Icma.az
close
up
RU
Azərbaycan xarici siyasətdə regional əməkdaşlıqlara üstünlük verir” AÇIQLAMA

Azərbaycan xarici siyasətdə regional əməkdaşlıqlara üstünlük verir” AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Beynəlxalq münasibətlər sistemi əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə dəyişib. Əgər əvvəllər çoxtərəfli əməkdaşlıqlar və qlobal platformalar əsas rol oynayırdısa, hazırda bu yanaşma öz effektivliyini itirib. Bu dəyişiklik Azərbaycanın xarici siyasətində də aydın şəkildə hiss olunur. Azərbaycan artıq qlobal platformalardan daha çox regional, ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarına üstünlük verir".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. 
O, bildirib ki, ATƏT, Avropa Birliyi və BMT kimi beynəlxalq qurumlar müxtəlif səbəblərdən, xüsusilə prinsiplərin pozulması fonunda, əvvəlki təsir gücünü itirib:
"Bu isə Azərbaycanın həmin platformalarla əməkdaşlığının zəifləməsinə gətirib çıxarıb. Məhz bu səbəbdən ölkəmizin regional əməkdaşlıqlara yönəlməsi hazırkı geosiyasi şəraitdə ən düzgün yanaşma hesab olunur. Yeni reallıqlar fonunda Türkiyə, İran və Rusiya ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, təcavüzün sona çatması Ermənistanla da ikitərəfli əməkdaşlığın başlanmasını zəruri edir. Bu proses bölgədə iqtisadi, ticarət və investisiya əlaqələrinin tam formalaşmasına töhfə verə bilər".
Ekspert bildirib ki, yaxın dövrdə Azərbaycan–Türkiyə–Türkmənistan, Azərbaycan–Türkiyə–İran, Azərbaycan–Rusiya–İran, Azərbaycan–Türkmənistan–Özbəkistan, Azərbaycan–Qazaxıstan–Özbəkistan kimi əməkdaşlıq formatlarının uğurla davam etməsi ölkəmizin bu istiqamətdə seçdiyi siyasətin nəticəsidir:
"Bu formatlar Azərbaycanın regional və beynəlxalq mövqeyini getdikcə gücləndirir. Bəzi dairələr üçün Türkmənistan və Qazaxıstanla əməkdaşlıq anlaşılmaz görünsə də, Avropa və Çinin Rusiyadan yan keçən nəqliyyat dəhlizlərini aktivləşdirməsi Azərbaycanın imkanlarına olan ehtiyacı artırıb. Xüsusilə Şərq–Qərb, yəni Orta Dəhlizdə Azərbaycanın rolu ön plana çıxır ki, bu da ölkəmizin vaxtında atdığı qabaqlayıcı addımların nəticəsidir".
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə formalaşan ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri Avrasiya miqyasında da təsir göstərir, Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirir:
"Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Şurasının üzvü seçilməsi də bunun bariz nümunəsidir. Bu, ölkəmizin yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyada iqtisadi, ticarət və investisiya əlaqələrinin formalaşmasında artan rolundan xəbər verir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Dekabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri