Icma.az
close
up
RU
Xarici təsirlər milli təhlükəsizliyimizə təhdiddir

Xarici təsirlər milli təhlükəsizliyimizə təhdiddir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanın yerləşdiyi coğrafiyanın iqtisadi imkanları bu bölgəni daim diqqət mərkəzinə çıxarmaqla paralel, həm də, maraqların kəşimə nöqtəsinə çevirib.

Cənubi Qafqaz tarixin bütün dönəmlərində savaş meydanı olmaq təhlükəsi ilə üz-üzə qalıb. Bəzi dönəmlərdə isə əsl savaş meydanı olub. Otuz illik işğal tarixi, on minlərlə insanımızın həlak olması, doqquz yüzdən çox şəhər, qəsəbə və kəndimizin viran edilməsi, bir milyona qədər soydaşımızın məcburi köçükün və qaçqın olması əslində yuxarıda göstərilənlərin tarixi sübutudur.

Bu coğrafiyanı özünün poliqonuna çevirmək istəyən güclər ölkələri içdən “fəth” taktikasını da, zaman-zaman sınaqdan keçiriblər. Təssüf ki, bu metod tarixin müəyyən dönəmlərində özünü doğruldub. 1992-1993-cü illəri buna misal olaraq göstərmək olar. Lakin Cənubi Qafqazın özünə məxsus xüsusiyyətləri, mental dəyərləri bu propaqandanın sonuna qədər işləməsinə imkan verməyib.

Cəmiyyətin müəyyən kəsimi ilk dövrlər “vədlər” bolluğuna isti yanaşsa da, lakin müəyyən zaman kəsimindən sonra bu vədlərin “pulsuz pendir” siyasəti olduğunu anlamış və dərhal imtina etmişdir. Çox təəssüf ki, bəzən xarici təsirlər nəinki cəmiyyətin müəyyən kəsimini, hətta hakimiyyətləri belə toruna sala bilir. Dünyanın bu gün də, həlli çətin oan problemlərindən biri məhz Rusiya-Ukrayna müharibəsidir. Artıq dörd ildir ki, dünya II Dünya müharibəsindən sonra yaşadığı ən böyük problemin həllini tapa bilmir.

Hər iki tərəfdən iki milyona qədər insanın həlak olduğu, dünyanın iqtisadi təchizat zəncirinin qırıldığı bu münaqişə ocağını yandıranlar isə hələ də, sakit həyatlarını yaşayır, insanlarının sosial təminatlarını prioritet hesab edir. Bütün ciddi cəhdlə münaqişənin davam etməsi üçün formatlar müəyyən edirlər.

Avropa Birliyi ölkələri bu məsələdə daha “aktivdirlər”. Nəticədə Ukrayna ərazisinin 20%-dən çoxu işğala məruz qalıb, infrastrukturunun böyük bir qismi dağılıb, əhalisnin 3-də 1-i müxtəlif ölkələrdə, digər 3-də 1-i isə ölkə daxilində qaçqın həyatı yaşayır. Digər kəsmin həyatı isə sığınacaqlarda keçir. Ölkə iqtisadiyyatına vurulan ziyan Ukrayna büdcəsini bir neçə dəfə üstələyir.

Ölkənin tam bərpası illərlə mümkün olmayacaq. Avropanın ən məhsuldar və geniş ərazisinə sahib olan bu dövlət artıq xarabalıqlar ölkəsinə çevrilib. Gələcək, prespektiv isə hələ ki, görünmür. Ölkə sanki zülmət qaranlığa qərq olmuş tunellə irəliləyir. Lakin o, tunelin sonunda işıq yoxdur. Hər halda bu günün baxış bucağında belədir. Səbəb. Mövcud iqtidarın öz xalqına “parıltılı həyat” vermək istəyi. Nəticə. Yuxarıda qeyd olunanlar.

Səbəbkar. Bölgədə xaos yaratmaq istəyənlərin “siyasəti”. Qərb və AB ölkələri. Eyni siyasi taleni Cənubi Qafqazın Avropaya çıxış qapısı hesab olunan Gürcüstan da, yaşadı. Əgər buna yaşamaq demək mümkünsə. Əslində yaşamadı, boğuldu. Məhv olmanın astanasına qədər gəlib çatdı. Qərbin müxtəlif dövlətlərinin, beynəlxalq təşkilatlarının və institutlarının illərlə təlqin və tətbiq etdikləri “şirnikləndirmə” siyasəti bu ölkənin də eks-iqtidarı tərəfindən hava-su effekti olaraq qəbul edildi. Ədalət naminə qeyd edək ki, siyasət ilk zamanlar effektiv oldu.

Dörd yüz əlli milyonluq bazara 0 gömrük fazi ilə çıxış imkanları, vizasız gediş-gəliş, yüz milyonluq layihələr, ianələr, davamlı müdafiə bəyanatları, sıx diplomatik trafik, və s. Nəticə. Gürcüstanın iki bölgəsinin itirilməsi. Qısa müddətli olsa belə müharibəyə sürüklənməsi. Qərbin təlqin etdiyi prosesə dəstək verən iqtidar sahibinin illərdir həbsdə fiziki, mənəvi, psixoloji işgəncəyə məruz qalması və s. Ən son nəticə.

Həmin ölkələrin Gürcüstanı arzuolunmaz partnyor elan etmələri. Səbəb isə dəhşət yaradacaqdır. Mənim öz vətəndaşıma tətbiq etdiyim sosial həyatımı deyil, təlqin etdiyim “həyatı” yaşamaq məcburiyyətindəsən. Yəni min illər formalaşdırdığın və yaşatdığn mental dəyərlərdən köklü şəkildə imtina et və sus. Əks halda dostum deyilsən ritorikası.

Göründüyü kimi xarici təsirlərə dövlət səviyyəsində məruz qalma öz xalqını sevmək deyil, onun sonu görünməyən qaranlıq tunelə girişinə şərait yaratmaqdır. Ən dəhşətlisi isə o, tunelin sonunda işıq yoxdur. Zatən həmin tuneli məsləhət görənlərin əsas məqsədi işığın olmamasıdır. Çünki işıqda eyiblərinin aydın görünəcəyini bilirlər.

Bəzi Qərb dövlətləri, beynəlxalq təşkilatları və institutları öz şəbəkələrini formalaşdırmaq istiqamətində kiçik dövlətlərin ictimai sektorunda, media qurluşlarında, siyasi təsisatlarında casus şəbəkəsi yaratmağ siyasətinə daha çox üstünlük verirlər. Həmin şəxslərin ələ alınma prosesi dövlətlərin bu istiqamətdə cəlb olunması prosesindən kiçik istisnalar olsa da, bir o, qədər fərqlənmir. Hər iki projedə şirnikləndirmə siyasəti öndə olur.

Həmin ölkələrə davamlı dəvətlər, yüksək çinli məmurla görüşün təşkili, beynəlxalq təsisatların toplantılarında iştirak və çıxış imkanları, hesabatı tələb olunmayan maliyyə yardımları və s. Bu vəziyyət o, vaxta qədər davam edir ki, şəxs artıq özünü vacib persona hesab edir. Düşünür ki, o, əgər ölkə xaricində bu qədər “hörmətə və diqqətə” layiq görülürsə, deməli vacib personadır. Deməli seçilmişdir. Əslində bu şəxsin düşüncəsinin son variantı tam doğrudur. O, seçilmişdir. Ölkəsi əleyhinə çıxış etmək üçün, xarici təsisatlara donos ötürmək üçün, millətini çıxılması zor olan labirintə salmağa vasitəçi olmaq üçün və s.

Yuxarıda qeyd edildiyi kimi Cənubi Qafqaz daim dünyanın diqqət mərkəzində olduğu üçün bu coğrafiyanın sərhədləri kənarında həmişə əllərində şər projeləri olan ölkələr, həmin ölkələrin missionerləri zaman və məqam gözləyirlər. Üç Cənubi Qafqaz ölkəsi içərisində ən çox diqqət sözsüz ki, Azərbaycandır. Əvvəla onu qeyd etmək lazımdır ki, bu da, səbəbsiz deyil.

Azərbaycan ciddi enerji resurslarına sahib olan ölkədir. Bu gün dünyada baş verən müharibə və münaqişələrin əsasında yeni dünya düzəninin formalaşması ilə paralel həm də, enerji resuslarına sahiblənmək istəyidir. Rusiya Ukrayna müharibəsi fonunda dünyanın super gücü olan Amerika Birləşmiş Ştatlarının işğala, dağıntıya, məhrumiyyətlərə məruz qalmış ölkə ilə - Ukrayna ilə mineral torpaq elementlərinin “birgə” istehsalı arzusu, bu istiqamətdə təzyiqlər göz ardı edilməməlidir.

Bu hadiisə məşhur Azərbaycan ədibi Abbas Səhhətin “Ayı və Şir” təmsilini xatırladır. Azərbaycan dunyanın 12 ölkəsinin enerji təminatçılarından biridir. İkinci tərəfdən Azərbaycan qədim İpək Yolunun keçdiyi məkandır. Orta Dəhliz deyərkən ilk olaraq göz önünə gələn məhz Azərbaycandır. Çindən başlayan yol Azərbaycandan keçməklə Avropaya çatır. Bu məsələni göz ardı etmək sadəlövlük olardı. Azərbaycan II Vətən müharibəsindən sonra bölgədə geopolitik iradə sahibidir. Artıq bu ölkəyə təsir rıçaqları demək olar ki, yoxdur.

Zaman-zaman bu istiqamətdəki cəhdlər isə effektiv olmur. Azərbaycanın dövlət olaraq müstəqil siyasətinin olması, iqtisadi, siyasi asılılığının olmaması sözsüz ki, bəzi dairələrdə qıcıq yarada bilir. Bura region və regiondan kənar ölkələri aid etmək olar. Bəzi dövlətlər üçün tətbiq olunan siyasətin Azərbaycan üçün keçərli olmadığını görən həmin dairələr ölkə daxilinə nüfuza üstünlük verirlər.

Qonşu İran və Rusiyanın bu istiqamətdəki cəhdləri daha çoxdur. Azərbaycanın müstəqilliynin ilk dönəmlərindən başlanan daxilə nüfuz siyasəti heç zaman uğurlu olmayıb. Bir zamanlar hətta ölkəni idarə etməyə iddialı olan siyasi təsisatların rəhbərliyinə qədər sirayət etmiş bu siyasət məntiq etibarı ilə suya yazılmış yazı effekti yaratdı.

Ölkənin xüsusi təhlükəsizlik orqanları həmin şəxslərin ifşasında o, qədər peşəkarlıq nümayiş etdirdilər ki, hətta həmin ölkələrin eyni formatlı təşkilatları belə gözlənilməz situatsiya ilə üzbə-üz qaldılar. Daha sonra ictimai sektor və mediaya nüfuzlar oldu. Eyni nəticə və eyni aqibət. Xarici təsirin girovuna çevrilmiş bu tip qurumların və şəxslərin aqibəti sözsüz ki, bir-birindən fərqlənmir. Fərqlənmək imkanları da, yoxdur. Çünki hər biri nəticə etibarı ilə xəyanatdir. Dövlətinə, millətinə, tarixinə və gələcəyinə olunan xəyanət.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinin Dəstəklənməsi İctimai birliyinin həyata keçirdiyi "Xarici təsirlər milli təhlükəsizlik problemi kimi" adlı layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri