Icma.az
close
up
RU
Xarici KİV: ABŞ dakı iğtişaşlar siyasi böhrana çevriləcəkmi?

Xarici KİV: ABŞ dakı iğtişaşlar siyasi böhrana çevriləcəkmi?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Kaliforniya ştatı Donald Trampı ştatda hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edərək ona qarşı iddia qaldırıb. İddia ABŞ prezidentinin Ağ Ev rəhbərinin immiqrasiya siyasətinə etirazlar fonunda Los-Ancelesə yerli Milli Qvardiyanın bölmələrini yerləşdirmək qərarına aiddir. 

Qaynarinfo xəbər verir ki, bu bölmələrə komandanlıq etmək müstəsna hüququ qubernator Qavin Nyusoma məxsusdur və prezident öz hərəkətləri ilə Kaliforniyanın suverenliyini pozub. Amerika liderinin özü hərəkətlərini düzgün adlandırıb. 

Los-Ancelesdəki etirazlar beşinci gündür ki, səngimir. Küçə iğtişaşları şəhərdə qeyri-qanuni mühacirlərin müəyyən edilməsi üçün reydlər keçirildikdən sonra başlayıb. CNN-in məlumatına görə, hakimiyyət artıq 150-yə yaxın adamı saxlayıb: nümayişçilər şəhərin küçələrini bağlayıb, avtomobilləri, xüsusən də sürücüsüz "Waymo" taksisini yandırıb, həmçinin polisə daş və molotov kokteyli atıblar. İzdihamı saxlamaq üçün təhlükəsizlik qüvvələri rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Amerika mediası ölkədə görünməmiş siyasi böhranın alovlandığını yazır. 


Ağ Evdəki iki mənbə "NBC News"a bildirib ki, Tramp administrasiyası hazırda Kaliforniya qubernatoru Qavin Nyusomu həbs etməyi düşünmür. "Bununla belə, federal qanunları pozan hər kəs dəmir barmaqlıqlar arxasına düşə bilər", deyə kanalın mənbələrindən biri vurğulayıb.

CNN-in məlumatına görə, fövqəladə hallarda ABŞ prezidenti həqiqətən də qubernatorun icazəsi olmadan Milli Qvardiya qoşunlarını yerləşdirmək səlahiyyətinə malikdir. Lakin bu, yalnız bir dəfə, 1960-cı illərdə Alabama sakinlərinin qaradərili uşaqların artıq ağdərililərin oxuduğu məktəblərə daxil olmasına etirazları fonunda baş verib.

"Bloomberg" qeyd edir ki, Qavin Nyusom iddiasında Amerika prezidentini yerli əhalini qəsdən qorxutmaqda ittiham edir. Ştat hökuməti həmçinin məhkəmədən Kaliforniyanı Ağ Evin ayrı-seçkiliyə qarşı göstərişlərə əməl etmədiyi iddiası ilə federal maliyyələşdirməni dayandırmaq təhdidlərindən qorumağı xahiş edir. Daha əvvəl Tramp demişdi ki, Qavin Nyusom qanunsuz olaraq "kişilərin qadın idmanında oynamasına" icazə verməkdə davam edir.


"Washington Post" Ağ Evlə Kaliforniya hökuməti arasındakı qarşıdurmanı Trampın hakimiyyətin mərkəzləşdirilməsi istiqamətində kursunun davamı kimi qiymətləndirir. ABŞ prezidenti müntəzəm olaraq fövqəladə hallar elan edir və beləliklə, bürokratik prosedurlardan yan keçir. Nəşr xatırladır ki, eyni şey Tramp bütün dünya üçün ticarət tarifləri tətbiq edəndə və miqrantların kütləvi surətdə deportasiyası əmrini verəndə də baş vermişdi. Həmçinin, Demokratlar Partiyasının fəalları ABŞ federal hakimiyyət orqanlarına qarşı kütləvi nümayişlərin yeni dalğası elan ediblər. Bu dəfə onlar Vaşinqtonda şənbə günü, iyunun 14-də keçiriləcək hərbi paradda baş tutacaqlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 İyun 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri