Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Budapeşt, 15 iyun, AZƏRTAC
Macarıstanda onlayn alış-veriş bazarında tarixi dönüş nöqtəsi yaşanır. məlumatlara görə, ölkə vətəndaşları ilk dəfə olaraq xarici internet mağazalarında yerli onlayn satış platformalarından daha çox pul xərcləyiblər.
AZƏRTAC xəbər verir ki, 2025-ci ilin ikinci rübündə xarici e-ticarət saytlarında aparılan ödənişlərin ümumi həcmi daxili onlayn mağazaların dövriyyəsini geridə qoyub.
Mütəxəssislər bu tendensiyanın əsas səbəbi kimi “Temu” kimi beynəlxalq platformaların sürətli yüksəlişini göstərirlər.
Statistikaya əsasən, xarici saytlarda alış-veriş əməliyyatlarının sayı 1 il ərzində təxminən 30 faiz artıb. Hazırda internet üzərindən xərclənən hər 100 forintin 52 forinti xarici şirkətlərə gedir.
Yerli onlayn mağazalar fəaliyyətlərini genişləndirsə də, daha aşağı qiymətlər təklif edən qlobal platformalarla rəqabət aparmaqda çətinlik çəkir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 15 İyun 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















