Xarkov metrosu 3 gündür ki işləmir
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Xarkovda elektrik təchizatında yaranan problemlər səbəbindən şəhər metrosu artıq üçüncü gündür ki fəaliyyətini dayandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Xarkov Metropoliteni" açıqlama yayıb.
Şəhər meri İqor Terexov 8 noyabrda bildirib ki, həm metro, həm də elektriklə işləyən nəqliyyat vasitələri hazırda enerji təchizatından məhrumdurlar. "Stansiyalar sığınacaq rejimində işləyir, şəhərdə elektrik çatışmazlığı müşahidə olunur", - deyə o əlavə edib.
Metropoliten şirkəti isə qeyd edib ki, "elektrik təchizatındakı problemlərlə əlaqədar qatarların hərəkətinə müvəqqəti olaraq başlamaq mümkün deyil. Hərəkət bərpa olunacağı barədə əlavə məlumat veriləcək. Şəhərdə yerüstü nəqliyyat bu vəziyyəti nəzərə alaraq təşkil edilib".
Baxış sayı:91
Bu xəbər 10 Noyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















