Icma.az
close
up
RU
“ABŞ nin Cənubi Qafqaz üçün strateji planları var”

“ABŞ nin Cənubi Qafqaz üçün strateji planları var”

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Böyük ehtimalla Cənubi Qafqazı Rusiyanın psixoloji təsirindən, təhdidlərindən xilas etmək üçün  Amerikanın beyin mərkəzlərinin strateji planları var”.

Gununsesi.info bildirir ki, bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib:

“ABŞ-ın Vitse-prezidenti Ceyms Devid  Vensin  regiona səfəri, səsləndirdikləri fikirlər, imzaladıqları sənədlər həmin planın tərkib hissəsi ola bilər.  Bu baxımdan  Vensin həm Azərbaycana, həm də Ermənistana səfərini çox əhəmiyyətli hesab etmək olar.

Görəsən,  Şimaldan gələn təhlükələrin qarşısını almaq üçün bu dəstək yetərli olacaqmı?

Moskvanın Azərbaycana təzyiq rıcaqları yalnız orada çalışan azərbaycanlı mühacirlər və Rusiyanın maraqlarına xidmət edən 5-ci kolondur. Normal qonşuluq prinsiplərindən uzaq düşən Şimal qonşumuzun belə təzyiq elementləri uğursuzluga düçar olub və olacaq. Ukrayna bataqlığında gündən-günə batan Rusiyanın Azərbaycana bundan artığını edəcəyini düşünmürəm.

İmperiya təfəkküründən əl çəkməyən  Rusiyanın artıq əvvəlki gücü yoxdur. Təhdid, təzyiq potensialının xeyli hissəsini xərcləyib”.

Əkrəm Bəydəmirli hesab edir ki, Ermənistanda isə vəziyyət fərqlidir:

“Baş nazir N. Paşinyanın başını yeməklə, rus tör-töküntülərini işə salmaqla hakimiyyət dəyişikliyinə cəhdlərin olması gözləniləndir. Ən maraqlısı odur ki, ABŞ-ın Ermənistanı Rusiyanın əlindən xilas etmək üçün daha hansı planları olacaq?

Rusiya Ermənistanda şər yuvasına çevrilmiş kilsəni  işə saldı, Xocalı qatilləri olan Serj Sarkisyanı, Robert Köçəryanı və digər revanşistləri Moskva təlimatlandırıb irəli atdı. Amma nəticəsi olmadı. Etiraf etmək lazımdır ki, Paşinyan həmin qüvvələri zaman-zaman zərərsizləşdirə bilib. Ermənistanda ən maraqlı və təhlükəli dönəm parlament seçkisində baş verə bilər. O zaman Rusiya bütün rıçaqlarını işə salaraq revanşist qüvvələrin önə çıxmasına cəhd edəcək. Buna nə dərəcədə nail olacaq, onu zaman göstərər. Rusiyanın Qərbə sıx bağlı olan Paşinyanla  bazarlığa gedəcəyi də inandırıcı deyil”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Fevral 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri