Icma.az
close
up
RU
“Xarici dövlətlərin simvollarının Azərbaycanda siyasi məqsədlərlə istifadəsi suverenliyimizə təhdiddir”

“Xarici dövlətlərin simvollarının Azərbaycanda siyasi məqsədlərlə istifadəsi suverenliyimizə təhdiddir”

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda sovet simvollarının ictimai məkanda nümayiş etdirilməsi ilə bağlı ikinci ciddi insident baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərdiyi əks olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə danışan deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycana aid olmayan dövlət simvollarının ölkə daxilində siyasi məqsədlərlə nümayiş etdirilməsini Azərbaycanın suverenliyinə və müstəqilliyinə qarşı yönəlmiş addımdır.

Onun sözlərinə görə, Azərbaycan müstəqil dövlətdir və özünə məxsus dövlət atributlarına malikdir. Bu səbəbdən başqa dövlətlərə və ya keçmiş siyasi qurumlara aid simvolların siyasi məqsədlərlə nümayiş etdirilməsi cinayət məsuliyyəti yaradan əməl kimi dəyərləndirilməlidir.

Deputat bildirib ki, hüquq-mühafizə orqanları baş vermiş hadisələrlə bağlı artıq hüquqi prosedurlara başlayıblar və bu, müsbət haldır. Lakin məsələ bununla bitmir, çünki cəmiyyətin də bu kimi addımların səbəblərinə cavab tapmalı olduğunu qeyd edib.

Babaoğlunun fikrincə, müasir informasiya cəmiyyətlərində informasiya manipulyasiyası vasitəsilə vətəndaşların milli şüurunun zəiflədilməsi, onların məqsədyönlü şəkildə öz dövlətlərinə qarşı yönəldilməsi baş verir. O, bunu “informasiya imperializmi”nin milli dövlətlər üçün yaratdığı təhdid kimi xarakterizə edib və bu proseslərin arxasında müəyyən ideoloji-siyasi sifarişlərin dayandığını vurğulayıb.

Deputat hesab edir ki, yalnız dövlət qurumları deyil, bütövlükdə cəmiyyət və onun institutları – ailə, təhsil sistemi, qeyri-hökumət təşkilatları, media və digər maarifləndirici strukturlar – bu kimi mənfi hallara qarşı həm mübarizə aparmalı, həm də profilaktik addımlar atmalıdırlar. Onun sözlərinə görə, məqsəd Azərbaycan vətəndaşının özünü başqa bir dövlətə və ya keçmiş siyasi quruma aid hiss etməməsidir.

Hikmət Babaoğlu həmçinin dini sahədə idxal olunan radikal cərəyanların təsirinə diqqət çəkərək qeyd edib ki, bəzən vətəndaşlar bu cərəyanların ideoloji daşıyıcılarına çevrilirlər və bu da ciddi təhdid yaradır. Deputat yekunda Azərbaycan cəmiyyətini daha ayıq-sayıq olmağa çağırıb və ictimai məsuliyyətin hər bir vətəndaşın üzərinə düşdüyünü bildirib.

Qeyd edək ki, bu cür hal ilk dəfə deyil. Bir müddət əvvəl İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı xatirə kompleksi üzərinə qaldırılıb. Həmin tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun sinəsində “Georgi lenti” olması da müzakirələrə səbəb olmuşdu. O, daha sonra vəzifədən uzaqlaşdırılıb və barəsində cinayət işi başlanılıb.

Afət ZİYADQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 26 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri