Icma.az
close
up
RU
Xarici səyyahların gözü ilə...

Xarici səyyahların gözü ilə...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azad ərazilərə növbəti səfər baş tutub

İşğaldan azad olunduqdan sonra bu ərazilərimizi görmək istəyən səyyahların sayı gündən-günə artır. Artıq indiyə kimi çoxsaylı məşhur blogger və səyyahlar Qarabağı görmək imkanı qazanıblar. Onlar azad olunan rayonlara səfər edərək orada törədilən erməni vandalizmini öz gözləri ilə görürlər. Bu, həm də misli görünməmiş dağıntılara məruz qalan ərazilərimizin bütün dünyada tanıdılması üçün böyük əhəmiyyətə malikdir.

Belə səfərlər vasitəsilə dünya ictimaiyyətininin diqqətini işğaldan azad olnmuş ərazilərdə törədilən vəhşiliklərə yönəltmək mümkün olur. Səyyahlar həm də Qarabağda aparılan sürətli bərpa və quruculuq işləri ilə tanış olurlar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla, ermənilərin hansı xislətə malik olduqlarını görürlər. Səyyahların Qarabağa səfər etməsi bölgənin turizm potensialının da dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyətə malikdir.

Dünən ETIC (“Extreme Traveler International Congress”) klubuna üzv beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri baş tutub. Qrupa 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyahətçilər daxildir.

Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır. Səfərdə məqsəd işğaldan azad edilmiş ərazilərin populyarlaşdırılması, aparılan genişmiqyaslı tikinti və bərpa işlərinin gedişi ilə tanış olmaqdır.

15-ci səfər...

İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.

8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (Most Traveled People) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Charles Veley (ABŞ) də təmsil olunan qonaqlar Ağdam şəhərində avtomobil turundan sonra Ağdam Cümə məscidində olublar.

Qonaqlara Prezidentin xüsusi nümayəndəsinin əməkdaşı məscid haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dini abidə Ermənistan ordusu tərəfindən işğal dövründə dağıdılıb, qarət edilib. Həmçinin binanın içərisində donuz saxlanılıb. Şəhər işğaldan azad edildikdən sonra burada əsaslı restovrasiya işləri aparılaraq yenidən istifadəyə verilib.

Daha sonra səyyahlar Ağdam Çörək muzeyinin qalıqlarını ziyarət ediblər. Onlara muzey barədə məlumat verilib. Bildirilib ki, 1983-cü ildə yaradılmış muzey 1993-cü ildə işğaldan sonra ermənilər tərəfindən dağıdılıb. Səyyahlar Ağdam şəhərində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Qonaqlar Ağdam şəhərindən sonra Xankəndi şəhərinə yola düşüblər. Səyyahlar Qarabağ Universitetinə gəliblər. Onlar burada tədris prosesinin təşkili və tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Səyyahlar, həmçinin universitetin yeni kampuslarının inşa edildiyi tikinti meydançalarında olublar.

Ağdamda genişmiqyaslı işlər görülür

Ağdamda səfərdə olan almaniyalı səyyah Oliver Kompkens Ağdamda fantastik işlərin görüldüyünü bildirib: “Burada davam edən bərpa-quruculuq işlərini görmək heyranedicidir”.

Azərbaycana ikinci dəfə gəldiyini xatırladan səyyah ölkəmizə ilk dəfə 2017-ci ildə səfər etdiyini qeyd edib: “O vaxt mən Moskvada professor idim və konfransda çıxış etmək üçün Bakıya gəlmişdim. O zaman da mən Azərbaycana heyran olmuşdum. Xüsusən Azərbaycanı başqa postsovet ölkələri ilə müqayisə edəndə fərqli bir atmosferi və çox avropalaşmış, müasir ölkə və təhsilli bir xalqı görmək olur”.

Oliver Kompkens azad edilmiş Ağdam şəhərininin dirçəldiyini, burada yol və digər infrastruktur işlərinin icra edildiyini vurğulayıb: “Azərbaycan xalqını və hökumətini fantastik işə görə təbrik edirəm. Ağdam şəhəri tam bərpa ediləndən sonra növbəti illərdə də bura gəlməyə can atacağam”.

“Hər şeyin bu qədər tez həll olunacağını gözləmirdim”

Ağdamda səfərdə olan digər almaniyalı səyyah Karl Kuffner Ağdamda hər şeyin bu qədər tez həll olunacağını gözləmədiyini deyib: “Burada olduğuma görə çox şadam. Mən buraya 2021-ci ildə gəlmişdim. O vaxt burada hər şey məhv olmuş vəziyyətdə idi. Hələ o vaxt burada görüləcək işlərin planını müşahidə etmişdim. İndi görülmüş işlərə və digər tikinti işlərinə şahid olmaq, insanların sülh içində yaşadığını görmək çox xoşdur. 2021-ci ildə burada olanda hər şeyin bu cür tez həll ediləcəyini gözləmirdim. Yollar, körpülər - hər şey əladır. O vaxt biz burada minaları da görmüşdük. İndi minalar təmizlənib, bu həqiqətən əladır”.

İnsanlar sülh şəraitində yaşayırlar

Portuqaliyalı səyyah Jo Paulo Pihoto bildirib ki, Qarabağda bərpa işləri tam sürətlə davam edir və insanlar nəhayət sülh içində yaşayırlar. O, qeyd edib ki, 2021-ci ildəki səfəri zamanı bərpa işlərinin planlarını görüb: “İndi isə bütün planların həqiqətən həyata keçirildiyinin şahidi oldum. Dəyişikliklər heyranlıq doğurur”.

Səyyah, həmçinin Azərbaycanın səyləri nəticəsində regionun tezliklə minalardan təmizlənəcəyinə əminliyini ifadə edib: “Ağdam demək olar ki, tamamilə minalardan təmizlənib. Bu həqiqətən təsirli bir işdir”.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Oktyabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri