Icma.az
close
up
RU
Həmin ətlərdən kolbasa və sosis hazırlanır Məhsəti Hüseynova

Həmin ətlərdən kolbasa və sosis hazırlanır Məhsəti Hüseynova

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycana bir çox ölkələrdən ət idxal olunur, o cümlədən Braziliya, Monqolustan, Hindistan, Ukrayna, Rusiya və digər ölkələrdən. Bu ətlər ölkəyə daxil olarkən aidiyyəti qurum tərəfindən laborator analizlərdən keçirilir. Əgər ətin keyfiyyəti və qida təhlükəsizliyi standartlarına uyğun olduğu təsdiqlənirsə, satışa buraxılır".

Bu barədə Redaktor.az-a Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova satışda kub fomasında satılan ətlərin keyfiyyətindən danışarkən bildirdi.

O, qeyd etdi ki, dondurulmuş ətlər adətən cəmdək, bud, qabırğa kimi hissələr şəklində olur və -18°C-ə qədər saxlanılır:

"Həmçinin, emal üçün nəzərdə tutulmuş sənaye ətləri də idxal olunur. Bunlar əsasən pərakəndə satış üçün deyil, kolbasa və sosis kimi ət məhsullarının hazırlanması üçün istifadə edilir. Lakin kub formasında olan ətlər daha çox xırda ət qalıqları və sümüyə yaxın hissələrdən hazırlanır. Bu ətlər yapışdırıcı və rəngləndirici kimyəvi maddələrdən istifadə olunaraq formaya salınır. Belə məhsullar mütləq şəkildə etiketlənməlidir. Etikətdə mənşə ölkə, kəsim və dondurulma tarixi, saxlanma temperaturu, keyfiyyət sertifikatı və baytar nəzarətindən keçdiyinə dair sənədlər göstərilməlidir. Əgər bu məlumatlar yoxdursa və məhsul məlumatsız şəkildə satılırsa, bu, qanun pozuntusudur və belə hallarda aidiyyəti qurumun qaynar xəttinə məlumat verilməlidir".

Mütəxəssisin sözlərinə görə, keyfiyyətsiz və mənşəyi məlum olmayan ətlərin keyfiyyəti istehlakçı tərəfindən tam bilinmir.

"Əgər belə ətlər daşınma və saxlanma zamanı temperatur rejiminə əməl olunmadan, dondurulub açılıb yenidən dondurulursa, tərkibində dəyişikliklər baş verir və mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Bu da insan sağlamlığı üçün ciddi fəsadlar törədə bilər. Ona görə də əti keyfiyyətsiz və mənşəyi bəlli olmayan yerlərdən almaq tövsiyə edilmir. Saxlanma zamanı temperatur rejiminə əməl olunmalı, bişirildikdə isə ətin daxili temperaturu 75°C-dən yuxarı olmalıdır", - deyə M.Hüseynova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri