Icma.az
close
up
RU
Yəhudilərdə milliyyət niyə ana xətti ilə müəyyən edilir? Tarix

Yəhudilərdə milliyyət niyə ana xətti ilə müəyyən edilir? Tarix

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əksər xalqlarda milli mənsubiyyətin ənənəvi olaraq ata xətti ilə ötürüldüyü bir dünyada yəhudi ənənəsi özünəməxsus yanaşması ilə seçilir. Yəhudiliyin ana xətti ilə müəyyən edilməsi dərin tarixi köklərə malik olan, bu gün də İsraildə qüvvədə qalan halaxik (dini-hüquqi) qaydadır. Bu prinsip təkcə dini qanun deyil, eyni zamanda minilliklər boyu sürgünlər və təqiblərdən keçmiş bir xalqın sağ qalma mexanizmidir.

Sherg.az xəbər verir ki, bu çoxəsrlik ənənənin əsası yəhudi dini hüququ olan Halaxada qoyulub. Halaxaya görə, anası yəhudi olan şəxs və ya giyurdan (yəhudiliyi qəbul etmə prosesindən) keçmiş insan yəhudi hesab olunur.

İlk dövrlərdə, Bibliya zamanında yəhudi xalqına mənsubiyyət çox vaxt ata xətti ilə müəyyən edilirdi. Avraam, İsxaq və Yaqub - millətin ulu babaları hesab olunur və Tövratda bu ardıcıllıq “Avraam İsxaqı doğdu, İsxaq Yaqubu doğdu” formulu ilə ifadə edilir. Lakin Babil sürgünü dövründə və ondan sonra bu yanaşma köklü şəkildə dəyişdi.

Tövrat şərhi və Talmutun rolu

Bu dəyişiklikdə həlledici məqam Tövratın bir ayəsinin (Dəvarim, 7:3–4) təfsiri oldu:

“Onlarla qohumluq etmə: qızını onun oğluna vermə və onun qızını oğlun üçün alma. Çünki o, sənin oğlunu Mənim yolumdan döndərəcək.”

Talmutun Kiduşin traktatında müdriklər bu ayəyə yeni məna verdilər. Onlar diqqəti ayədə söhbətin nəvədən -yəni qeyri-yəhudidən olan kürəkənin yəhudi qızından doğulan oğlundan getdiyinə yönəltdilər. Tövrat həmin uşağın “sənin oğlun” adlandırılması ilə onu əvvəlcədən yəhudi kimi qəbul edir. Əks halda, onu “dindən döndərmək” mümkün olmazdı. Buradan belə nəticə çıxarıldı: yəhudi qadının övladı, atası qeyri-yəhudi olsa belə, yəhudi sayılır.

Ezdranın islahatı

Bu qaydanın son forması e.ə. V əsrdə yaşamış qanun müəllimi Ezdranın fəaliyyəti ilə əlaqələndirilir. O, Babil sürgünündən sonra Yəhudeyaya qayıdarkən ciddi bir mənzərə ilə qarşılaşdı: çoxlu sayda yəhudi kişi yəhudiliyi qəbul etməyən ətraf tayfaların qadınları ilə ailə qurmuşdu.

Ezdra bunu yəhudi xalqının mövcudluğu üçün ekzistensial təhlükə kimi qiymətləndirdi. O anladı ki, bütpərəst analar tərəfindən böyüdülən uşaqlar yəhudi dini və mədəniyyəti üçün itiriləcək, çünki uşağın dünyagörüşünü, inancını və ənənələrini əsasən ana formalaşdırır. Onun sərt qərarı qarışıq nikahların ləğv edilməsi haqqında fərman oldu. Bu dramatik addım yalnız həmin dövrdə yəhudilərin dini və milli kimliyini qorumaqla kifayətlənmədi, həm də yəhudiliyin ana xətti ilə ötürülməsi prinsipini möhkəmləndirdi.

Bu ənənənin rasional əsasları

Zaman keçdikcə bu prinsip daha da möhkəmləndi və müdriklər onun müdrikliyini izah edən bir neçə səbəb irəli sürdülər.

Bioloji dəqiqlik. Ana həmişə məlumdur, ata isə qədim dövrlərdə, bəzən indi də, şübhə doğura bilərdi. Bu qayda insanın icmaya mənsubiyyəti ilə bağlı mübahisələrin qarşısını alırdı.

Ananın tərbiyəedici rolu. Hamiləlikdən başlayaraq uşaqlıq dövrünün sonunadək ən güclü təsir məhz anaya məxsusdur. Ana uşağa yalnız genləri deyil, dili, mədəniyyəti, ənənələri və dini də ötürür. “Süleymanın məsəlləri”ndə deyildiyi kimi: “Ananın Tövratını tərk etmə.” Bu ifadə yəhudi dünyagörüşünün insanın şüuruna “ana südü ilə” hopduğunu vurğulayır.

Tarixi reallıqlar və sağ qalma instinkti

Bölünmüş krallıqlar, fars hakimiyyəti, Haşmonayların azadlıq müharibələri, Roma ilə savaşlar, Yerusəlimin dağıdılması - yəhudi xalqının tarixi qan və qurbanlarla doludur. Müharibələrdə əsasən kişilər həlak olurdu. Yəhudilərin bir millət kimi məhv olmaması üçün məhz bu şəraitdə yəhudiliyin qadın xətti ilə ötürülməsi ənənəsi həyati əhəmiyyət qazandı. Bu halda uşaq farsdan, romalıdan və ya avropalıdan doğula bilərdi, lakin yenə də yəhudi millətinə mənsub sayılırdı.

Bəzi tədqiqatçılar bu prinsipə Roma hüququnun da təsir etdiyini qeyd edirlər. Roma hakimiyyəti dövründə rəsmi nikahdan kənar doğulan uşağın statusu ananın statusu ilə müəyyən edilirdi. Yəhudi icmaları bu prinsipi mənimsəyərək belə uşaqları qorumaq və onlara öz xalqı daxilində yer vermək istəmiş ola bilər.

Nəticə

Milliyyətin ana xətti ilə müəyyən edilməsi sadəcə arxaik bir adət deyil, yəhudi xalqına minilliklər boyu köçlər, təqiblər və assimilyasiya şəraitində öz simasını, inancını və mədəniyyətini qorumağa imkan verən dərindən düşünülmüş bir mexanizmdir. Bu prinsip ananın ailənin, mədəniyyətin və millətin ruhunun əsas qoruyucusu olduğunu əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Dekabr 2025 05:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri