Xarici mərkəzlərin Cənubi Qafqaz planları iflasa uğrayır
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan cəngəllik qanunları ilə idarə olunmur. Azərbaycan konstitusion quruluşa malik dövlətdir. Sırf bu quruluşa uyğun olaraq da dövlət, cəmiyyət idarə olunur. Heç bir kəs cəzasızlıq sindromundan yararlana bilməz. Heç bir halda Azərbaycan xalqına qarşı kirli əllər də cəzasız qala bilməz.
Son günlərdə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və hüquq-mühafizə orqanları məhz Azərbaycan xalqının irədəsinə qarşı çıxanları, bu iradənin əksinə gedənləri, Azərbaycanın Zəfərini kölgə altına salmaq istəyənləri, Azərbaycanın indiki qalib statusuna zərbə vurmaq istəyən insanları elə yerində, yuvasında məhv edir. Bu, xalq iradəsi deməkdir. Təsadüfi deyil ki, Ramiz Mehdiyev, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Əli Kərimli kimi ünsürlər məhz Rusiyanın siyasi və media dairələrində Azərbaycana qarşı yenidən çirkin kampaniyanın başlandığı bir məqamda ifşa edildilər. Təsadüfi deyil ki, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru, Kremlin gur təbliğatçısı Aleksey Venediktov məhz indi bildirir ki, Rusiyanın Ukraynada işi bitdikdən sonra Cənubi Qafqazda “məşğul olacaq”.
Azərbaycanla Ermənistan arasında sülh gündəliyini kölgə altına salmaq istəyirlər. Yenidən Cənubi Qafqaza müharibə və münaqişə gətirmək istəyən qüvvələrin bütün planları alt-üst olur. Azərbaycan Cənubi Qafqazda münaqişəyə son qoyub. Heç bir halda Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycan xalqının milli iradəsi, müqəddəratı heç bir masada predmet ola bilməz.
Azərbaycanın Zəfərini qəbul etmək istəməyən heç bir qüvvəyə nə siyasi meydanda, nə də cəmiyyətdə yer var. Bu Zəfər bizim xalqımızın Zəfəridir. Bu Zəfər Azərbaycanın illərlə tökdüyü qan hesabına əldə edilən Zəfərdir.
Ermənistanda revanşist qüvvələrə yenidən ürək-dirək verilərək dəstək göstərilməsinə paralel olaraq eyni dairələrdən gələn sifarişlərin icra olunması artıq heç kimə sirr deyil. Rusiya Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovun Azərbaycanı təhdid etməsi kimi… Heç bir halda bunlara yol vermək olmaz. Deməli, Mehdiyev, Həsənli, Hacıbəyli, Kərimli və bütün bu məsələlər eyni mərkəzdən idarə olunur, eyni yerdən direktivlər qəbul edilir.
Bütövlükdə Cənubi Qafqazda formalaşdırılan yeni siyasi və iqtisadi mənzərəyə həm xarici, həm də daxili ünsürlərin əli ilə zərbə endirilməyə çalışılır. Azərbaycan Konstitusion quruluşa malik dövlətdir. Bu baxımdan qanunlara əks gedən kim olursa olsun öz cəzasını almalıdır. Biz vətəndaşlar olarq hər birimiz dövlətimizin müstəqilliyini qorumalı və ölkəmizin yenidən xarici dairələrin təsiri altına düşməməsi üçün öz dəstəyimizi ifadə etməliyik. Azərbaycan dövləti öz xalqını sevən Liderin rəhbərliyi altında daha da güclənəcək və dövlətin kontitusion quruluşuna qarşı olan bütün dairələri neytrallaşdılmasına hər zaman qadirdir.
Azər Badamov
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 02 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















