Icma.az
close
up
RU
Xarici dil biliyinin təhsil və karyera həyatına töhfəsi ARAŞDIRMA

Xarici dil biliyinin təhsil və karyera həyatına töhfəsi ARAŞDIRMA

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlarda xarici dil öyrənən və öyrənməyə çalışanların sayı xeyli artıb. Bir çoxlarının fikrincə bu tendensiya həm maraq, həm də zərurətdən yaranıb. İndiki zamanda yaşından, işindən asılı olmayaraq çoxları müxtəlif dil kurslarına  gedir, xüsusilə də ingilis dilini öyrənməyə üstünlük verirlər. Təbii ki, onlayn formatda da dərslərə qoşulanlar kifayət qədər var.

Müsahibəsində təhsil eksperti Vüsət Əzizov xarici dil biliyinin təhsil sahəsində yaratdığı perspektivlərə toxunub, xüsusilə də ingilis dilinin mənimsənilməsinin vacibliyini vurğulayıb.

“İngilis dili dünyada ən çox danışılan dilllərdən biridir. Buna görə də ingilis dili beynəlxalq dil hesab edilir. Biz beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, dünyanın nüfuzlu ali təhsil müəssisələri tədrisi ingilis dilində təşkil edir. Dövlət İmtahan Mərkəzi  tərəfindən 9 və 11-ci sinif şagirdləri üçün təşkil olunmuş buraxılış imtahanlarında ingilis dili üzrə imthanların modeli ldünya təcrübəsinə əsaslanmış şəkildə həyata keçirilir. Həmin şagirdlər bu imtahanlarda iştirak edərkən artıq beynəlxalq səviyyəli imtahahaların da təcrübəsini qazanmış olur. Bundan başqa magistratura və doktorantura imtahanlarında da həmin beynəlxalq təcrübədən istifadə etmiş olarıq. Həmçinin xarici tələbələr və yerli tələbələr həmin ali təhsil müəssisələrinə qəbul olan zaman onlardan beynəlxalq ingilis dili sertifikatları tələbə edilir. Həmin sertifikatlara İELTS, TOEFL, SAT və digər imtahan nəticələri aiddir. Bizim ölkəmizdə də bəzi ali təhsil müəssisələrində tədris ingilis dilində aparılır. İngilis dilini yüksək səviyyədə bilənlər həm yerli, həm də xarici ali təhsil müəssisələrində təhsil alarkən  dil biliyini inkişaf etdirir, öz ixtisasları üzrə daha yaxşı biliklərə malik ola bilərlər. Çünki elmi araşdırmaların demək olar ki, çox hissəsi məhz ingilis dilindədir. Azərbaycanda təhsil almış tələbələr xaricə üz tutan zaman xarici dil biliyinin yüksək olması onlara müəyyən dərəcədə üstünlük yaradır. Onlar  xarici ölkəyə gedəndə artıq müəyyən qədər dil biliyinə malik olurlar”.

İş elanlarında tez-tez ingilis, rus dilləri ilə bağlı tələbləri görürük. Bu məqam iş üçün müriaciət və işə qəbula öz təsirini göstərir. Xarici dil biliyinin təsiri işə qəbul, xüsusilə də müsahibə mərhələsindən də yan keçmir. Müsahibə prosesi işə qəbulun ən önəmli detallarından biridir. Çox vaxt müsahibə mərhələsi  karyera hədəfləri, işə olan sevgi, kompüter biliyi ilə başlayır və xarici dil biliyi ilə bağlı suallarla sonlanır. Bu predmet iş üçün müraciət edənlər arasında rəqabətə güclü təkan verən amillərdən biridir.

İnsan Resursları üzrə mütəxəssis Nüsrət Xəlilov müsahibə zamanı karyera hədəflərinə çatmaq üçün xarici dil biliyinin əhəmiyyətini vurğulayıb, əsas məqamlara aydınlıq gətirib.

“İşə qəbul prosesində xarici dil məsələsinə iki prismadan baxmaq lazımdır. Birincisi ondan ibarətdir ki, əgər işə qəbulda həqiqətən zərurət varsa, yerinə yetirilməli işdə xarici dil bilməyə o halda əlbəttə ki, bu tələb olunmalıdır. Fərz edək ki, siz beynəlxalq əlaqələrdə çalışırsınız. O zaman regiona uyğun müvafiq xarici dil bilməyiniz lazımdır. Amma bir çox hallarda daha çox görünür ki, əslində yerinə yetirilən işin xüsusiyyəti xarici dil bilməyi tələb etmir, ancaq ofisdaxili danışıq dili olaraq bilmək lazım olur. Hər bir halda onu qeyd edim ki, şəxs nə qədər xarici dil bilərsə, bir o qədər həm özü üçün, hə də işə götürən üçün böyük üstünlükdür. Amma biz əsas baxmalıyıq ki, vakansiyalarda iş zəruri hesab edirsə, xarici dil tələb olunmalıdır. Əks halda əlbəttə ki, üstünlük kimi qeyd oluna bilər, amma tələb kimi qoyulmamalıdır”.

Süni intellektin inkişaf etdiyi, sosial şəbəkələrin aktiv olduğu bir dönəm yeni xarici mənşəli sözlərin yaranmasına şərait yaradır. Bu da lüğət bazamızın genişlənməsi ilə nəticələnir. Şəxsin öz ana dilini mükəmməl şəkildə bilmək şərtilə xarici dil biliyinə də sahib olması onu hər kəsdən fərqləndirir və hər zaman başqalarından öndə tutur.

AYSEL MƏMMƏDOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri