Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Karyera və ailə arasında SEÇİM ARAŞDIRMA

Karyera və ailə arasında SEÇİM ARAŞDIRMA

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Karyera seçimi gələcəyə təsir edən ən mühüm qərarlardan biridir. Bu seçimi təsirləndirən bir çox amil mövcuddur. Bu amillərdən biri də ailənin təsiridir. Xüsusilə ilkin dövrlərdə ana-uşaq münasibətləri karyera seçiminə əhəmiyyətli dərəcədə təsir edir. Ana ilə uşaq arasındakı bağ, uşağın gələcək karyerasına birbaşa təsir göstərir.

Karyera seçimində ailə münasibətləri nə ifadə edir?

Əvvəlcə şəxsin psixoloji durumu aydınlaşdırılmalıdır. Yəni onun emosional vəziyyəti, hissləri və ümumi sağlamlıq durumu təhlil edilməlidir. Daha sonra isə şəxsin maraq sahələri və bacarıqları nəzərə alınmalıdır. İnsanların sağlam bir həyat tərzinə malik olub-olmaması ilkin mərhələdə dəyərləndirilməli olan məsələlərdəndir. Sonrakı mərhələdə karyera seçiminə təsir edən ailə münasibətləri araşdırılır.

Proses boyunca psixoloji durum niyə bu qədər vacib sayılır?

Şəxsin psixoloji durumu, əslində, karyera baxımından bir əsas olaraq qəbul edilə bilər. Ruhən və emosional cəhətdən sağlam olmayan bir insan, yüksək bacarıqlara sahib olsa belə, effektiv nəticə əldə edə bilmir. Dünyada bu vəziyyətdə olan çox sayda məşhur insan nümunəsi var.

Bu gün çox qadın həm işləyir, həm də ana olur. Yəni səhərdən axşama qədər işdə çalışır, evə gəlib uşaqla məşğul olur, yemək bişirir, ev yığışdırır, dərs etdirir. Onlar həm evin işlərini görür, həm də ailəsinə baxırlar. Bu, asan deyil.

İş və Ailə Arasında Qalmaq

İşləyən analar bəzən çox yorulur. İşdə rəhbərin gözləntiləri var, evdə isə övladın ehtiyacları. Ana çalışır ki, heç bir tərəfi yarımçıq qoymasın. Amma bu hər zaman mümkün olmur. Bəzən uşağına az vaxt ayırdığı üçün narahat olur, bəzən də işdə tam diqqətli ola bilmir.

Uşaqlar üçün nə deməkdir?

Bəziləri deyir ki, işləyən anaların uşaqları diqqətsiz qalır. Amma bu, hər zaman belə deyil. Əgər ana uşağı ilə vaxt keçirməyi bacarırsa, onun üçün həm ana, həm də gözəl nümunə olur. Belə uşaqlar çox vaxt daha müstəqil, bacarıqlı böyüyürlər.

Analara Dəstək Lazımdır

İşləyən analar təkbaşına hər şeyin öhdəsindən gəlməyə çalışır. Onlara kömək lazımdır:

• Dövlət uşaq baxçalarını əlçatan etməlidir.

• İş yerləri analara uyğun iş saatı təklif etməlidir.

• Ailələr, xüsusilə atalar, analara dəstək olmalıdır.

Anaların Psixoloji Durumu

Bəzən işləyən analar “uşağıma az vaxt ayırıram” deyə özünü günahkar hiss edir. Amma unutmamalıyıq: xoşbəxt və güclü ana – sağlam və xoşbəxt uşaq deməkdir. Ana işləməklə həm ailəsinə maddi dəstək verir, həm də övladına yaxşı nümunə olur.

Analar üçün rahat İş saatları – Sadə Təkliflər

Qısa iş günü

• Gündə 8 saat yox, məsələn 4–5 saat işləsin.

• Ana həm işini görsün, həm də uşağına vaxt ayıra bilsin.

Dəyişən saatlar

• Hər kəs eyni vaxtda işə getmək məcburiyyətində olmasın.

• Ana özü seçsin: məsələn, saat 9-da yox, 10-da işə başlasın.

• Beləliklə, uşağını məktəbə aparıb rahat işə çata bilir.

Ev şəraitində işləmək

• Ana evdən çıxmadan, kompüterlə, telefonla işini görə bilər.

• Uşaq evdədirsə, ona da nəzarət edə bilir.

• Bu, xüsusilə ofis işləri üçün çox rahatdır.

Həftədə az gün işləmək

• Hər gün yox, məsələn həftədə 3–4 gün işə getsin.

• Digər günlərdə həm dincəlsin, həm də uşaqla vaxt keçirsin.

Uşağa uyğun iş saatı

• Ana uşaqla eyni vaxtda işdən çıxa bilsin.

• Məsələn: uşaq bağçadan saat 5-də çıxırsa, ana da saat 15:30-da işdən ayrılsın.

Əlavə Dəstək Nə Ola Bilər?

• İş yerlərində uşaq otaqları yaradılsın.

• Doğuşdan sonra analara rahat iş rejimi verilsin (az saat, evdən işləmək və s.).

• Analara qarşı anlayış göstərilsin – çünki onlar həm işləyir, həm də ana kimi yorulmadan çalışırlar.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:376
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri