Icma.az
close
up
RU
Xarici ekspertlər Azərbaycandakı əməkhaqqı islahatlarını yüksək qiymətləndirdi

Xarici ekspertlər Azərbaycandakı əməkhaqqı islahatlarını yüksək qiymətləndirdi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Harvard Universitetinin "Growth Lab" Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndirib.

“Qafqazinfo” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın əmək bazarında apardığı islahatlar dünya miqyasında mütəxəssislərin diqqətini cəlb edir. Vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitetin "Growth Lab" Mərkəzi Azərbaycan iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib.

Ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Hökumət prosedurları asanlaşdırıb, bizneslərin daha rahat şəkildə qanuniləşməsini həyata keçirməsinə və xərcləri azaltmasına imkan yaradıb (https://www.taxes.gov.az/az/page/salary).

Qeyd edək ki, islahatın nəticələri üzrə bütün əsas indikatorlarda müsbət dəyişikliklər müşahidə olunur. Vergi qanunvericiliyində tətbiq edilən təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli – 32,1 % artıma nail olunub, əməkhaqlarının “ağarması”na şərait yaranıb, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər 5 il ərzində 2,2 dəfə artmaqla sosial fondların gəlirləri çoxalıb, büdcədən sosial fondların maliyyələşdirilməsinə ayrılan maliyyə yükü azalıb, həmçinin islahatlar bütövlükdə iqtisadi dövriyyədə canlanmaya müsbət təsir göstərərək qeyri-neft sektorunda ”sahibkar - sahibkar” və “sahibkar - istehlakçı” əməliyyatlarının artımına gətirib.

Harvard mütəxəssisləri hesab edir ki, bu, təşviqlərin bizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşı nümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsində nəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərlə qarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial model olaraq araşdırmalıdırlar.

Bununla bağlı aparılmış təhlillər barədə məlumatlar "Growth Lab" Mərkəzinin sosial şəbəkə hesablarında yerləşdirilib.

https://www.facebook.com/100094629804741/posts/426776873819969/?mibextid=WC7FNe&rdid=pxWXSYQqkpgn1vA6

https://x.com/HarvardGrwthLab/status/1864804904923234548

Azərbaycanın əmək bazarında həyata keçirilən islahatların təhlili barədə Harvard Universitetinin "Growth Lab" Mərkəzi tərəfindən hazırlanan çarxı təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Dekabr 2024 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see196

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri