Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Qalibiyyətin beşinci paradı: Prezidentin strateji mesajları

Qalibiyyətin beşinci paradı: Prezidentin strateji mesajları

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

I məqalə

Qələbədən beş il sonra

Nəinki bütün Azərbaycan, həm də bütün Türk dünyası 2025-ci il 8 noyabr Hərbi  Paradını heç zaman unutmayacaq. Bunun səbəbləri çoxdur. Ancaq başlıca siyasi, geosiyasi və hərbi güc mesajları olduqca vacib faktordur. Onların ümumi xarakteri həmin gün Bakıdan dünyaya dövlət başçısının verdiyi tarixi mesajların məzmunu ilə bağlıdır. Bu, müstəqil bir dövlətin prezidentinin öz ərazisini bərpa etdikdən və tam suverenliyə nail olduqdan sonra baş verənlərə və gələcəyə baxış vizyonunun özəllikləri prizmasında ayrıca aktuallıq kəsb edir. 
Möhtəşəm tarixi qələbədən beş il sonra Bakı Paraddan necə görünürdü? Prezident İlham Əliyevin Paradda etdiyi tarixi nitqinin mahiyyəti və ruhundan bu suala cavab tapmaq mümkündür! 

Müttəfiqliyə sadiqlik

Azərbaycan Prezidenti nitqinin əvvəlində vurğulamışdır: “Bu gün bizim paradda əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan .iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Prezident İlham Əliyev sözün həqiqi mənasında Azərbaycan dövlətçilik ənənəsi və xalqın tarixi mənəvi-mədəni-əxlaqi ənənəsi müstəvisində nümunəvi fikir söyləmişdir. Dövlət başçısı səmimiyyətlə vurğulamışdır ki, Azərbaycan xalqının mənəvi dəyərlərindən qidalanan Azərbaycan dövlətçilik və liderlik ənənəsində qədirbilənlik, dosta və qardaşa sadaqətlilik həmişə birinci sırada yer almışdır. Vətən müharibəsində Türkiyə rəhbərliyi və xalqının Azərbaycan dövləti və xalqının, onun güclü liderinin yanında olmasını heç zaman unutmayacağıq və həmişə şükranlıqla yad edəcəyik! 

Bu mövqenin siyasi liderlik və dövlətçilik kontekstlərində geosiyasi anlamı böyük və dərindir. Hə şeydən öncə, Azərbaycan Prezidenti milli dövlətçiliyimizə fayda verən hər bir addımı yüksək qiymətləndirdiyini vurğulamışdır. Yəni həmişə olduğu kimi indi də Azərbaycan Prezidenti milli dövlətçilik maraqları mövqeyindən çıxış etmişdir. 

Bundan başqa, İlham Əliyev müstəqil Azərbaycan dövlətinin siyasi, hüquqi, mənəvi, mədəni, geosiyasi dəyərlərə çox ciddi yanaşdığını bir daha göstərmişdir. Onun əsas əlamətlərindən biri Azərbaycan dövlətinin Şuşa Bəyannaməsinin hər bir bəndinə ciddi dövləti münasibət göstərməsidir. Prezident İlham Əliyev qalib lider kimi bunu xüsusi vurğulamaqla hər şeydən öncə müstəqil demokratik və hüquqi dövlətin rəhbəri olduğunu bir daha sübut etmişdir. 

Bununla İlham Əliyev dövlət başçısı kimi etibarlı və yüksək etimada layiq milli lider olduğunu göstərmişdir. Məlumdur ki, vurğulanan keyfiyyətlər müasir geosiyasi təlimlərdə və liderologiyada olduqca vacib faktorlar hesab olunurlar.   

Paradda Türkiyə əsgəri: Azərbaycan əsgərinin gücünə yüksək ehtiram

Bunların məntiqi fonunda Prezident İlham Əliyevin nitqində ifadə edilmiş aşağıdakı fikirlər tarixi əhəmiyyətlidir. Dövlət başçısı bəyan etmişdir: “Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür”.

Bu fikirlər etnik qardaşlıqdan dövləti müttəfiqliyə hüquqi keçidin nümunəsidir. Azərbaycan Prezidenti Türkiyə ilə qardaşlığın əhəmiyyətinə diqqət edərək, dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarının çərçivəsində fəaliyyət göstərdiklərini dünyaya bəyan etmişdir. Türkiyə hərbçilərinin Bakıdakı Paradda iştirakının da əsl mənası və hüquqi qiyməti bu kontekstdə dərk edilməlidir. Yəni digərlərindən fərqli olaraq Azərbaycan paytaxtı qardaş ölkənin belə hərbi qüvvələrini Vətən savaşında qalib gəlmiş dövlətin baş şəhəri olaraq qürur və alın açıqlığı ilə salamlayır! Türkiyə və Pakistan hərbçilərinin paradda iştirakı bu anlamda “Azərbaycan ordusu qardaşımızdır, onun gücünə və qüdrətinə tam inanırıq, bu ordu möhtəşəm Zəfər əldə etmişdir ki, qarşısında baş əyirik!”, mənasını verir. Avrasiyada bir ölkənin hərbi paradında digər dövlətlərin hərbi kontingentinin iştarkını bu cür dəyərləndirmək nümunəsi yoxdur! 

Buradan beş il müddətində Azərbaycanın hərbi qüdrətinin statsunun transformasiyasının bir vacib aspekti haqqında nəticə çıxara bilərik.

Qalib ordu obrazı: yeni mərhələ

Bu obraz Prezident İlham Əliyevin aşağıdakı tarixi mesajından aydın görünür. Ölkə rəhbəri firkilərinə davam edərək ifadə etmişdir: “Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.

Liderologiyanın prinsiplərindən bu fikirlərin semantikasına baxaq. Zamanca xronoloji olaraq Prezident İlham Əliyev Qələbədən sonra keçən beş ildə Azərbaycan dövlətçiliyinə və onun hərbi gücünə olan baxışların necə dəyişdiyini konkret ifadə etmişdir. İlk Qələbə Paradında Türkiyə Prezidenti R.T.Ərdoğan iştirak edirdi. Azərbaycan və Türkiyə Prezidentləri bayraqlarımız və əsgərlərimiz kimi qoşa dayanmışdılar. Azərbaycanın əldə etdiyi Zəfəri böyük qürur hissi ilə daxildən yaşayırdılar! Hər ikisi şən, gülərüz və nikbin idilər! Bu mənzərə yaddan çıxmadı, lakin qarşıdakı illərdə nələr olacağı bilinmirdi. 

Məhz bu aspektdən beş il öncəki Qələbə Paradı ilə indikini müqayisə edəndə Qalib Ordunun Qalib Ali Baş Komandanının fəaliyyəti sayəsində çox şeyin inkişaf etdiyini aydınca gördük. Prezident İlham Əliyevin yığcam formada beş ildən sonra Türkiyə Prezidenti ilə bərabər Pakistanın Baş Nazirinin iştirakını vurğulamasının siyasi-diplomatik anlamının sərhədləri həmin qənaət işığında təsəvvür edilə bilər. Yəni birinci Qələbə Paradında iki qardaş yan-yana dayanmışdı, beş illik gərgin fəaliyyətdən sonra üç qardaş yan-yana, əl-ələ Qələbə Paradını izləyirlər! Eyni zamanda, onlar bir yerdə üç qardaş dövlətin hərbi güclərinə vahid bucaq altında baxa bilirlər!

Etiraf edək ki, Türkiyə və Pakistan kimi çox güclü xüsusi təyinatlıları olan dövlətlərin əsgərlərindən Azərbaycan xüsusi təyinatlıların əsgərlərinin qüdrəti zərrə qədər də az deyildir! Azərbaycan əsgəri yüksək hazırlıqlı qalib savaçı kimi Paradda əzmkarlıqla addımlayırdı! Bu mənzərəni seyr etmək İlham Əliyev qədər R.T.Ərdoğana və Pakistanın Baş Naziri M.Ş.Şahbaza da yüksək zövq verirdi. 
Bu mənzərə Prezdeint İlham Əliyevin yorulmadan və intensiv surətdə son 5 ildə yeritdiyi siyasi-diplomatik fəaliyyətin birbaşa məntiqi nəticəsidir! Azərbaycanın dövlət başçısı rəhbəri olduğu müstəqil dövlətin identikliyini tam layiqincə və bütün çalarları ilə yüksək səviyyədə təmsil edə bilmişdir! Məhz buna görə də beş il əvvəl iki qardaş kürsüdən Azərbaycan ordusunun qüdrətindən zövq alırdısa, 2025-ci ildə qardaşların kürsüdəki sayı üç oldu! Bununla yanaşı, Paradda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Slovakiya, Səudiyyə Ərəbistanı və  Serbiya hərbi rəhbərliyinin yüksək səviyyəli təmsilçiləri iştirak edirdilər. Azərbaycan Prezidentinin Paraddakı tarixi nitqinin başlanğıcı məhz bu irəliləyişin möhtəşəm təsbiti oldu!     
Müstəqil siyasət: qələbə yollarında

Təcrübə göstərir ki, Azərbaycan Prezidenti həmişə çıxışlarında siyasi varisliyə ayrıca önəm verir. Bu gün əldə edilən nailiyyətlərdə dövlət başçısı illərlə toplanan təcrübənin yeri və rolunu xüsusi vurğulayır. 

Azərbaycan lideri Paraddakı nitqində də bu qaydaya sadiq qalmışdır. Lakin keçilən yolu Vətən müharibəsindəki qələbə kontekstində dolğun izah etmişdir. Bu baxımdan Hərbi Paraddakı nitqində 1993-cü ildən başlayaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirilən siyasətin mühüm məqamları üzərində dayanmışdır. 

İlham Əliyev Ermənistanın Azərbaycanın bu fəaliyyətini anlamadığını vurğulamışdır. Dövlət başçısı nitqində demişdir: “Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər”.

Lakin reallıq tamamilə başqa mənzərəni ortaya qoydu. İlham Əliyev bu məqamı maraqlı təqdim etmişdir. Nitqində milli lider demişdir: “Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik”.

Bu fikirlərdə Vətən müharibəsinin tarixi əhəmiyyəti baxımından əsas faktorlar - ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin təmini məsələsi, dəqiq ifadə edilmişdir! 

Füzuli Qurbanov,

XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

(ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:303
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri