Icma.az
close
up
RU
Xarici siyasətin prioritetləri

Xarici siyasətin prioritetləri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Müasir politologiyada sistem yanaşması geniş yayılmışdır. Politoloqlar regional və qlobal səviyyədə mövcud olan ən müxtəlif siyasi xarakterli məsələlərin tədqiqinə bir çox komponentlərin qarşılıqlı əlaqəsində yanaşmağa üstünlük verirlər. Bu, əksər hallarda problemin müxtəlif fənlərin kəsişməsində araşdırılması anlamına gəlir.

Kamal Adıgözəlovun 2025-ci ildə çapdan çıxmış "Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri: politoloji təhlil" (Bakı, Mütərcim, 264 s.) adlı monoqrafiyası aktual siyasi-nəzəri problemin sistemli araşdırma nümunəsidir. Müəllif yeni tarixi mərhələ üçün Prezident İlham Əliyevin müəyyən etdiyi 14 prioritet istiqaməti vahid məntiqi çərçivədə və tədqiqat metodologiyası kontekstində təhlil edə bilmişdir. Etiraf edək ki, kitab ciddi tədqiqat işidir. Orada toxunulan məsələlər həm sistemli, həm də Azərbaycanın dövlət maraqlarına tam uyğun şəkildə araşdırılmışdır. Bu fikrin işığında mühüm hesab etdiyimiz bir sıra politoloji məqamlar üzərində dayanaq.

Prioritetlərin sistemləşdirilməsi

Əsərdə prioritet istiqamətlərin 5 hissədə qruplaşdırılması kitabın həm struktur özəlliyinə, həm də bütöv mənzərənin siyasi-nəzəri təhlilində qarşıya qoyulan məqsədə uyğundur. Bu məqamı prioritetlərin məzmunundan görmək mümkündür. Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri aşağıdakı kimi müəyyən edilmişdir: "Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi; Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması; Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi; Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması; Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması; Azərbaycanın qeyri-münaqişə gündəliyinin formalaşdırılması; qonşu ölkələrlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi; türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsi; strateji tərəfdaşların və müttəfiqlərin sayının artırılması; Azərbaycanın iqtisadi və enerji diplomatiyasının inkişaf etdirilməsi; alternativ və bərpaolunan enerji növlərinin artırılması hesabına "Yaşıl enerji" gündəliyinin irəli aparılması və iqlim dəyişikliyinə qarşı qlobal mübarizəyə töhfənin davam etdirilməsi; Azərbaycanın nəqliyyat və logistika mərkəzi rolunun daha da gücləndirilməsi; beynəlxalq təşkilatlarda fəal iştirakın təmin edilməsi; multikulturalizm və tolerantlıq kimi dəyərlərə sadiq qalaraq, dünyada hökm sürən islamofobiya və neokolonializm meyillərinə qarşı mübarizə aparılması".

Göründüyü kimi, bu istiqamətlərdə milli, regional və qlobal miqyasda xarici siyasətin başlıca parametrləri ifadə edilmişdir. Bundan başqa, politoloji baxımdan əhəmiyyətli olan bir məqamı da vurğulamaq istərdik. Biz prioritetlərin konkret səviyyələrə (milli, regional və qlobal) aid olması ilə yanaşı, funksional olaraq da siyasi xüsusiyyətlərə malik olduğunu nəzərdə tuturuq. Belə ki, prioritetlərin kompleks halda reallaşması 4 siyasi fəaliyyət prinsipini ehtiva edir. Bunlar multivektoralizm, multilateralizm, multiregionalizm və multikulturalizmdir. Bu siyasi fəaliyyət prinsipləri müasir mərhələdə perspektivli yanaşmalara əsaslanır. Hesab edilir ki, onlar müasir dünyanın geosiyasi, siyasi və diplomatik özəlliklərinə tam uyğundur.

Geosiyasi aspekt

Müasir geosiyasət bir-biri ilə sıx əlaqədə olan və müxtəlif səviyyələri təmsil edən parametrlərin sistemi kimi təsəvvür edilir. Bu zaman yaranmış geosiyasi mənzərənin riskli, çoxaspektli, qeyri-müəyyən və proqnozlaşdırılması çətin olduğu tezisi irəli sürülür. Daha dəqiq desək, hər bir müstəqil dövlət elə xarici siyasət parametrləri müəyyən etməlidir ki, bu cür mürəkkəb və çoxşaxəli geosiyasi dinamikaya adekvat reaksiya vermək imkanı olsun.

Multivektoralizm bu anlamda siyasi istiqamətlərin potensial olaraq mövcudluğunu təmin edir. Multiregionalizm xarici siyasəti regional miqyasdan regionlararası miqyasa proyeksiya etməyə imkan verir, eyni zamanda, dövlətin milli maraqlarını təmin etmək üçün siyasi zəmin yaradır. Multilateralizm qlobal miqyasda çoxaspektli əlaqələr qurmaq üçün siyasi baza hazırlamağa yardım edir. Xarici siyasətin bu prioriteti dövlətə, bütövlükdə, münasibətləri müxtəlif aspektlərdə və bir-biri ilə sıx əlaqədə qurmaq şansı meydana gətirir. Nəhayət, multikulturalizm dövlətin daxili birlik nümunəsini beynəlxalq müstəviyə uğurlu proyeksiya etmək üçün faydalıdır. Əsərdə bu müddəaların işığında Azərbaycanın xarici siyasətinin prioritetlərinin geosiyasi kontekstdə təhlili maraq doğurur. Əlbəttə, bu istiqamətdə daha geniş təhlil aparmaq mümkündür. Lakin bütün hallarda xarici siyasətin prioritet istiqamətlərinin vurğulanan kontekstdə tədqiqi politoloji baxımdan çox əhəmiyyətlidir.

Siyasi aspekt

Politoloqlar dünya səviyyəsində siyasətin çox mürəkkəbləşdiyini və bunun fonunda riskli, qeyri-müəyyən faktorlu və çoxssenarili proqnozlaşdırmanı əhəmiyyətli dərəcədə nəzərə almalı olan fəaliyyət kimi qiymətləndirirlər. Geosiyasətdə olduğu kimi, siyasət kursunda da bu xüsusiyyət əvvəllər müşahidə edilməyən səmərəli üsullar, yanaşmalar və təhlil metodları tələb edir. Əsərdə aparılan siyasi təhlil vurğulanan tələblərə cavab verir. Çoxistiqamətliliklə, çoxregionluluq, çoxaspektlilik və çoxmədəniyyətlilik siyasi məntiq çərçivəsində vahid məqsədə xidmət edir. Məsələn, əsərdə göstərilir ki, multivektoral xarici siyasət istiqaməti multiregionalizmin siyasi dərki üçün çox faydalıdır. Çünki siyasətin çoxistiqamətliliyi özlüyündə regionlararası münasibətlərin mahiyyəti və təbiətinə uyğun mənzərə yaradır. Bu baxımdan çoxistiqamətlilik kitabda multiregionalizm istiqamətində uğur qazanmağın təməl prinsiplərindən biri kimi nəzərdən keçirilir. Eyni məntiqlə multilaterallığın və multikulturalizmin də siyasi-nəzəri funksiyalarını vurğulaya bilərik.

Diplomatik aspekt

Əsərdə məsələnin bu tərəfinin də təhlili yer almışdır. Çünki prioritet istiqamətlərin həm ayrılıqda, həm də qarşılıqlı əlaqədə reallaşması üçün adekvat diplomatiya növü tətbiq edilməlidir. Doğrudur, kitabda bu barədə geniş bəhs edilmir. Lakin tədqiqatın məntiqindən özlüyündə aydın olan bir sıra diplomatik xüsusiyyətlər görünür.

Məlumdur ki, bu gün diplomatiyanın müxtəlif növləri bir-birindən fərqləndirilir. Onların sırasında "şəbəkə diplomatiyası" deyilən bir üsuldan da bəhs edilir. Şəbəkə diplomatiyası hamılıqla qəbul edilməsə də, bu kitabın təhlili kontekstində bir maraqlı özəlliyə nəzər salmağa imkan verir. Məsələ onunla bağlıdır ki, Azərbaycanın yeni tarixi mərhələdə xarici siyasətinin prioritetləri sanki bir yerdə müəyyən məntiqi bağlılığı olan "şəbəkə" yaradır. Onun reallaşması üçün də diplomatiya "şəbəkə" mahiyyətli olmalıdır, yəni, diplomatiya həm dövlətlər, həm də təşkilatlar səviyyəsində qarşılıqlı əlaqədə aparılmalıdır. Bu isə, faktiki olaraq, "şəbəkə diplomatiyası"nın tətbiqini aktuallaşdırır. Əsərdə Azərbaycanın xarici siyasətinin həm dövlətlərarası, həm də müxtəlif beynəlxalq və regional təşkilatlar istiqamətlərində əhəmiyyəti üzərində dayanılır.

Neokolonializm və ksenofobiya ilə mübarizə

Kitabda bu istiqamətin ayrıca nəzərə alınması olduqca əhəmiyyətlidir. Çünki xarici siyasətdə indi neokolonializm və ksenofobiya ilə mübarizə regionlararası miqyasdan qlobal miqyasa çıxış əldə etmək üçün əsas mövzulardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan

Prezidenti realpolitik çərçivəsində praktiki fəaliyyəti ilə də bu istiqamətdə mühüm uğurlar əldə etmişdir. Əlbəttə, onların siyasi-nəzəri cəhətdən ümumiləşdirilməsi aktual məsələlərdən biridir. Əsərdə göstərilir ki, neokolonializm və ksenofobiya ilə mübarizə Prezident İlham Əliyevin konseptual yanaşması əsasında həyata keçirilir. İndi dünyanın hər regionunda Azərbaycan liderinin bu cəsarətli siyasətinin səmərəliliyini görürlər. Bu kontekstdə Azərbaycan siyasətində tolerantlığın oynadığı rol da kitabda tədqiq edilmiş və maraqlı fikirlər irəli sürülmüşdür.

Nəhayət, multikulturalizm və tolerantlıq kontekstlərində xarici siyasətin prioritetlərinin həyata keçirilməsində "yumşaq güc"ün tətbiqinin araşdırılması maraq doğurur. Çünki "yumşaq güc" anlayışının Azərbaycanın xarici siyasətində aldığı məzmun və nəzərdə tutulan məqsədləri təhlil etmək vacibdir. Bu baxımdan müəllif yığcam şəkildə Cozef Nayın siyasi leksikona daxil etdiyi "yumşaq güc" anlayışının müxtəlif dövlətlər tərəfindən tətbiq edilməsinin politoloji xüsusiyyətlərini aydınlaşdırmağa çalışmışdır.

***

Kitabla bağlı üzərində dayandığımız məsələlər, təbii ki, onun məzmununun bütün çalarlarını ehtiva etmir. Lakin onlar müəllifin problemin təhlilinə yanaşması və bu zaman yararlandığı üsullar haqqında kompleks təsəvvürlər əldə etməyə imkan verir. Belə görünür ki, xarici siyasətin hələ çox araşdırılacaq prioritetləri ilə bağlı Kamal Adıgözəlov maraqlı nəzəri təhlil ortaya qoymuşdur. Ümid edirik ki, həm müəllif, həm də digər tədqiqatçılar bu aktual mövzunun araşdırılmasına davam edəcəklər.

Hikmət BABAOĞLU,
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2025 01:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see236

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see230

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see221

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see220

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see218

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see218

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see215

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see209

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see209

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see198

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see192

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see191

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see188

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see183

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see182

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see181

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see179

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see176

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see175

Kosta Rikanın 119 yaşlı sakini dünyanın ən yaşlı insanı kimi tanınmağa çalışır

11 Sentyabr 2026 00:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri