Azərbaycanda çəkilən məşhur xarici filmlər ARAŞDIRMA
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün dünya kinosunun əfsanəvi aktyoru, döyüş səhnələrinin ustası və milyonlarla tamaşaçının sevimlisi Ceki Çan yeni filminin çəkilişləri üçün Azərbaycana gəlib.
Daha doğrusu, “Armour of God IV: Ultimatum” filminin çəkilişləri artıq başlayıb və layihənin çəkiliş coğrafiyasına Bakı da daxil edilib. Çəkilişlərin 2026-cı ilin oktyabrına qədər Azərbaycan və Qazaxıstanda aparılması nəzərdə tutulur.
“Cebheinfo.az” ın araşdırmasına görə, Ceki Çanın 1986-cı ildən başlayan məşhur “Tanrının zirehi” seriyasının yeni filmində aktyor yenidən “Asiya Şahini” obrazına qayıdır.
Filmdə qədim “Tumar” artefaktının axtarışından bəhs olunur. Dünya premyerasının isə 2027-ci ilin ikinci rübündə keçirilməsi planlaşdırılır.
Beləliklə, Bakı bir daha dünya kinosunun diqqət mərkəzinə düşür. Amma Ceki Çanın Azərbaycanda çəkiliş aparması heç də ilk belə hadisə deyil.
Azərbaycanın paytaxtı və müxtəlif bölgələri illər ərzində “Hollywood”dan Sovet kinosuna, Hindistan kinematoqrafiyasından beynəlxalq layihələrə qədər bir çox məşhur ekran əsərinin çəkiliş məkanına çevrilib.
Ceyms Bondun macərası Bakıdan keçibAzərbaycanın dünya kinosunda ən məşhur görünüşlərindən biri, şübhəsiz ki, 007 seriyasının “The World Is Not Enough” filmidir.
Pirs Brosnanın “Ceyms Bond” obrazını canlandırdığı 1999-cu il ekran əsərinin bəzi səhnələri Bakıda və Neft Daşlarında çəkilib. Xüsusilə Bibiheybət ərazisindəki neft mədənləri filmin yaddaqalan kadrlarında əks olunub.
“Brilliant əl”in ("Brilliantovaya ruka") İstanbul səhnələri əslində Bakıda çəkilib Bakı küçələrinin başqa şəhərlərə “çevrildiyi” ən məşhur filmlərdən biri isə Sovet kinosunun əfsanəvi “Brilliant əl”dir.
Leonid Qaydayın 1969-cu ildə çəkdiyi filmin bir sıra səhnələri İçərişəhərdə lentə alınıb. Ekranda İstanbul kimi təqdim edilən küçələr əslində Bakının tarixi məhəllələridir.
Bu gün də həmin məkanlar filmin pərəstişkarları üçün xüsusi maraq daşıyır. “Forsaj 9” da Bakının yollarından keçib.Dünyanın ən məşhur aksiyon franşizalarından biri olan “Forsaj” seriyasının doqquzuncu filmində də Azərbaycan çəkiliş məkanı kimi yer alıb.
“Fast & Furious 9” filminin çəkiliş coğrafiyasına Bakı da daxil edilib. Beləliklə, Bakının küçələri və şəhər görüntüləri daha bir böyük beynəlxalq aksiyon layihəsində dünya tamaşaçısının qarşısına çıxıb.
Rayan Qoslinq və Kris Evansın “The Gray Man”i Bakı həmçinin “Netflix”-in böyük büdcəli “The Gray Man” layihəsinin çəkiliş məkanlarından biri olub.
Rayan Qoslinq və Kris Evansın baş rollarda olduğu 2022-ci il aksiyon-trillerinin müəyyən səhnələri Azərbaycan paytaxtında lentə alınıb. Azərbaycanın memarlığı və şəhər görüntüləri filmin beynəlxalq çəkiliş coğrafiyasının bir hissəsinə çevrilib.
Azərbaycan hekayəsi dünya ekranında – “Ali və Nino” Azərbaycanla bağlı beynəlxalq kino layihələri sırasında “Ali və Nino” da xüsusi yer tutur.
Qurban Səidin məşhur romanı əsasında çəkilən film Azərbaycan tarixinin mürəkkəb və dramatik dövrünü ekranlaşdırıb. Filmin çəkilişlərində Azərbaycanın müxtəlif məkanlarından istifadə olunması ölkənin tarixi və təbiətinin beynəlxalq kino layihəsində nümayişinə imkan verib.
Hindistan kinosu da Bakını seçib Azərbaycan son illərdə Hindistan kino sənayesinin də diqqətini çəkib.
“Ruslaan” və “Vidaamuyarchi” kimi Hindistan filmlərinin çəkilişlərində də Azərbaycan məkanlarından istifadə olunub. Xüsusilə “Vidaamuyarchi”nin çəkilişlərinin bir hissəsinin Azərbaycanda aparılması ölkəmizin xarici kino istehsalçıları üçün artan marağını göstərən nümunələrdəndir.
Bakı niyə rejissorların diqqətini çəkir?
Bütün bu nümunələr təsadüfi deyil. Bakı bir şəhərin daxilində həm qədim Şərq memarlığını, həm müasir göydələnləri, həm Xəzər sahilini, həm də sənaye və neft mənzərələrini bir araya gətirir.
Azərbaycanın digər bölgələri isə səhradan dağlıq ərazilərə, qədim yaşayış məskənlərindən qeyri-adi təbiət mənzərələrinə qədər geniş seçim imkanı yaradır.
Bu səbəbdən Ceki Çanın “Armour of God IV: Ultimatum” filminin də çəkiliş məkanları sırasında Azərbaycanın yer alması ölkəmizin beynəlxalq kino istehsalındakı görünürlüğünü daha da artırır.
Bir vaxtlar Ceyms Bondun, “Forsaj 9” qəhrəmanlarının və “Hollywood“ ulduzlarının yolu Bakıdan keçirdisə, indi Azərbaycan Ceki Çanın yeni macərasının da kadrlarına ev sahibliyi edir.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 03 Avqust 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















