Icma.az
close
up
RU
Xarici güc mərkəzləri ənənəvi Azərbaycan ailə institutunu sarsıtmağa yönəlmiş layihələr həyata keçirir Üzeyir Şəfiyev

Xarici güc mərkəzləri ənənəvi Azərbaycan ailə institutunu sarsıtmağa yönəlmiş layihələr həyata keçirir Üzeyir Şəfiyev

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Gənclər arasında ailə institutuna inamın azalması müşahidə olunur. Bugünkü gənclərin ailə qurmaqdan imtina etməsinin əsas sosial səbəbləri nələrdir? Ailə institutunun zəifləməsi gələcəkdə cəmiyyətə necə təsir edə bilər? Bu suallar müasir dövrdə cəmiyyətimizin qarşısında duran mühüm məsələlərdən biridir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, gənclər arasında ailə qurmaqla bağlı xeyli tərəddüdlər mövcuddur və bunun bir çox səbəbləri var:

"Bu, əsasən boşanmaların artması ilə bağlıdır. İnsanlar ailə və uşaq məsuliyyətini öz üzərlərinə götürməkdən çəkinir, daha çox eqoist, bencil və hedonist, yəni zövqə yönəlmiş həyat tərzini üstün tuturlar. Bu tendensiya təkcə Azərbaycana xas deyil, bütün dünyada müşahidə olunur. İnsanlar ailə yükünün altına girmək istəmirlər və istənilən an boşanma ehtimalını nəzərə alırlar. Çünki ailələr çox vaxt sadə və səthi səbəblərdən dağılır. Azərbaycanda hazırda boşanma sayı ciddi şəkildə artıb və bu, cəmiyyət üçün xroniki sosial problemə çevrilib".

Onun sözlərinə görə, bununla yanaşı, sosial şəbəkələrin və kütləvi medianın təsiri də əhəmiyyətlidir:

"Populyar şəxslərin boşanmalarının təbliği, eqoist və hedonist həyat tərzinin yayılması ailə dəyərlərinə zərər verir. Həmçinin, bəzi xarici güc mərkəzləri ənənəvi Azərbaycan ailə institutunu sarsıtmağa yönəlmiş layihələr həyata keçirirlər. Bəzi televerilişlərdə Azərbaycan ailə dəyərləri açıq şəkildə deqradasiyaya məruz qalır, bəzən xəyanət normal kimi təqdim olunur ki, bu da yolverilməzdir və diqqətlə qarşısı alınmalıdır.

Bu baxımdan Azərbaycanda ailə konsepsiyasının hazırlanması vacibdir. Bu konsepsiyada sosial medianın, süni intellektin ailə dəyərlərinə mənfi təsirlərinin qarşısını almaq məqsədilə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunvericilik tədbirləri nəzərdə tutulmalıdır. Eyni zamanda ailə institutunu qoruyan və dəstəkləyən layihələr həyata keçirilməlidir.

Gənclərin məşğulluğu və mənzil təminatı məsələləri də ailə qurmaq üçün motivasiyanın artırılmasında mühüm rol oynayır. İşsizlik statistikalarına nəzər salsaq, ümumi işsizlik 5,6% olsa da, gənclər arasında bu göstərici 11%-ə çatır ki, bu da yüksək rəqəmdir. Gənclərin məşğulluğunun artırılması, mənzil şəraitinin yaxşılaşdırılması onların ailə qurmağa marağını artıra bilər.

Məsələn, 2025-ci il Türkiyədə “Ailə ili” elan edilib və burada “Gənc Ailə Fondu” yaradılıb. Bu fond subay gənclərə faizsiz kreditlər verərək mənzil almağa kömək edir, gənclər isə dörd ildən sonra hissə-hissə bu krediti ödəyirlər. Türkiyənin bəzi bələdiyyələri hətta toy mərasimlərinin xərclərini də öz üzərinə götürürlər".

Sosioloq təklif edir ki, Azərbaycanda 2026 və ya 2027-ci il "Ailə ili" elan olunsun.

"Belə layihələrin həyata keçirilməsi faydalı ola bilər.

Nəticə olaraq, Azərbaycanda ailə institutunun nüfuzunu artırmaq, gəncləri ailəyə yönəltmək və onların sosial şəraitini yaxşılaşdırmaq üçün kompleks tədbirlər görülməlidir. Eyni zamanda ailə dəyərlərinin təbliği istiqamətində də işlər aparılmalıdır.

Təsəvvür edin ki, 2024-cü ildə 49508 nikah müqaviləsi bağlanıb və 21384 boşanma olub. Yəni bu çox böyük rəqəmdir və bu artıq kifayət qədər əsas verir ki, deyək ki, bəli, nikah müqavilələrinin sayında çox ciddi azalma var.

Əlbəttə, bu da cəmiyyətdəki təkrar istehsala neqativ təsir göstərəcək. Orta perspektivdə səfərbərliklə bağlı problem ola bilər. Eyni zamanda genofondla bağlı, genofond təhlükəsizliyi ilə bağlı problem ola bilər. Eyni zamanda Azərbaycana miqrant axınını çoxalada bilər. Çünki təbii artım ləngiyirsə, mexaniki artım, yəni miqrant axını çoxalır. Bu da Avropada mövcud olan miqrant ekspansiyası ilə bağlı təhlükəni bizə anons eləyir. Bu olmasın deyə biz çalışmalıyıq ki, gənclərdə ailə dəyərləri, ailəyə marağı artıraq və təbii artımı təşviq edək", - deyə Üzeyir Şəfiyev qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyul 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri