Xarici vətəndaşlar quru yolla Azərbaycana gəldilər FOTOLAR
Icma.az, Modern.az saytına istinadən bildirir.
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşların təxliyəsi uğurla həyata keçirilib.
Modern.az xəbər verir ki, ABŞ, Çin, Avstraliya, Vyetnam və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunub. Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.
Vətəndaşların təhlükəsiz hərəkəti üçün xüsusi nəqliyyat vasitələri ayrılıb və onlar Bakı istiqamətində yola salınıblar.
Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Hazırda da əcnəbi vətəndaşların təxliyəsi ilə bağlı proseslər koordinasiyalı şəkildə davam etdirilir.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Fotolar Azərtac-a məxsusdur.
Baxış sayı:64
Bu xəbər 27 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















