Icma.az
close
up
RU
“Xarici siyasətdə həmişə çoxtərəfliliyə üstünlük vermişik” Yenilənib

“Xarici siyasətdə həmişə çoxtərəfliliyə üstünlük vermişik” Yenilənib

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Azərbaycan həmişə xarici siyasətində çoxtərəfliliyə üstünlük verən dövlət olub”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə bildirib.

Onun sözlərinə görə, bunun bir çox praktik nümunələri olub: “Hazırda bu proses mürəkkəb dövrdən keçir, bir çox xarici təsir faktorları var. Ancaq buna rəğmən müəyyən proseslər, məsələn Bakıda keçirilən COP29 bir daha sübut edir ki, hələ də çoxtərəflilik işləri, beynəlxalq təşkilatların mövcudluğu, onların səmərəliliyi müəyyən qədər dövlətlərarası münasibətlərə müsbət təsir edir. 

Qlobal Cənub həqiqətən də inkişafdadır. Dünya əhalisinin 85%-nin, qlobal ÜDM-nin isə 39%-nin cəmləşdiyi bu ölkələr hazırda həm iqtisadi, həm də siyasi trasformasiya dövründən keçir. Bunun nümunəsini bir neçə təşkilatda görmək olar. Böyük 20-lik adlandırılan təşkilat artıq Afrika ittifaqını tamhüquqlu üzv kimi qəbul edir. Bu, Afrikanın qitə olaraq artan nüfuzunun göstəricisidir. BRİCS təşkilatı artıq daha da genişlənir. İlkin olaraq 5 dövlətdən ibarət formatda yaradılan təşkilata növbəti 4 yeni tamhüquqlu üzv qoşuldu. Bunların da yenə ikisi Afrika ölkəsi, digərləri isə İran və BƏƏ-dir. BRİCS artıq Qlobal Cənubun önəmli təmsilçilərindən birinə çevrilməkdədir”.

***

Yalçın Rəfiyev əlavə edib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək: “Həmin vaxtdan etibarən 2 illik müddətdə Azərbaycan bu qurumun sədrlik funksiyalarını yerinə yetirəcək. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var. Göründüyü kimi, Azərbaycanın qlobal çoxtərəfliliyin mərkəzi rolunu oynaması funksiyası özünü praktiki müəyyən hadisələr, inkişaflarla da göstərir. Növbəti illərdə də bunun davamı olaraq sistemli şəkildə fəaliyyət aparılacaq”.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 May 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri