Icma.az
close
up
RU
Xaricə gedərkən bunları özünüzlə apara bilməyəcəksiniz YENİ QƏRAR

Xaricə gedərkən bunları özünüzlə apara bilməyəcəksiniz YENİ QƏRAR

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı təsdiq edilib.

Milli.Az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş bazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, hava gəmisinin salonunda daşınması qadağan edilən əşya və maddələr bunlardır:

Bütün növ silahlar və kəsici-deşici alətlər:

döyüş silahı, tapança, revolver, tüfəng, karabin və digər odlu silah, partlayıcı maddələrin qüvvəsindən istifadə etməklə işləyən analoji qurğular (yivli və yivsiz tüfənglər, idman silahı, lülədən doldurulan odlu silah, fişəng atan tapança və yalnız siqnal fişəngləri buraxmaq üçün qurğular, boş (gülləsiz) patronlarla atəş açmaq üçün tapança və revolver, heyvanların öldürülməsi üçün mili sıçrayan tapança, linemyot);

digər silahlar (pnevmatik silah, qaz silahı, ov silahı və s.);

oyuncaq silah, silahın surəti və ya imitator;

odlu silahların komplektləşdirici hissələri (optik nişangahlardan başqa);

siqnal və idman tapançaları;

yay, mizraq, oxlar;

harpun və nizələr;

katapultlar;

qılınclar (süvari qılıncları və gödək qılınclar daxil olmaqla), xəncərlər (üçtiyəli xəncərlər və yatağanlar daxil olmaqla), qarmaqlar, sapandlar, süngülər, bıçaqlar (hərbi desant, fin, çıxarılıb atılan ülgüclü, qıfılla bağlanan bıçaqlar daxil olmaqla) rapiralar;

buz baltaları və buzqıranlar;

ülgüc üçün tiyələr;

dəftərxana bıçağı;

tiyəsinin uzunluğu 6 santimetrdən çox olan bıçaqlar;

dayaq nöqtəsindən başlayaraq tiyəsinin uzunluğu 6 santimetrdən çox olan qayçılar;

iti ucları və ya kənarları olan döyüş sənəti silahları.

Keyidici (hərəkətsizləşdirici) maddə və (və ya) əşyalar:

bütün növ elektroşoklar, müvəqqəti sarsıdan silahlar;

heyvanların hərəkətsizləşdirilməsi və öldürülməsi üçün vasitələr;

keyidici (hərəkətsizləşdirici) kimyəvi preparatlar, qaz balonları, istiotlu sprey, gözyaşardıcı qaz, turşulu sprey, heyvanlardan qorunmaq üçün spreylər.

Peşə alətləri:

ling;

burğu və matqablar, o cümlədən portativ simsiz matqablar;

tiyəsinin və ya sapının uzunluğu 6 santimetrdən çox olan alətlər;

mişarlar, portativ simsiz mişarlar daxil olmaqla;

lehimləmə lampaları;

tikintidə istifadə olunan tapançalar.

Küt alətlər:

toxmaqlar (o cümlədən beysbol və softbol toxmaqları);

dəyənəklər (toppuz, kötək, rezin dəyənək və s.) və jezllər;

döyüş sənəti silahları.

Partlayıcı maddələr (əşyalar) və partlayıcı vasitələr:

barıt (miqdarından və qablaşdırılmasından asılı olmayaraq);

döyüş patronları (o cümlədən kiçik çaplı);

ovçu kapsulları (pistonlar) və kapsul-detonatorlar;

detonasiya şnurları, zərbə və ya detonasiya kapsulları, fitillər, elektrodetonatorlar və odkeçirən qaytanlar;

partlayıcı qurğuların dəqiq surəti və ya imitatoru;

minalar, qumbaralar və ya digər partlayıcı vasitələr;

pirotexnika vasitələri: siqnal və işıqlandırma raketləri, yağış raketləri, dumana qarşı siqnallar, şaşkalar, tüstü patronları, partladılma işləri üçün kibritlər, benqal fişəngləri, dəmiryol petardaları;

dinamit, tol, ammonal, trotil, plastik və digər partlayıcı maddələr.

Sıxılmış və ya mayeləşdirilmiş qazlar:

butan;

propan;

digər qazlar.

Tezalışan mayelər:

aseton;

benzin;

neft məhsullarının nümunələri;

metanol;

metilasetat (metil efiri);

əyləc mayesi;

kükürd karbonatı;

efirlər;

etilsellozolv;

digər tezalışan mayelər.

Alışan bərk maddələr:

kalium;

natrium;

metal kalsium və onların külçələri (ərintiləri);

fosforlu kalsium;

öz-özünə alışmaya və yanğına səbəb ola biləcək, hər hansı bir təsirdən istilik və yanan qazları ayıran digər maddələr;

ağ, sarı, qırmızı fosfor və alışan bərk maddələr kateqoriyasına aid digər maddələr;

tərkibində suyun və qarışdırıcının miqdarı 20 faizdən az olan dənəvər və ya lopalı, quru və ya nəm kolloidli nitrosellüloz.

Zəhərli və zəhərləyici maddələr:

brusin;

nikotin;

strixnin;

tetrahidrofurfuril spirti;

antifriz;

etilenqlikol;

civə;

sinil turşusunun bütün duzları və sianidli preparatlar;

siklon, sianplav, arsen anhidridi və digər güclü təsir edən zəhərli və zəhərləyici maddələr.

Aşındırıcı və korroziyalaşdırıcı maddələr:

güclü qeyri-üzvi turşular: xlorid, kükürd, azot və s.;

flüorlu hidrogen və digər güclü turşular və korroziyalaşdırıcı maddələr.

Beynəlxalq Mülki Aviasiya Təşkilatının "Doc 9284, təhlükəli yüklərin hava yolu ilə təhlükəsiz daşınması üzrə Texniki təlimatlar"ında (bundan sonra - Texniki təlimatlar) sərnişinlər və hava gəmisinin heyətinin əl yükü və üzərində müəyyən edilmiş şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar istisna olmaqla, digər radioaktiv materiallar və radioaktiv material tərkibli əşyalar.

Qeydiyyatdan keçmiş baqajda daşınması qadağan edilən əşya və maddələr

Partlayıcı və alovlanan, o cümlədən:

kapsul-detonatorlar;

detonasiya şnurları, zərbə və ya detonasiya kapsulları, fitillər, elektrodetonatorlar və odkeçirən qaytanlar;

dinamit, barıt və plastik partlayıcı maddələr (miqdarından və qablaşdırılmasından asılı olmayaraq);

minalar, qumbaralar və ya digər hərbi təyinatlı partlayıcı vasitələr;

pirotexniki vasitələr: siqnal və işıqlandırma raketləri, yağış raketləri, dumanaqarşı siqnallar, şaşkalar, tüstüverici vasitələr və tüstü patronları, partladılma işləri üçün kibritlər, benqal fişəngləri, dəmiryol petardaları;

dövriyyəsinə və daşınmasına icazəsi olmayan odlu silahların bütün növləri.

Litium batareyaları:

litiumun miqdarı 2 qramdan artıq olan litium-metal akkumulyatoru;

litiumun miqdarı 8 qramdan artıq litium-metal akkumulyatoru olan portativ tibbi elektron vasitələri;

enerji tutumu 160 vattdan yüksək olan litium-ion akkumulyatoru;

litium batareyaları olan portativ elektron siqaret qurğuları.

Alışqanlar:

sayı 5 ədəddən çox olan kibrit qutusu;

yanacaqla dolu yanacaq qurğuları;

tündlüyü 70 faizdən yüksək olan alkoqollu içkilər.

Texniki təlimatlarda sərnişinlər və hava gəmisinin heyətinin qeydiyyatdan keçmiş baqajında müəyyən şərtlərlə daşınmasına icazə verilən radioaktiv material tərkibli əşyalar istisna olmaqla, digər radioaktiv materiallar və radioaktiv material tərkibli əşyalar.

Yük və poçt göndərişlərində daşınması qadağan edilən əşya və maddələr

Texniki təlimatlarla müəyyən olunmuş təhlükəsizlik tələblərinə cavab verməyən təhlükəli yüklərin və kustar üsulla hazırlanmış partlayıcı qurğuların hava nəqliyyatı ilə yük göndərişlərində daşınması qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"na uyğun daşınması qadağan edilən əşya və maddələrin daşınmasına yol verilmir.

Hava gəmisində daşınması qadağan edilən əşya və maddələr dedikdə, qanunsuz müdaxilə aktlarının həyata keçirilməsi üçün istifadə oluna biləcək və ya hava gəmisində və onun bortunda olan sərnişinlərin və hava gəmisinin heyət üzvlərinin həyatına təhlükə yarada biləcək əşya və maddələr nəzərdə tutulur.

Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrlə bağlı baqajın yenidən yığılması məqsədilə hava limanlarında biletlərin qeydiyyatı prosesinə və baxış məntəqələrinə daxil olmalara məhdudiyyət yaratmayan xüsusi zona ayrılmalıdır.

Litium batareyaları olan portativ elektron vasitələr tam söndürülmüş halda daşınmalıdır.

Sərnişinlər hava limanları və hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisində daşınması qadağan edilən əşya və maddələr barədə rəsmi saytlarında və ya mediada, həmçinin qeydiyyat zamanı növbəyə duran sərnişinlərə hava limanının və ya hava gəmisinin istismarçısı tərəfindən məlumat verilməklə, hava limanlarında sərnişinlərin hərəkət marşrutlarında tablolar və lövhələr yerləşdirilməklə, yazılı və ya radioelanlar verilməklə, biletlər elektron alındığı hallarda biletdə qeydlər edilməklə, biletlərin aviakassadan alındığı hallarda isə aviakassaların işçiləri tərəfindən məlumat verilməklə məlumatlandırılır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see180

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see144

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see138

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see135

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see130

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see129

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see126

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see123

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see113

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri