Icma.az
close
up
RU
Xarici siyasət və daxili islahatlar: Prezidentin strateji mesajları

Xarici siyasət və daxili islahatlar: Prezidentin strateji mesajları

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibə məzmun və ton baxımından klassik hesabat xarakterini aşaraq, Azərbaycanın formalaşmaqda olan yeni siyasi mərhələsinin konturlarını açıq şəkildə göstərir. Bu müsahibə bir tərəfdən ötən dövrün yekunlaşdırılmasıdırsa, digər tərəfdən yaxın illər üçün dövlət idarəçiliyində, iqtisadi strategiyada və xarici siyasətdə hansı prioritetlərin əsas götürüləcəyinə dair aydın siyasi manifest rolunu oynayır.

Müsahibənin ümumi ruhu göstərir ki, Azərbaycan artıq post-münaqişə dövrünü "adaptasiya mərhələsi” kimi deyil, uzunmüddətli sabit inkişaf mərhələsi kimi qəbul edir. Prezidentin çıxışında tez-tez vurğulanan əsas xətt ondan ibarətdir ki, əldə olunmuş siyasi və hərbi nəticələr özlüyündə məqsəd deyil, yeni idarəetmə keyfiyyəti və iqtisadi səmərəlilik üçün başlanğıc nöqtəsidir. Bu yanaşma Azərbaycanın dövlətçilik fəlsəfəsində mərhələli keçidin başa çatdığını göstərir.

İdarəetmə ilə bağlı səsləndirilən fikirlər xüsusilə diqqətəlayiqdir. Prezident açıq şəkildə bildirir ki, islahatlar davam edəcək və bu proses selektiv deyil, sistemli xarakter daşıyacaq. Onun məmurlara ünvanladığı sərt mesajlar hakimiyyət daxilində yeni intizam mərhələsinin başlandığını göstərir. Burada əsas vurğu struktur dəyişikliklərindən çox, icra məsuliyyəti və nəticə tələbidir. Bu, Azərbaycanın qarşıdakı dövrdə daha az populizmə, daha çox performans əsaslı idarəetməyə keçmək niyyətində olduğunun siyasi göstəricisidir.

İqtisadi məsələlərə münasibət Prezidentin strateji düşüncə tərzini açıq ortaya qoyur. Dövlət Neft Fondunun qızıl ehtiyatlarını artırmaqla milyardlarla dollar əlavə gəlir əldə etməsinin xüsusi vurğulanması təsadüfi deyil. Bu, bir tərəfdən maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi, digər tərəfdən isə neft gəlirlərinin idarə olunmasında konservativ və uzunmüddətli yanaşmanın prioritet olduğunu göstərir. Prezident bu nümunə ilə açıq mesaj verir: iqtisadi sabitlik xərcləmə yox, ehtiyat yaratmaq üzərindən təmin olunmalıdır.

Xarici siyasətə dair mövqelər müsahibənin ən mühüm siyasi qatlarından biridir. İlham Əliyevin beynəlxalq məsələlərə münasibəti göstərir ki, Azərbaycan artıq regional proseslərdə passiv iştirakçı deyil, öz mövqeyini formalaşdıran və açıq ifadə edən aktordur. Fələstin məsələsində səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, selektiv olmayan mövqe tutduğunu nümayiş etdirir. Bu yanaşma Bakının həm Qərb, həm də Qlobal Cənub ölkələri ilə münasibətlərində balanslı, lakin prinsipial xətt yürütmək niyyətində olduğunu göstərir.

Müsahibədə hiss olunan əsas siyasi mesajlardan biri də suverenlik anlayışının gücləndirilməsidir. Prezidentin ritorikasında "kənar təsirlər”, "ikili standartlar” və "daxili işlərə qarışmamaq” mövzuları dolayı yolla, lakin aydın hiss olunur. Bu, Azərbaycanın beynəlxalq müstəvidə öz qərarlarını kənar təzyiqlərdən asılı olmayaraq vermək əzmində olduğunu göstərir və dövlətin siyasi özünəinamının artdığını təsdiqləyir.

Ümumilikdə, bu müsahibə Azərbaycanın yaxın dövr üçün siyasi yol xəritəsini aydınlaşdırır: daxildə daha sərt və nəticəyönümlü idarəetmə, iqtisadiyyatda ehtiyatlı və uzunmüddətli strategiya, xarici siyasətdə isə balanslı, amma açıq mövqe. Prezident İlham Əliyev bu müsahibə ilə həm dövlət aparatına, həm cəmiyyətə, həm də beynəlxalq auditoriyaya eyni mesajı verir: Azərbaycan artıq yeni mərhələyə keçib və bu mərhələdə qeyri-müəyyənlik yox, dəqiqlik və məsuliyyət əsas meyar olacaq.

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri