovanın sözlərinə görə, dabaq xəstəliyi mövsümü olaraq, illərlə müəyyən vaxtlarda daha geniş şəkildə yaranır. Bu ilk növbədə kənd təsərrüfatına və sahibkara və təbii ki, heyvanlara zərər vurur. Çünki xəstə heyvanlar xəstəlik sürətlə yayıldığına görə, onlardan hər hansı süd alma və yaxud ətindən istifadə etmə halları bir çox hallarda olmur. Çünki belə olan halda təbii ki, heyvan ətləri və eyni zamanda mənşəyi bəlli olmayan yerdə satışını həyata keçirsələr, sanitar gigiyena qaydalarına əməl etməsələr bu halda təhlükəli ola bilər.
Mütəxəssis əlavə edib:
“Lakin, nəzərə almaq lazımdır ki, ət zülal mənşəli məhsuldur. Yüksək risk qrupuna aiddir. Soyuq qida zəncirində daşınmalıdır. Satılarkən, hazırlanarkən, saxlanarkən, bişirilərkən sanitar gigiyena qaydalarına əməl olunmaqla yanaşı temperatur rejimi də ən önəmli faktorlardan biridir. Əgər bunlara əməl olunarsa, bu zaman heç bir problem olmayacaq”.
Əsas məqamı vurğulayan M. Hüseynova qeyd edib:
“Əti mənşəyi bəlli olan yerdən almaq lazımdır. Mütləq şəkildə keyfiyyətinə dair baytar nəzarətindən keçməsinə aid arayışın olması da tələb olunmalıdır. Dövlət nəzarətindən keçən yerlərdən ətin alınması, xüsusilə də xəstəliyin yayılma vaxtında bu ən vacib məqamlardan biridir”.
Ətdən imtina edənlərin qida rasionuna toxunan mütəxəsis əlavə edib:
“Əgər bir insan orqanizmi genetik olaraq, xüsusilə də bizim bölgədə ət yeməyə meyllidirsə, yaxud da ətdən alınan B12, Dəmir, Mioqlobin kimi faydalı elementlər var ki, bunları artıq genetik olaraq ətdən almağa öyrəşibsə, bu daha asan həzm olunmaqla yanaşı, həm də orqanizm üçün daha faydalıdır. Əgər ətdən imtina olunursa, bu zaman mütləq şəkildə balanslı qida rasionu tətbiq olunmalıdır. Çünki B12 vitamini ilə zəngin olan əti və heyvan mənşəli məhsulları rasiondan çıxarırıqsa, bu zaman B12 tərkibli çərəzləri (qoz fındıq, badam) gündəlik qida rasionuna daxil etmək lazımdır. Eləcə də B12 ilə yanaşı mütləq zülal mənşəli paxlalılardan istifadə etməlidir. Mərcimək, noxud, lobya, qreçka, qarabaşaq kimi zülal mənşəli paxlalıları qida rasionuna daxil etməlidirlər. Mütləq şəkildə, bütün bunları qəbul edərkən C vitamini tərkibli tərəvəzlərdən istifadə edilməlidir. Çünki həmin saydıqlarımızın içindəki faydalı elementlər, Dəmir də başda olmaqla, C vitamini ilə birlikdə qəbul olunduqda, bu zaman orqanizmə doğru şəkildə mənimsənilir. Əgər, yetəri qədər bu qidaları qəbul etmirsə, uzun müddətdən sonra vitamin və mineral çatışmazlığından qaynaqlanan xəstəliklər ortaya çıxa bilər. Bu da daha sonra bəzən müalicəsi çətinləşən, yaxud da geri dönüşü olmayan problemlərə gətirib çıxara bilər. Əgər belə qidalanmayacaqlarsa, bu zaman mütləq, xüsusilə də B12-ni qida əlavəsi şəklində almaq önəmlidir. Çünki B12 ətdə olduğu qədər digər saydığımız qidalarda yoxdur. Ona görə bu məqamlara da diqqət etmək lazımdır”.
Dabaq xəstəliyindən bəhs edən mütəxəssis vacib məqama toxunub:
“Əgər bu şəkildə davam etməsi təbii ki, mümkün deyil. Çünki biz uzun illərdir müəyyən xəstəliklərin bir periodda, müəyyən müddətdə sürətlə yayılıb, sonra da aradan qalxdığını gördüyümüz kimi eyni bu da həmin vəziyyətdir ki, bir çox hallarda, yaz-payız mövsümündə heyvanlarda bu xəstəlik sürətlə çoxalır. Ancaq bu tamamilə heyvandarlığın sıradan çıxmasına gətirib çıxarmaz. Çünki uzun illər qida məhsulları olaraq həm heyvan həm də bitki mənşəli məhsullardan istifadə olunur. Ancaq təbii ki, iqtisadiyyat baxımından uzun müddət bu şəkildə davam eləsə, yerli sahibkarlara, yerli fermerlərə, kənd təsərrüfatı ilə məşğul olanlara ciddi ziyan vura bilər. Ona görə də qanunvericiliklə müəyyən tədbirlər həyata keçirilir. Bu da həm yoxlamalar nəticəsində, həm də xəstəliyin sürətlə yayıldığı yerlərdə bazarların bağlanılması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi kimi bir çox proseslər həyata keçirilir”.
Xaricdən gələn ətlar barədə danışan Məhsəti Hüseynova sonda qeyd edib:
“Xaricdən gətirilən bir çox ətlər var ki, bunlar əsasən Monqolustan, Braziliya, Hindistan, Qazaxıstan, Pakistan kimi ölkələrdən Azərbaycana gəlir ki, bu zaman bəzi problemlər ola bilər. Bir çox hallarda bu soyuq qida zənciri, xüsusilə də daşınma zamanı əgər temperatur rejiminə əməl olunmazsa, tutaq ki, daşınan zaman maşınlarda hər hansı bir nasazlıq yaranarsa, bu zaman temperatur dəyişikliyinə görə, ətin tərkibində mikrobioloji çirklənmə ola bilər. Bu da artıq insan sağlamlığına zərər vura bilər. Təbii ki satış yerlərinə gedən ətlərin hamısı yoxlanılmalıdır. Eyni zamanda, xaricdən gətirilən ətləri alarkən, üzərində mənşə ölkə göstərilməklə yanaşı, kəsim tarixi, istehsal tarixi, son istifadə müddəti və bunları əks etdirəcək hər hansı bir arayışın, sertifikatın olması vacibdir. Baytar nəzarətindən keçməsinə dair, xüsusilə, heyvandarlıq məhsullarında bir çox xəstəlik riski var ki, bunlar müəyyən ölkələrdən gələndə, Azərbaycana gətirilən zaman da ona görə risk analizləri aparılır. Laborator müayinələr aparılır. Buna dair də əgər insan sağlamlığına hər hansı bir zərər vurmursa, qida təhlükəsizliyinin qayda və normalarına cavab verirsə, bu zaman satışa buraxılır. Burada ilk növbədə etibarlı, keyfiyyətli, mənşəyi bəlli olan yerdən məhsulların alınmasına diqqət etmək əsas məsələlərdən hesab olunur. Digər bir məqam isə bəzi hallarda ət kəsim məntəqələrində bütün bu qaydalara əməl olunacaqsa, uzun bir yol qət olunacaqsa, bu zaman ət alınması tövsiyə olunmur. Daha çox evə yaxın yerlərdən ətin alınması vacibdir. Bu da soyuq qida zəncirinin qorunmasına gətirib çıxarır. Çünki, daşınma zamanı temperatur dəyişirsə, ətin donu açılırsa, yaxud da yuxarı temperaturda saxlanılırsa, bu zaman da təbii ki, risk faktorları daha da çoxalır”.(tribuna.info)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri