Icma.az
close
up
RU
Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar FOTOLAR

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar FOTOLAR

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani ilə birgə 21–22 avqust tarixlərində Şuşa və Xankəndi şəhərlərinə səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə Şuşa şəhərində olan qonaqlar Heydər Məmmədovun müşayiətilə Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Cıdır düzünü və digər tarixi-mədəni abidələri ziyarət ediblər. Şuşanın özünəməxsus memarlıq üslubu, qədim tarixi və füsunkar təbiət mənzərələri nümayəndə heyətində dərin təəssürat yaradıb. Qonaqlar şəhəri mədəni və tarixi baxımdan böyük dəyərə malik bir irs nümunəsi kimi dəyərləndiriblər.

Daha sonra səfər Xankəndi şəhərində davam edib. Zəfər meydanı ilə tanışlıqdan sonra qonaqlar Qarabağ Universitetini ziyarət edib və Universitetin rektoru Şahin Bayramov tərəfindən qarşılanaraq onlara təhsil ocağı barədə məlumat verilib, ali təhsil müəssisəsində aparılan işlər, qarşıda duran vəzifələr haqqında ətraflı danışılıb.

Ziyarət zamanı nümayəndə heyəti ali təhsil müəssisəsində həyata keçirilən elmi-tədris prosesi, akademik mühit və inkişaf perspektivləri ilə tanış olublar. Nümayəndə heyətləri Universitetin müasir yanaşmalar əsasında fəaliyyət göstərməsini yüksək qiymətləndirib, burada formalaşan təhsil mühitinin regionun intellektual inkişafına töhfə verəcəyini vurğulayıb, eləcə də gələcəkdə bu təhsil ocağı ilə əməkdaşlıq təklifinə müsbət yanaşıblar.

Səfər çərçivəsində nümayəndələr Xankəndi şəhərinin mərkəzində yerləşən memarlıq abidələrinə, mədəniyyət ocaqlarına və digər tarixi məkanlara da baxış keçiriblər. Qonaqlar Xankəndidə aparılan bərpa və inkişaf işlərini təqdirlə qarşılayıb, şəhərin həm tarixini qoruyan, həm də müasirliyə inteqrasiya olunan simasını yüksək qiymətləndiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri